Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-60/2025 04.02.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı7 və İddiaçı12, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, X1, İddiaçı9, İddiaçı10, İddiaçı11 və İddiaçı12 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, X1, İddiaçı9, İddiaçı10, İddiaçı11 və İddiaçı12 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında iddiaçı və iddiaçılar İddiaçı2, İddiaçı5, İddiaçı6, X1, İddiaçı9 nümayəndəsi İddiaçı1 iddianı müdafiə edərək izahatında göstərdi ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 05 nömrəli qərarına əsasən ona və ailə üzvlərinə Ağcabədi rayonunun Aran kəndi ərazisindən 8,49 ha kənd təsərrüfatı məhsulları istehsal edilməsi üçün pay torpaq sahəsi verilmişdir. Onlara verilmiş pay torpaq sahəsinə JN 255 kod 60808028 olan xx.xx.1998-ci il tarixli Torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Həmin dövlət aktına görə verilmiş torpaq sahəsinin 3,1802 ha 255 adlı xəritə üzrə, 1,0663 ha 255 N adlı xəritə üzrə, 0,7312 ha 255 C adlı xəritə üzrə və 3,5137 ha isə 255 Q adlı xəritə üzrə ərazidə yerləşir. Dövlət aktı üzrə verilmiş 255 Q adlı xəritədə olan 3,5137 ha pay torpaq sahəsinin qonşu sərhədləri 8865-879 da olan 333,11 metr məsafə qoruma sahəsi, 879-881 də 107,01 metr məsafə qoruma zolağı, ***-**** də olan 333,25 metr məsafə qoruma zolağı və 8864-8865 də olan 104,17 metr məsafə isə JN 256 kod 60808028 nömrəli Dövlət aktına əsasən 5,21 ha kənd təsərrüfatı məhsulları istehsal edilməsi üçün X4 verilmiş 256 Q xəritəsi üzrə pay torpaq sahəsidir. Dövlət aktı üzrə onlara verilmiş JN 255 kod 60808028 olan xx.xx.1998-ci il tarixli Torpağa mülkiyyət hüququna dair dövlət aktındakı torpaq sahəsinin 255 Q adlı xəritə üzrə olan 3,5137 ha torpaq sahəsinə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********47, qeydiyyat nömrəsi ********** olan xx.xx.2023-cü il tarixli çıxarış və torpaq sahəsinin planı və ölçü sənədi verilmişdir. Onlara məxsus 3,5137 ha torpaq sahəsi hal-hazırda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən istifadə olunur. Cavabdehlərdən onlara aid torpaq sahəsindən çıxmalarını tələb etsələr də bu mümkün olmamışdır. Ona görə də göstərdiklərini nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında digər iddiaçı və iddiaçılar İddiaçı4 və İddiaçı10 nümayəndəsi İddiaçı3, İddiaçı7 və İddiaçı12 izahatlarında İddiaçı1 izahatına uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdilər. Digər İddiaçı11 məhkəmə iclasının yeri və vaxtı barədə dəfələrlə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı1 və qeyrilərinin ona qarşı iddiası əsassızdır. Belə ki, onun istifadəsində olan torpaq sahələrinin iddiaçıya heç bir aidiyyəti yoxdur və iddiaçıya məxsus torpaq sahəsi onun tərəfindən zəbt edilməmişdir. Ağcabədi rayonunun Aran kəndi ərazisində ona və ailə üzvlərinə 9,10 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair adlarına həm dövlət aktı, həm də çıxarış verilmişdir. Pay torpaq sahələri verildiyi vaxtdan hal-hazıradək sənəd üzrə onlara verilmiş torpaq sahəsindən istifadə edir. Bunu təsdiq edən sənədləri məhkəməyə təqdim etmişdir. Ona görə də iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 da iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı1 və qeyrilərinin ona qarşı iddiası əsassızdır. Belə ki, onun istifadəsində olan torpaq sahələrinin iddiaçıya heç bir aidiyyəti yoxdur və iddiaçıya məxsus torpaq sahəsi onun tərəfindən zəbt edilməmişdir. Ağcabədi rayonunun Aran kəndi ərazisində ona və ailə üzvlərinə 7,40 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair adlarına həm dövlət aktı, həm də çıxarış verilmişdir. Pay torpaq sahələri verildiyi vaxtdan hal-hazıradək sənəd üzrə onlara verilmiş torpaq sahəsindən istifadə edir. Bunu təsdiq edən sənədləri məhkəməyə təqdim etmişdir. Ona görə də iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında elan edilmiş JN 255 saylı, KOD 60808028 olan Torpağa Mülkiyyət Hüququna dair dövlət aktının surətindən görünür ki, Ağcabədi rayonu Aqrar İslahat Komissiyasının 30 aprel 1998-ci il tarixli 05 saylı qərarı ilə Ağcabədi rayonunun Aran kəndi ərazisindən İddiaçı1 və onun ailə üzvlərinin mülkiyyətinə (13 nəfər) 8,49 ha torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2023-cü il tarixli **********47 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Ağcabədi rayonunun Aran kəndi ərazisində yerləşən 3,5137 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı1 və onun ailə üzvlərinin (13 nəfər) mülkiyyətindədir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2023-cü il tarixli **********46 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Ağcabədi rayonunun Aran kəndi ərazisində yerləşən 0,7312 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı1 və ailə üzvlərinin (13 nəfər) mülkiyyətindədir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2023-cü il tarixli **********48 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Ağcabədi rayonunun Aran kəndi ərazisində yerləşən 3,1802 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı1 və ailə üzvlərinin (13 nəfər) mülkiyyətindədir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2023-cü il tarixli **********45 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Ağcabədi rayonunun Aran kəndi ərazisində yerləşən 1,0663 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı1 və ailə üzvlərinin (13 nəfər) mülkiyyətindədir. İşdə olan və məhkəmə iclasında elan edilmiş JN 0077 saylı, KOD 60808028 olan Torpağa Mülkiyyət Hüququna dair dövlət aktının surətindən görünür ki, Ağcabədi rayonu Aqrar İslahat Komissiyasının 30 aprel 1998-ci il tarixli 05 saylı qərarı ilə Ağcabədi rayonunun Aran kəndi ərazisindən Cavabdeh1 və onun ailə üzvlərinin mülkiyyətinə (16 nəfər) 9,10 ha torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2023-cü il tarixli **********15 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Ağcabədi rayonunun Aran kəndi ərazisində yerləşən 9,10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1 və onun ailə üzvlərinin (16 nəfər) mülkiyyətindədir. İşdə olan və məhkəmə iclasında elan edilmiş JN 0078 saylı, KOD 60808028 olan Torpağa Mülkiyyət Hüququna dair dövlət aktının surətindən görünür ki, Ağcabədi rayonu Aqrar İslahat Komissiyasının 30 aprel 1998-ci il tarixli 05 saylı qərarı ilə Ağcabədi rayonunun Aran kəndi ərazisindən X2 və onun ailə üzvlərinin mülkiyyətinə (11 nəfər) 7,40 ha torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2023-cü il tarixli **********16 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Ağcabədi rayonunun Aran kəndi ərazisində yerləşən 7,4018 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X2 və onun ailə üzvlərinin (11 nəfər) mülkiyyətindədir. İşdə olan və məhkəmə iclasında elan edilmiş xx.xx.2022-ci il tarixli 10/6870 nömrəli ekspert rəyindən görünür ki, Ağcabədi rayonu Aqrar İslahat Komissiyasının 30 aprel 1998ci il tarixli 05 saylı qərarı ilə İddiaçı1 və onun ailə üzvlərinə ayrılmış 8,49 ha torpaq sahəsinin 255 Q konturunda olan 3,51 ha torpaq sahəsinin yeri müəyyən edilmiş və mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmişdir. Torpaq sahəsinin 255 Q konturunda olan 3,51 ha torpaq sahəsinin faktiki koordinatları Ağcabədi rayonu Aqrar İslahat Komissiyasının 30 aprel 1998-ci il tarixli 05 saylı qərarı ilə X2, Cavabdeh1 və onların ailə üzvlərinə ayrılmış torpaq sahələrinin koordinatları ilə qismən üst-üstə düşür. Ağcabədi rayonu Aqrar İslahat Komissiyasının 30 aprel 1998-ci il tarixli 05 saylı qərarı ilə İddiaçı1 və onun ailə üzvlərinə ayrılmış 8,49 ha torpaq sahəsinin 255 Q konturunda olan 3,51 ha torpaq sahəsinin hüdudları ilə X2 və onun ailə üzvlərinə ayrılmış 7,40 ha (JN 0078) torpaq sahəsinin 1,48 ha hissəsi və Cavabdeh1 və onun ailə üzvlərinə ayrılmış 9,10 ha (JN 0077) torpaq sahəsinin 2,03 ha hissəsi ilə üst-üstə düşür. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 30 aprel 1998-ci il tarixli 05 saylı qərarı ilə Ağcabədi rayonunun Aran kəndi ərazisindən İddiaçı1 və onun ailə üzvlərinin mülkiyyətinə (13 nəfər) 8,49 ha torpaq sahəsi verilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2023-cü il tarixli **********47 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Ağcabədi rayonunun Aran kəndi ərazisində yerləşən 3,5137 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı1 və onun ailə üzvlərinin (13 nəfər) mülkiyyətindədir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2023-cü il tarixli **********46 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Ağcabədi rayonunun Aran kəndi ərazisində yerləşən 0,7312 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı1 və onun ailə üzvlərinin (13 nəfər) mülkiyyətindədir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2023-cü il tarixli **********48 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Ağcabədi rayonunun Aran kəndi ərazisində yerləşən 3,1802 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı1 və ailə üzvlərinin (13 nəfər) mülkiyyətindədir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2023-cü il tarixli **********45 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Ağcabədi rayonunun Aran kəndi ərazisində yerləşən 1,0663 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı1 və onun ailə üzvlərinin (13 nəfər) mülkiyyətindədir. Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 30 aprel 1998-ci il tarixli 05 saylı qərarı ilə Ağcabədi rayonunun Aran kəndi ərazisindən Cavabdeh1 və onun ailə üzvlərinin mülkiyyətinə (16 nəfər) 9,10 ha torpaq sahəsi verilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2023-cü il tarixli **********15 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Ağcabədi rayonunun Aran kəndi ərazisində yerləşən 9,10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1 və onun ailə üzvlərinin (16 nəfər) mülkiyyətindədir. Ağcabədi rayonu Aqrar İslahat Komissiyasının 30 aprel 1998-ci il tarixli 05 saylı qərarı ilə Ağcabədi rayonunun Aran kəndi ərazisindən X2 və onun ailə üzvlərinin mülkiyyətinə (11 nəfər) 7,40 ha torpaq sahəsi verilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2023-cü il tarixli **********16 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Ağcabədi rayonunun Aran kəndi ərazisində yerləşən 7,4018 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X2 və onun ailə üzvlərinin (11 nəfər) mülkiyyətindədir. Ağcabədi rayonu Aqrar İslahat Komissiyasının 30 aprel 1998-ci il tarixli 05 saylı qərarı ilə İddiaçı1 və onun ailə üzvlərinə ayrılmış 8,49 ha torpaq sahəsinin 255 Q konturunda olan 3,51 ha torpaq sahəsinin yeri müəyyən edilmiş və torpaq sahəsinin 255 Q konturunda olan 3,51 ha torpaq sahəsinin faktiki koordinatları Ağcabədi rayonu Aqrar İslahat Komissiyasının 30 aprel 1998-ci il tarixli 05 saylı qərarı ilə X2, Cavabdeh1 və onların ailə üzvlərinə ayrılmış torpaq sahələrinin koordinatları ilə qismən üst-üstə düşür. Ağcabədi rayonu Aqrar İslahat Komissiyasının 30 aprel 1998-ci il tarixli 05 saylı qərarı ilə İddiaçı1 və onun ailə üzvlərinə ayrılmış 8,49 ha torpaq sahəsinin 255 Q konturunda olan 3,51 ha torpaq sahəsinin hüdudları ilə X2 və onun ailə üzvlərinə ayrılmış 7,40 ha (JN 0078) torpaq sahəsinin 1,48 ha hissəsi və Cavabdeh1 və onun ailə üzvlərinə ayrılmış 9,10 ha (JN 0077) torpaq sahəsinin 2,03 ha hissəsi ilə üst-üstə düşür. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin İİ hissəsinin tələbinə görə Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 49 və 50-ci maddələrinin İ hissələrinin tələbinə görə hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ – torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və müvəqqəti istifadə etməkdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qadağan olunur. «İnsan hüquqları və əsas azadlıqlar haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunda və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istina olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli qərarında «Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının və onun protokollarının təfsir və tətbiq məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıdığına görə Azərbaycan Respublikasının yurisdiksiyası altında olan insanların «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasında nəzərdə tutulmuş hüquqların təmin edilməsi» məhkəmələrə tövsiyyə olunmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsi «Marcks Belçikaya qarşı» işi üzrə 13 iyun 1979-cu il tarixli qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur (§63). Məhkəmə qeyd edir ki, mülkiyyətin müdafiəsi konstitusion prinsipdir. Mülki Məcəllənin 157-ci maddəsi mülkiyyət hüququnun müdafiəsinin 3 üsulunu təsbit etmişdir: mülkiyyət hüququnun tanınması, özgənin qanunsuz sahibliyindən əmlakın tələb edilməsi, mülkiyyətə qəsd və maneələrə son qoyulmasının tələb edilməsi. Mülkiyyətçi bu üsullardan istifadə edərək öz mülkiyyətində olan əmlakın hər cür pozuntulardan müdafiə edilməsini təmin edir. Mülkiyyətçinin öz əmlakının başqasından geri tələb etmək hüququ onun iradəsindən asılı olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Bununla belə, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur. İnsan hüquqlarının və əsas azadılıqların müdafiəsi haqqında Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsi də hər bir fiziki və hüquqi şəxsin əmlakından maneəsiz istifadə hüququna malik olmasını təsbit edir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında məhz bu mövqeydən çıxış edir («Marks Belçikaya qarşı», «Mançini İtaliyaya qarşı», «Loizidu Türkiyəyə qarşı», «Akimova Azərbaycana qarşı» və sair). Mülkiyyətin müdafiəsi yalnız iddiaçıya münasibətdə deyil, cavabdehə münasibətdə də nəzərdən keçirilməli, hüquqların məhkəmə müdafiəsinin hüdudları bu qaydada təsbit edilməlidir. Belə ki, mülki işin məhkəmə iclasında müəyyən olunmuş hallarından görünür ki, İddiaçı1 və onun ailəsinin mülkiyyətinə verilmiş Ağcabədi rayon Aran kənd ərazisində yerləşən 8,49 ha torpaq sahəsinin 255 Q konturunda olan 3,51 ha torpaq sahəsinin hüdudları ilə X2 və onun ailə üzvlərinə ayrılmış 7,40 ha (JN 0078) torpaq sahəsinin 1,48 ha hissəsi və Cavabdeh1 və onun ailə üzvlərinə ayrılmış 9,10 ha (JN 0077) torpaq sahəsinin 2,03 ha hissəsi ilə üst-üstə düşür. Buradan da göründüyü kimi, iddiaçılar onların mülkiyyətinə verilmiş Ağcabədi rayon Aran kəndi ərazisində yerləşən 8,49 ha torpaq sahəsinin 255 Q konturunda olan 3,51 ha torpaq sahəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən qanunsuz olaraq zəbt edilməsini göstərsələr də, bu hal məhkəmədə öz təsdiqini tapmamışdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 217.4-cü və 217.5-ci maddələrində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla, qətnamə yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara, bu Məcəllənin 10- 1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxıldıqda isə yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, X1, İddiaçı9, İddiaçı10, İddiaçı11 və İddiaçı12 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddiaları əsasız olduğuna görə təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə görə ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. Həmin Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, X1, İddiaçı9, İddiaçı10, İddiaçı11 və İddiaçı12 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddiaları təmin edilməsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-60/2025
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-60/2025
04.02.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver