Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-545/2023 16.05.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 Behdud qızına, Cavabdeh3 və Cavabdeh4 qarşı yaşayış sahəsinə olan istifadə hüququnun itirilməsi və fərdi yaşayış evindən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 Behdud qızına, Cavabdeh3 və Cavabdeh4 qarşı Ağcabədi rayonunun Hüsülü kəndində 0,24 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilməsi, cavabdehlərin həmin torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılması, evin boşaldılaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə təhvil verilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddianı onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, 29 noyabr 2018-ci il qeydiyyat tarixli çıxarışa əsasən Ağcabədi rayonu, Hüsülü kəndində 0,24 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin mülkiyyətindədir. Həmin əmlak hazırda iddiaçının mülkiyyətində olmasına baxmayaraq cavabdehlər həmin evdə yaşayırlar. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Ağcabədi rayonu, Hüsülü kəndində 0,24 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evində qeydiyyatda olan və yaşayan şəxslər barədə məlumatın alınması üçün Ağcabədi Rayon Polis Şöbəsinə sorğu ilə müraciət edilmişdir. Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci tarixli arayışdan görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Behdud qızı, Cavabdeh3 və Cavabdeh4 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xüsusi mülkiyyətində olan Ağcabədi rayonunun Hüsülü kəndində 0,24 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evində qeydiyyatda olmaqla yaşayırlar. Qanunvericiliyin tələblərinə uyğun olaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti mülkiyyətində olan Ağcabədi rayonunun Hüsülü kəndində 0,24 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin 10 gün ərzində könüllü olaraq boşaldılması və İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə təhvil verilməsi barədə cavabdehlərə xx.xx.2022-ci il tarixdə xəbərdarlıq məktubu göndərilmişdir. Lakin, cavabdehlər müddətin başa çatmasına baxmayaraq əmlakı könüllü surıtdə boşaltmamışlar. Qeyd olunanlara əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2 Behdud qızının, Cavabdeh3 və Cavabdeh4 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin mülkiyyətində olan Ağcabədi rayonunun Hüsülü kəndində 0,24 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsi, cavabdehlərin həmin torpaq sahəsindən və fərdi yaşayış evdən çıxarılması, evin boşaldılaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə təhvil verilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 məhkəməyə ərizə ünvanlayaraq iddia tələbini müdafiə etdiyini və işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 Behdud qızına, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İşdə olan və məhkəmə iclasında elan olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in Ərazi İdarəsi tərəfindən verilmiş Çıxarışdan görünür ki, Ağcabədi rayonunun Hüsülü kəndində 0,24 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi 29 noyabr 2018-ci il tarixdən İddiaçı QSC-nin adına hüquqi qeydiyyatdan keçmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmuş 18 noyabr 2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Behdud qızı, Cavabdeh3 və Məmmədov X3 rayonunun Hüsülü kəndində 0,24 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin İddiaçı QSC-nin mülkiyyətində olması və cavabdehlərə 10 gün ərzində həmin evi könüllü olaraq boşaltmaları və tərk edərək Banka təhvil vermələri barədə xəbərdar olunmuşlar. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna omaqla, öz mülkiyyətindən məhrum edilə bilməz». Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» avropa Konvensiyası presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələrə Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə «Marksın Belçikaya qarşı» işində şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir». Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında göstərilən mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Mülkiyyət hüququnun məhdudlaşdırılmasına qayda kimi deyil, qaydadan istisna kimi baxılmalıdır. Yuxarıda qeyd olunan Konstitusiya normalarını özündə ehtiva edən və onu daha da inkişaf etdirən Azərbaycan Respublikasının Mülki Məcəlləsi və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi mülkiyyət hüququnun tanınması və müdafiə olunması üçün hüquqi mexanizmləri, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsip və şərtlərini müəyyənləşdirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 153.3-cü maddəyə görə isə əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. İş materialları ilə müəyyən olundu ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışa əsasən Ağcabədi rayonunun Hüsülü kəndində 0,24 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi 29 noyabr 2018-ci il tarixdə İddiaçı QSC-nin adına qeydiyyatdan keçmişdir. Hazırda həmin evdə cavabdehlər yaşayırlar və bu hal İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xüsusi mülkiyyətində olan yaşayış evindən istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və üzərində sərəncam vermək hüquqlarını kobud surətdə pozur. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə iştirak edən tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 Behdud qızı, Cavabdeh3 və Cavabdeh4 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin mülkiyyətində olan, Ağcabədi rayonunun Hüsülü kəndində yerləşən 0,24 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməli, cavabdehlər həmin torpaq sahəsindən və fərdi yaşayış evdən çıxarılmalı və ev boşaldılaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə təhvil verilməlidir. İşdə olan 22 dekabr 2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iş üzrə 100 manat dövlət rüsumu iddiaçı tərəfindən ödənildiyindən həmin məbləğ də cavabdehlərə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 Behdud qızı, Cavabdeh3 və Cavabdeh4 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin mülkiyyətində olan, Ağcabədi rayonunun Hüsülü kəndində yerləşən 0,24 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilsin, cavabdehlər həmin torpaq sahəsindən və fərdi yaşayış evdən çıxarılsın və ev boşaldılaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə təhvil verilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 Behdud qızı, Cavabdeh3 və Cavabdeh4 100 (bir yüz) manat ödənilmiş dövlət rüsumu müştərək qaydada alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №2(017)-545/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-545/2023
16.05.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver