Məhkəmə qərarları › İş №2(017)-503/2025

Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №2(017)-503/2025

10.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 2(017)-503/2025 10.01.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxslər Ağcabədi rayonu İcra Hakimiyyəti Başçısı Aparatı yanında Ağcabədi rayon Dövlət Arxivi, Maraqlı şəxs1 və Ağcabədi regional «ASAN ximət» mərkəzində Notariat ofisinə qarşı doğumun qeyd edilmə faktının müəyyən edilməsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi maraqlı şəxslər Ağcabədi rayonu İcra Hakimiyyəti Başçısı Aparatı yanında Ağcabədi rayon Dövlət Arxivi, Maraqlı şəxs1 və Ağcabədi regional «ASAN ximət» mərkəzində Notariat ofisinə qarşı anası 1923-cü il təvəllüdlü X1 doğumunun qeyd edilmə faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib bu nəticəyə gəlir ki, ərizə iddia ərizəsinin forma və məzmununa uyğun olmadığı üçün geri qaytarılmalıdır. Belə ki, məhkəmədə müəyyən edilmişdir ki, ərizəçi anası 1923-cü il təvəllüdlü X1 doğumunun qeyd edilmə faktının müəyyən edilməsi ilə bağlı müraciət etsə də, X1 onun anası olması ilə bağlı, həmçinin anasının ölümü ilə bağlı hər hansı sənəd ərizəyə əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsində göstərilir ki , ərizənin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə ərizə ona əlavə edilmiş sənələrlə birlikdə geri qaytarılır. Həmin Məcəlləni6n 152.2-cİ maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Həmin Məcəlləni6n 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması üçün göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd edilənlərə əsasən də məhkəmə hesab edir ki, ərizə Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət edilməklə verilmədiyindən onun məhkəmə icraatına götürülməsi qeyri mümkündür. Ona görə də ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və ərizəçiyə göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etməsi izah edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, Ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu dövlət büdcəsindən Ərizəçi qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149, 152.1.1, 152.1.3, 152.3, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizəçi maraqlı şəxslər Ağcabədi rayonu İcra Hakimiyyəti Başçısı Aparatı yanında Ağcabədi rayon Dövlət Arxivi, Maraqlı şəxs1 və Ağcabədi regional «ASAN ximət» mərkəzində Notariat ofisinə qarşı doğumun qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə iddia ərizəsinin forma və məzmununa uyğun olmadığı üçün geri qaytarılsın. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu dövlət büdcəsindən Ərizəçi qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Ağcabədi rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar