Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-5/2023 05.01.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6, iddiaçı və İddiaçı2 nümayəndəsi İddiaçı1 və Cavabdeh iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və dəymiş maddi zərərin əvəzinin alınıb verilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və dəymiş maddi zərərin əvəzinin alınıb verilməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında iddiaçı və İddiaçı2 nümayəndəsi İddiaçı1 iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, Ağcabədi şəhəri Ü.Hacıbəyov kolxozu ərazisində yerləşən 1,59 ha torpaq sahəsi ona və ailə üzvlərinə məxsusdur. Həmin torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən adına Çıxarış verilmişdir. Cavabdeh ona məxsus torpaq sahəsindən sərbəst istifadə olunmasına maneə olur və bildirir ki, həmin torpaq sahəsi ona verilmişdir. Torpaq sahəsini özbaşına tutaraq həmin torpaq sahəsini əkibbecərməsinə imkan vermir. 14 il ərzində cavabdeh onlara məxsus torpaq sahəsindən istifadə etməklə onları gəlir əldə etməkdən məhrum etmişdir. Torpaq sahəsini icarəyə verməklə ildə 1000 manat icarə haqqı olmaqla 14000 manat gəlir əldə edə bilərdi. Cavabdehdən hərəkətlərinə son qoymasını tələb etsə də bu mümkün olmamışdır. Ona görə də iddianın təmin edilməsini, onlara məxsus olan 1,59 ha torpaq sahəsindən cavabdehin çıxarılması, cavabdehin qanunsuz istifadəsi nəticəsində vurulmuş 14000 manat maddi zərərin əvəzinin cavabdehdən alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddiaçının iddia etdiyi torpaq sahəsi hazırda onun tərəfindən istifadə olunur. Mübahisəli torpaq sahəsi 2007-ci ildən başlayaraq onun istifadəsində olmuşdur. Ona görə də iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib iş materiallarını tədqiq etməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il qeydiyyat tarixli Çıxarışın surətindən görünür ki, Ağcabədi şəhəri, Ü.Hacıbəyov kolxoz ərazisində yerləşən 1,59 ha torpaq sahəsi İddiaçı1, İddiaçı2 və X2 paylı mülkiyyətindədir. İş materiallarında olan AZ-İİ 152660 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2021-ci il tarixdə ölmüşdür. İş materiallarında olan 22 iyun 2022-ci il tarixli, 10/7364 nömrəli ekspert rəyindən görünür ki, tədqiq olunan sahənin koordinatları Torpaq sahəsinin plan və ölçü sənədində göstərilən torpaq sahəsinin koordinatları ilə uyğun gəlir. İddiaçıya məxsus torpaq sahəsi digər şəxslər tərəfindən istifadə olunur. İş materiallarında olan 22 iyun 2022-ci il tarixli, 10/7364 nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 3-cü bəndində göstərilir ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 111-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsində göstərilir ki, reyestrin məzmunun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpziyası qüvvədədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2 maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 146.3 maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2 maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Eləcə də, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, Ağcabədi şəhəri, Ü.Hacıbəyov kolxoz ərazisində yerləşən 1,59 ha torpaq sahəsi İddiaçı1, İddiaçı2 və X2 paylı mülkiyyətindədir. X4 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Tədqiq olunan sahənin koordinatları Torpaq sahəsinin plan və ölçü sənədində göstərilən torpaq sahəsinin koordinatları ilə uyğun gəlir. İddiaçıya məxsus torpaq sahəsi cavabdeh tərəfindən istifadə olunur. Tərəflər arasında torpağa dair heç bir yazılı razılaşma və yaxud alqı-satqı müqaviləsi olmamışdır. Cavabdeh Çıxarışa əsasən iddiaçılara məxsus olan torpaq sahəsindən çıxarılmalıdır. İddia tələbi qalan hissədə qanunsuz və əsassız olduğuna görə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Konstitusiyası ilə qorunur, digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikasının MM-nin 1096-cı maddəsi mülki hüquq pozuntusunu (delikt) hüquqla və qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl (hərəkət və ya hərəkətsizlik) kimi səciyyələndirir. Bu qanun normalarının mənasından görünür ki, delikt məsuliyyətinin yaranması üçün şəxsin əməlində deliktin (mülki hüquq pozuntusunun) aşağıdakı elementlərdən ibarət tərkibi yaranmalıdır: 1). Zərər vurulmalıdır. 2). Zərər şəxsin hüquqa zidd hərəkətləri nəticəsində vurulmalıdır. 3).Göstərilən zərərlə şəxsin hüquqa zidd hərəkətləri arasında səbəbli əlaqə olmalıdır. 4). Şəxsin zərərin vurulmasında təqsiri olmalıdır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Konkret halda, istər iş materialları ilə, istərsə də iddiaçıların məhkəmə iclasında verdiyi izahatlarla, iddia tələbinin maddi ziyana dair hissədə əsaslı olması sübuta yetməmişdir. Məhkəmə iclası zamanı iddiaçılara cavabdehin hüquqa zidd hərəkətlərinin olub-olmamasını faktlarla əsaslandırması təklif edilsə də, onlar hər hansı bir sübut növünü məhkəməyə təqdim edə bilməmişlər. Eyni zamanda, cavabdehin konkret olaraq hansı hərəkət və ya hərəkətsizliyi nəticəsində iddia tələbi olan 14000 manat məbləğində maddi ziyanın əmələ gəlməsinə dair də iddiaçılar mötəbər sübut növünü məhkəməyə təqdim edə bilməmişdir. Qanunvericilik aktının bu normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçıların cavabdehə qarşı iddiasının 14000 manat məbləğində maddi ziyan tələbinə dair hissəsi sübuta yetirilmədiyinə görə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, aparılmış tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində ekspertiza xərci Cavabdeh alınaraq, Az. MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 nömrəli hesaba köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh Mehdiyev X5 şəhəri, Ü.Hacıbəyov kolxoz ərazisində yerləşən, xx.xx.2020ci il qeydiyyat tarixli Çıxarışa əsasən İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan 1,59 ha torpaq sahəsindən çıxarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində ekspertiza xərci Cavabdeh alınaraq, Az. MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 nömrəli hesaba köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-5/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-5/2023
05.01.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver