Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-58/2025 13.02.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X8, Ərizəçi iştirakı ilə Ərizəçi doğum faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi doğum faktının müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, X12 ilə 2019-cu ildə qeyri-rəsmi nikaha daxil olmuş, nikahları qeydə alınmamışdır. Onların bir oğlan uşaqları anadan olmuş, uşağa Uğur adı vermişlər. Oğlu Uğur xx.xx.2020-ci il tarixdə Ağcabədi şəhərində, ev şəraitində anadan olmuşdur. Uşağın doğulması barədə həkim arayışı olmadığına görə ona doğum haqqında şəhadətnamə ala bilməmişdir. Oğlunun doğum haqqında şəhadətnaməsi olmadığına görə çətinliklərlə qarşılaşır. Ona görə də oğlu Uğurun xx.xx.2020-ci il tarixdə Ağcabədi şəhərində ev şəraitində doğulması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, uzun müddət Ağcabədi rayon Minəxorlu kənd həkim məntəqəsində müdir vəzifəsində işləmişdir. Ərizəçi xx.xx.2020-ci il tarixdə Ağcabədi şəhərində, ev şəraitində bir oğlan uşağı anadan olmuşdur. Özü bir həkim kimi uşağın doğuşunda iştirak etmişdir. Uşaq hal-hazırda sağlamdır və anası ilə yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, X12 onun doğma oğludur. Oğlu Ülvi ilə Könül 2019-cu ildə qeyri-rəsmi nikaha daxil olmaqla ailə qurmuş, onların nikahları qeydə alınmamışdır. Onların bir oğlan uşaqları anadan olmuş, uşağa Uğur adı vermişdir. Nəvəsi Uğur xx.xx.2020-ci il tarixdə Ağcabədi şəhərində, ev şəraitində anadan olmuşdur. Uşağın doğuşunda iştirak etmişdir. Uğur hal-hazırda sağlamdır və anası ilə yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid X1 Yeganə Sevindik qızının ifadəsinə uyğun ifadə verdi. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, işdə olan Ağcabədi rayon Minəxorlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin təsdiq etdiyi xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Ərizəçi xx.xx.2020-ci il tarixdə bir oğlan uşağı doğmuşdur. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Mamedova X6 şöbəsinə müraciət etmiş, lakin doğum haqqında tibbi arayış olmadığına görə xx.xx.2020-ci il tarixdə doğulmuş oğlan uşağının doğumunu rayon qeydiyyat şöbəsində qeydiyyata alınması mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilməsi faktının müəyyən edilməsi barədə işlərə baxır müəyyən edir. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.3-cü maddəsinə əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Ərizəçi xx.xx.2020-ci il tarixdə Ağcabədi şəhərində, ev şəraitində oğlan uşağı doğulmuş, uşağa Uğur adı verilmiş, hal-hazırda uşaq sağlamdır. Məhkəmə hesab edir ki, göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmiş və uşağın doğum faktı müəyyən olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.2020-ci il tarixdə Ağcabədi şəhərində, ev şəraitində bir oğlan uşağının doğulması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-58/2025
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-58/2025
13.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver