Məhkəmə qərarları › İş №2(017)-5/2024

Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №2(017)-5/2024

25.04.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 2(017)-5/2024 25.04.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi Hacıyev Fuad Hacı oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və X1 qarşı “torpaq sahəsinin inventarlaşdırılması və daşınmaz əmlakın kadastrı işlərinin aparılmasına (zəruri ölçmə işlərinin aparılmasına) yönəlmiş bütün maneələrin aradan qaldırılması, ölçmə işlərinə müdaxilənin cavabdehlərə qadağan edilməsi, həmin torpaq sahəsinə dair qeyri-qanuni sənədlər verilmiş olduğu halda, həmin sənədlərin etibarsız hesab edilməsi, həmçinin cavabdehlərin torpaq sahəsindən çıxarılması” tələbinə dair iddia ərizəsinə məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və X1 qarşı “torpaq sahəsinin inventarlaşdırılması və daşınmaz əmlakın kadastrı işlərinin aparılmasına (zəruri ölçmə işlərinin aparılmasına) yönəlmiş bütün maneələrin aradan qaldırılması, ölçmə işlərinə müdaxilənin cavabdehlərə qadağan edilməsi, həmin torpaq sahəsinə dair qeyri-qanuni sənədlər verilmiş olduğu halda, həmin sənədlərin etibarsız hesab edilməsi, həmçinin cavabdehlərin torpaq sahəsindən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin baxılması xx.xx.2024-cü il tarixə saat 14:30-a təyin edilmiş və bu barədə tərəflər rəsmi məlumatlandırılmışdır. Lakin, tərəflər məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260 və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdehlər Cavabdeh1 və X1 qarşı “torpaq sahəsinin inventarlaşdırılması və daşınmaz əmlakın kadastrı işlərinin aparılmasına (zəruri ölçmə işlərinin aparılmasına) yönəlmiş bütün maneələrin aradan qaldırılması, ölçmə işlərinə müdaxilənin cavabdehlərə qadağan edilməsi, həmin torpaq sahəsinə dair qeyri-qanuni sənədlər verilmiş olduğu halda, həmin sənədlərin etibarsız hesab edilməsi, həmçinin cavabdehlərin torpaq sahəsindən çıxarılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxarmış məhkəməyə verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar