Məhkəmə qərarları › İş №2(017)-47/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-47/2025

06.08.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-47/2025 06.08.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, Ağcabədi rayon AİK-nın xx.xx.1998-ci il tarixli 5 nömrəli qərarına əsasən on və ailəsinə Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 4,58 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair onların adına JN 0019 kod 60801018 nömrəli Dövlət aktı verilmişdir. Torpaq sahəsini bir müddət özləri istifadə etmişdir. Sonra mübahisəli torpaq sahəsini müvəqqəti istifadə etmək üçün cavabdehin icarəsinə vermişdir. Onun müraciəti əsasında həmin torpağa dair daşınmaz əmlakın reyestr nömrəsi **********13, qeydiyyat nömrəsi ********** nömrəli, xx.xx.2019-cu il tarixli Çıxarış almışdır. Hazırda torpaq sahəsini özləri əkib-biçmək istəyirlər. Lakin Cavabdeh onlara məxsus torpaq sahəsindən sərbəst istifadə etməsinə maneə olur. Torpaq sahəsinin onların mülkiyyətində olmasına baxmayaraq cavabdeh özbaşınalıq edərək torpaq sahəsindən çıxmır və həmin torpaq sahəsini əkib-becərilməsinə imkan vermir. Cavabdehdən hərəkətlərinə son qoymasını tələb etsə də bu mümkün olmamışdır. Ona görə də iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarını tədqiq etməklə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Çıxarışın surətindən görünür ki, daşınmaz əmlakın reyestr nömrəsi **********13, qeydiyyat nömrəsi ********** nömrəli, xx.xx.2019-cu il tarixli Çıxarışa əsasən Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndi ərazisində yerləşən 4,58 ha torpaq sahəsi İddiaçı və ailə üzvlərinin (cəmi 5 nəfərin) mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli mütəxəssis və xx.xx.2025-ci il tarixli, 10/2994 nömrəli ekspert rəyindən görünür ki, daşınmaz əmlakın - reyestr nömrəsi **********13, qeydiyyat nömrəsi ********** nömrəli, xx.xx.2019-cu il tarixli Çıxarışa əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan Ağcabədi rayonu, keçmiş Tofiq İsmayılov adına təsərrüfatın ərazisində yerləşən 4,58 ha torpaq sahəsinin sərhədləri yuxarıda qeyd olunan torpaq sahəsinin ölçü göstəricilərinə uyğundur. Ölçmə işləri aparılan zaman müəyyən olunmuşdur ki, İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 4,58 ha torpaq sahəsi Cavabdeh tərəfindən istifadə olunmur. İddiaçı tərəfindən iddia olunan 4,58 ha torpaq sahəsi Torpaq islahatı aparılan zaman tərtib olunmuş kompleks yerquruluşu planında 34 nömrəli çevrədə yerləşir və bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi kimi qeyd olunmuşdur. Qeyd olunan 4,58 ha torpaq sahəsi Ağcabədi bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 78 nömrəli qərarı və “Torpaqdan müvəqqəti istifadə hüququna dair” JN-6016 nömrəli şəhadətnaməyə əsasən Cavabdeh icarəsinə verilmişdir. İddiaçı X2 Uçotu və İnformasiya Sistemində olan torpaq sahəsinin ərazisi də müəyyən edilməklə ölçü planı tərtib edilmişdir. İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 4,58 ha torpaq sahəsinin yuxarıda qeyd olunan səbəblərə görə Cavabdeh tərəfindən istifadə olunması müəyyən olunmadı. Yuxarıda qeyd olunan 4,58 ha torpaq sahəsinin sərhədləri başqa şəxslərin qanuni mülkiyyətində və istifadəsində olan torpaq sahələrinin sərhədləri ilə üst-üstə düşmür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinin tələbinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1 və 18-ci-ci maddələrinin tələbinə görə fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1 və 560.2-ci maddəsinin tələbinə görə mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Konstitusiyasının 80-cı maddəsinin tələbinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Eləcə də, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 3-cü bəndində göstərilir ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 111-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsində göstərilir ki, reyestrin məzmunun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpziyası qüvvədədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2 maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 146.3 maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2 maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, daşınmaz əmlakın - reyestr nömrəsi **********13, qeydiyyat nömrəsi ********** nömrəli, xx.xx.2019-cu il tarixli Çıxarışa əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan Ağcabədi rayonu, keçmiş Tofiq İsmayılov adına təsərrüfatın ərazisində yerləşən 4,58 ha torpaq sahəsinin sərhədləri yuxarıda qeyd olunan torpaq sahəsinin ölçü göstəricilərinə uyğundur. Ölçmə işləri aparılan zaman müəyyən olunmuşdur ki, İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 4,58 ha torpaq sahəsi Cavabdeh tərəfindən istifadə olunmur. İddiaçı tərəfindən iddia olunan 4,58 ha torpaq sahəsi Torpaq islahatı aparılan zaman tərtib olunmuş kompleks yerquruluşu planında 34 nömrəli çevrədə yerləşir və bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi kimi qeyd olunmuşdur. Qeyd olunan 4,58 ha torpaq sahəsi Ağcabədi bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 78 nömrəli qərarı və “Torpaqdan müvəqqəti istifadə hüququna dair” JN-6016 nömrəli şəhadətnaməyə əsasən Cavabdeh icarəsinə verilmişdir. İddiaçı X2 Uçotu və İnformasiya Sistemində olan torpaq sahəsinin ərazisi də müəyyən edilməklə ölçü planı tərtib edilmişdir. İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 4,58 ha torpaq sahəsinin yuxarıda qeyd olunan səbəblərə görə Cavabdeh tərəfindən istifadə olunması müəyyən olunmadı. Yuxarıda qeyd olunan 4,58 ha torpaq sahəsinin sərhədləri başqa şəxslərin qanuni mülkiyyətində və istifadəsində olan torpaq sahələrinin sərhədləri ilə üst-üstə düşmür. Yuxarıda qeyd olunan qanunun normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iddiaçının iddiasının təmin edilməsi barədə nəticəyə gəlmək üçün əsas verən lazımi sübutlarla təmin olunmamışdır. Bununla əlaqədar, iddiaçının göstərdiyi hallar digər sübutlarla təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiası qanunsuz və əsasız olduğuna görə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin İ və İİ bəndlərinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları həmin hüquqların bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, digər normativhüquqi aktlar və torpaqla bağlı əqdlərə dair müqavilələr ilə müəyyən edilmiş həcminə görə fərqlənir. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 51-ci maddəsinə əsasən torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(017)-1810/2024 nömrəli qərardadı üzrə tədqiqat obyektinə baxış keçirilmiş və müvafiq mütəxəssis rəyi hazırlanmışdır. Mütəxəssis rəyinin verilməsi üçün tərtib edilmiş smeta və hesab vərəqi üzrə göstərilmiş 100 manat məbləğində pul iddiaçı tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin bank hesabına ödənilmişdir. Məhkəmə hesab edir ki, aparılmış tədqiqatın dəyərini təşkil edən 100 manat məbləğində ekspertiza xərci və dövlət rüsumuna görə ödənilmiş 100 manat iddiaçıya aid edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, aparılmış tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində ekspertiza xərci İddiaçı alınaraq, Az. MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 nömrəli hesaba köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiası təmin edilməsin. Aparılmış tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində ekspertiza xərci İddiaçı alınaraq, Az. MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 nömrəli hesaba köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar