Məhkəmə qərarları › İş №2(017)-557/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-557/2024

29.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-557/2024 29.03.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X8, Ərizəçi iştirakı ilə Ərizəçi doğum haqqında akt qeydinin bərpa olunmasına dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi doğum haqqında akt qeydinin bərpa olunmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərdi ki, X5 ilə X2 nikahından xx.xx.1971-ci il tarixdə Xocavənd rayonunun Xocavənd kəndində anadan olmuşdur. Baş vermiş məlum hadisələrdən sonra məcburiyyət qarşısında qalaraq ailəsi ilə birlikdə Ağcabədi rayonuna köçmüşlər. Atası 2013-cü ildə, anası isə 1990-cı ildə ölmüşdür. Ona verilmiş doğum haqqında şəhadətnaməni qeyri-müəyyən şəraitdə itirmişdir. Xocavənd rayonunun arxivi işğal altında qaldığı və əlaqələrin kəsilməsi səbəbindən onun doğumu haqqında akt qeydini bərpa etmək mümkün olmamışdır. Xəstə qardaşı X7 qəyyumluq işi ilə bağlı müəyyən sənədləşmə işlərinin aparılması üçün doğum haqqında şəhadətnaməsi lazım olmuşdur. Ona görə də doğum akt qeydi arayışı üçün Xocavənd rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin həmin şöbədə də doğum akt qeydinin bərpası mümkün olmamışdır. Ona görə də xx.xx.1971-ci il tarixdə Xocavənd rayonunun Xocavənd kəndində doğulmasına, X1, anası isə X6 olmasına dair hüquqi faktın müəyyən olunaraq doğum haqqında akt qeydinin bərpa olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, işdə olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1971-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan AA 221204 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Ərizəçi 1992-ci ildən məcburi köçkün kimi qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Xocavənd rayon Dövlət Arxiv İdarəsinin verdiyi arayışdan görünür ki, Xocavənd rayonu xx.xx.1992-ci il tarixdə Ermənistan tərəfindən işğal olunduğu üçün VVAQ sənədləri Xocavənd rayon Dövlət Arxiv İdarəsinə təhvil verilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 7 saylı Bakı “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Ərizəçi doğum haqqında akt qeydinin bərpa edilməsi haqqında müraciətinə baxılmış, onun doğum haqqında akt qeydinin qeydiyyat şöbəsində bərpa edilməsi mümkün olmamışdır. İş materiallarında olan Xocavənd RİHB-nın Xocavənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, xx.xx.1971-ci il tarixdə anadan olmuş X3 X1, anası isə X4r. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 162.1 və 162.2-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. İtmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilməsi faktının müəyyən edilməsi barədə işlərə baxır müəyyən edir. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Ərizəçi xx.xx.1971-ci il tarixdə Xocavənd rayonunun Xocavənd kəndində anadan olmuş, hazırda Xocavənd rayonunun Xocavənd kəndində qeydiyyatda olmaqla məcburi köçkün kimi Ağcabədi rayonunda yaşayır. X1, anası isə X4r. Məhkəmə hesab edir ki, göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmiş, ona görə də Ərizəçi xx.xx.1971-ci il tarixdə Xocavənd rayonunun Xocavənd kəndində doğulması barədə akt qeydinin qeyd edilməsi və X1, anası isə X6 olması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1971-ci il tarixdə Xocavənd rayonunun Xocavənd kəndində doğulması barədə akt qeydinin qeyd edilməsi və X1, anası isə X6 olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar