Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-614/2023 27.04.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X10 və Ərizəçi iştirakı ilə Ərizəçi qohumluq münasibətlərinin olması faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi qohumluq münasibətlərinin olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərdi ki, X13 ilə ailə qurub, nikahları xx.xx.1977-ci il tarixdə qeydə alınmışdır. X6 atası X14 xx.xx.1984-cü, anası X11 isə xx.xx.2018-ci il tarixdə ölmüşlər. X25 doğum haqqında şəhadətnamədə valideynlərinin soyadları Əliyev kimi yazılmışdır. Vaqif Abbasov xx.xx.2021-ci il tarixdə Ağcabədi rayonunun Rəncbərlər kəndində ölmüşdür. Ərindən qalan mirasın qəbulu ilə əlaqədar X6 atası X14, anası X11 olması qohumluq faktı müəyyən edilməlidir. Qohumluq faktının müəyyən olunması qalan mirasın qəbul edilməsi üçün lazımdır. Ona görə də qohumluq faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəməyə məktub göndərərək, nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 verdiyi ifadəsində göstərdi ki, atası X6 valideynləri -atası X14, anası X11 olmuşdur. Babası İslamı görməmiş, nənəsi Ağca isə 2018-ci ildə vəfat edənə kimi onlarla birlikdə yaşamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 verdiyi ifadəsində göstərdi ki, Ağcabədi rayonunun Rəncbərlər kəndində anadan olmuş, hazırda qeydiyyatda olmaqla həmin kənddə yaşayır. Ərizəçini və onun ailəsini yaxından tanımışdır. X6 atası X14 xx.xx.1984-cü, anası X11 isə xx.xx.2018-ci il tarixdə ölmüşlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 şahid X2 ifadəsinə uyğun ifadə verərək eyni xüsusatları bir daha təsdiq etdi. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZ ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.1955-ci il tarixdə Ağcabədi rayonunun Rəncbərlər kəndində doğulmuşdur, valideynləri -atası X17, anası X1 yazılmışdır. İş materiallarında olan AZ-İİ 152670 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2021-ci il tarixdə Ağcabədi rayonunun Rəncbərlər kəndində ölmüşdür. İş materiallarında olan AZ-İİ 319267 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.1984-cü il tarixdə Ağcabədi rayonunun Rəncbərlər kəndində ölmüşdür. İş materiallarında olan AZ-İİ 319268 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2018-ci il tarixdə Ağcabədi rayonunun Rəncbərlər kəndində ölmüşdür. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X17 və X5 nikahı haqqında xx.xx.1947-ci il tarixdə 4 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra arvada Əliyeva soyadı verilmişdir. Qeyd: Nikaha L.L.Əliyev xx.xx.1984-cü il tarixdə ölməsi, A.T.Abbasova xx.xx.2018-ci il tarixdə ölməsi ilə bağlı xitam verilmişdir. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2023-cü il tarixli 05/76-39/15 nömrəli məktubundan görünür ki, X3 müraciətinə baxılmış, təqdim olunan sənədlərdə uyğunsuzluq olduğu üçün nikah və doğum haqqında akt qeydlərində soyadlarına “Əliyev(a)dan “Abbasova(a)ya düzəliş edilməsi Maraqlı şəxsndə mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərində olmaları faktını da müəyyən edir. İş materiallarından göründüyü kimi, ərizəçinin əri mərhum X6 atası X9r və o, xx.xx.1984-cü il tarixdə Ağcabədi rayonunun Rəncbərlər kəndində ölmüşdür. Anası isə X7r, və o, xx.xx.2018-ci il tarixdə Ağcabədi rayonunun Rəncbərlər kəndində ölmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə işdə olan sübutlara məcmu halında qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməli, X6 atası X14, anası X11 olması qohumluq faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutub məhkəmə qət etdi: Ərizə təmin edilsin. X6 atası X14, anası X11 olması qohumluq faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-614/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-614/2023
27.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver