Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-649/2023 11.05.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 136,8 manat vurulmuş zərərin, 100 manat hüquqi xidmətə və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılmasına görə çəkilən xərcin, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət xərcinin Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən yaşayış sahəsi Cavabdeh məxsus olmuşdur. Həmin mənzildə yaşayan Kalinin Aleksandr ilə iddiaçı arasında xx.xx.2008-ci il tarixdə müqavilə bağlanmış, son ödənişini xx.xx.2012-ci il tarixdə edərək xx.xx.2012-ci il tarixdə 26,7 manat ilə şəbəkədən ayrılmışdır. xx.xx.2013-cü il tarixdə həmin ünvanda nəzarət baxışı keçirilmiş, qanunsuz qoşulma faktı aşkar edilmiş, bu barədə 1881 KA nömrəli akt tərtib edilmiş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Sonuncu dəfə xx.xx.2015-ci il tarixdə baxış keçirilmişdir. Həmin ünvana xx.xx.2016-cı il tarixdə həmin ünvanda nəzarət baxışı keçirilmiş, yenidən təkrarən qanunsuz qoşulma faktı aşkar edilmiş, bu barədə 5276 N nömrəli akt tərtib edilmiş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Qanunsuz qoşulma nəticəsində cavabdeh iddiaçıya maddi ziyan vurmuşdur. Kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı xx.xx.2015-ci il tarixədək 9 manat, xx.xx.2015-ci il tarixdən isə 10 manat təşkil edir. Sözügedən ünvan kabel şəbəkəsindən ayrıldığı xx.xx.2012-ci il tarixdən 1881 KA nömrəli aktın tərtib olunduğu xx.xx.2013-cü il tarixədək olan müddət 140 gün, 5276 N nömrəli akt tərtib edilənədək son baxışın keçirildiyi xx.xx.2015-ci il tarixdən təkrar qanunsuz qoşulma barədə aktın tərtib olunduğu xx.xx.2016-cı il tarixədək olan müddət 316 gün olmaqla cəmi 456 gün təşkil edir. Bu isə həmin dövrdə hər gün üçün 30 qəpik maddi ziyan hesablamaq şərti ilə müvafiq müqavilə bağlamadan kabel şəbəkəsinə qanunsuz qoşulma nəticəsində iddiaçıya vurulmuş ziyanın məbləği 136,8 manat təşkil edir. İddiaçı ilə “Ədalət-A” hüquq firması arasında bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqaviləyə əsasən nümayəndəyə ödənilən məbləğ 100 manat təşkil edir. Ona görə də Cavabdeh müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 136,8 manat məbləğində vurulmuş zərərin, 100 manat hüquqi xidmətə və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılmasına görə çəkilən xərcin, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət xərcinin İddiaçı MMC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsinin Ağcabədi Rayon Məhkəməsinə göndərdiyi və xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş ərizədə təyin edilmiş məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və tələbin təmin edilməsini xahiş etmişdir. Məhkəmə hazırkı işlə bağlı iddiaçının nümayəndəsinin onun iştirakı olmadan işə baxılması xahişini qanunauyğun sayır və mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər Nəsimi RİH Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 51 saylı MKİS-nin verdiyi xx.xx.2016-cı il tarixli 176 nömrəli arayışdan görünür ki, Cavabdeh ünvan 2 ünvanda yerləşən yaşayış sahəsinin sahibidir, bu ünvana qeydiyyatı yoxdur. İş materiallarında olan İddiaçı MMC-nin verdiyi xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı MMC ilə ünvan 2 ünvanda yaşayan Kalinin Aleksandr arasında bağlanmış KATV1 kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən xx.xx.2008-ci il tarixində bu ünvan KATV1 kabel televiziyasının şəbəkəsinə qoşulub. xx.xx.2012-ci il tarixinədək isə son ödəməsini edib. xx.xx.2012-ci il tarixdə 26,70 manat borc ilə şəbəkədən ayrılmışdır. İş materiallarında olan İddiaçı MMC-nin KATV1 kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi haqqında xx.xx.2013-cü il tarixli 1881 KA nömrəli aktın surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən yaşayış sahəsinə kabel şəbəkəsinə nəzarət baxışı keçirən zaman mənzilin sakini tərəfindən KATV1 kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar edilmişdir. İş materiallarında olan İddiaçı MMC-nin KATV1 kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi haqqında xx.xx.2016-cı il tarixli 5276 N nömrəli aktın surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən yaşayış sahəsinə kabel şəbəkəsinə nəzarət baxışı keçirən zaman mənzilin sakini tərəfindən KATV1 kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar edilmişdir. İş materiallarında olan İddiaçı MMC-nin verdiyi xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, ünvan 2 ünvanda 5276 N nömrəli akt tərtib olunana qədər sonuncu dəfə xx.xx.2015-ci il tarixində həmin binaya baxış keçirilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı MMC-nin KATV1 Kabel televiziyası xidmətinin bir teleqəbuledici üçün aylıq abunə haqqı xidməti xx.xx.2015-ci il tarixədək 9 manat, xx.xx.2015-ci il tarixdən etibarən 10 manat təşkil edir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, ünvan 1 ünvanda yerləşən yaşayış sahəsi Cavabdeh məxsus olmuşdur. Həmin mənzildə yaşayan Kalinin Aleksandr ilə iddiaçı arasında xx.xx.2008-ci il tarixdə müqavilə bağlanmış, son ödənişini xx.xx.2012-ci il tarixdə edərək xx.xx.2012-ci il tarixdə 26,7 manat ilə şəbəkədən ayrılmışdır. xx.xx.2013-cü il tarixdə həmin ünvanda nəzarət baxışı keçirilmiş, qanunsuz qoşulma faktı aşkar edilmiş, bu barədə 1881 KA nömrəli akt tərtib edilmiş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Sonuncu dəfə xx.xx.2015-ci il tarixdə baxış keçirilmişdir. Həmin ünvana xx.xx.2016-cı il tarixdə həmin ünvanda nəzarət baxışı keçirilmiş, yenidən təkrarən qanunsuz qoşulma faktı aşkar edilmiş, bu barədə 5276 N nömrəli akt tərtib edilmiş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Qanunsuz qoşulma nəticəsində cavabdeh iddiaçıya maddi ziyan vurmuşdur. Kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı xx.xx.2015-ci il tarixədək 9 manat, xx.xx.2015-ci il tarixdən isə 10 manat təşkil edir. Sözügedən ünvan kabel şəbəkəsindən ayrıldığı xx.xx.2012-ci il tarixdən 1881 KA nömrəli aktın tərtib olunduğu xx.xx.2013-cü il tarixədək olan müddət 140 gün, 5276 N nömrəli akt tərtib edilənədək son baxışın keçirildiyi xx.xx.2015-ci il tarixdən təkrar qanunsuz qoşulma barədə aktın tərtib olunduğu xx.xx.2016-cı il tarixədək olan müddət 316 gün olmaqla cəmi 456 gün təşkil edir. Bu isə həmin dövrdə hər gün üçün 30 qəpik maddi ziyan hesablamaq şərti ilə müvafiq müqavilə bağlamadan kabel şəbəkəsinə qanunsuz qoşulma nəticəsində iddiaçıya vurulmuş ziyanın məbləği 136,8 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Konstitusiyası ilə qorunur, digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikasının MM-nin 1096-cı maddəsi mülki hüquq pozuntusunu (delikt) hüquqla və qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl (hərəkət və ya hərəkətsizlik) kimi səciyyələndirir. Bu qanun normalarının mənasından görünür ki, delikt məsuliyyətinin yaranması üçün şəxsin əməlində deliktin (mülki hüquq pozuntusunun) aşağıdakı elementlərdən ibarət tərkibi yaranmalıdır: 1). Zərər vurulmalıdır. 2). Zərər şəxsin hüquqa zidd hərəkətləri nəticəsində vurulmalıdır. 3).Göstərilən zərərlə şəxsin hüquqa zidd hərəkətləri arasında səbəbli əlaqə olmalıdır. 4). Şəxsin zərərin vurulmasında təqsiri olmalıdır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1.2-ci maddəsində göstərilir ki, əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Həmin Məcəllənin 159-cu maddəsinə əsasən sahiblik əşyaya faktiki sahibliyə nail olmaqla əldə edilir. Həmin Məcəllənin 166.1-ci maddəsinə əsasən daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə nəqliyyat vasitələrində istifadə edilməsi nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi hüquqi yardıma görə xərcləri, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qanunun normasından və məzmunundan göründüyü kimi qanunvericilik nümayəndənin və ya vəkilin göstərdiyi hüquqi yardıma görə xərcləri ağlabatan məbləğdə müəyyən edilməsini qeyd etmişdir. Xərclərin ağlabatan məbləği anlayışı qiymətləndirilən anlayış olub, hər bir iş üzrə konkret hallar nəzərə alınmaqla onun məzmunu müəyyən edilməlidir. Bir mülki iş üzrə ağlabatan olan məbləğ başqa bir iş üzrə ya həddən artıq, ya da həddən az məbləğ kimi qəbul edilə bilər. Mübahisənin hüququn hansı sahəsinə aid olması, nümayəndənin (vəkilin) iş təcrübəsi, hüququn konkret sahəsindən və ya konkret institutdan olan mübahisələrin həlli ilə əlaqədar işlərin aparılmasında nümayəndənin (vəkilin) ixtisaslaşması, işlərin müxtəlif səviyyəli mürəkkəblik dərəcələri, hüquqi yardımın qısa müddət ərzində göstərilməsi, habelə hüquqi yardımın hansı bölgədə (ərazidə) göstərilməsi və. sairə hallar xərclərin məbləğinə təsir göstərir. Nümayəndənin və ya vəkilin göstərdiyi hüquqi yardıma görə xərclərin ağlabatan məbləğinin müəyyən edilməsində sadalanan hallar, habelə həmin bölgədə (ərazidə) həmin kateqoriyadan olan işlər üzrə hüquqi yardımın göstərilməsinə görə ödənilən, təcrübədə formalaşmış məbləğ, məhkəmədə baxılan işin mürəkkəblik səviyyəsi, nümayəndənin, (vəkilin) iştirak etdiyi (deməli vaxt sərf etdiyi) məhkəmə hərəkətlərinin (iclaslarının) sayı və davam etmə müddəti, sərf olunan maddi vəsaitlərin həcmi, göstərilən hüquqi yardımın nəticəsi olaraq müəssisənin daha çox itkidən yaxasını qurtarması və s. aiddir. Məhkəmə hüquqi yardıma görə xərclərin ağlabatan məbləğini müəyyən edən zaman xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini xeyrinə qətnamə çıxarılanın təqdim etdiyi hesab və konkret hallar, yəni göstərilən yardımın həcmi, nümayəndələrin sayı, baxılan işin mürəkkəbliyi və s. hallarla şərtlənmişdir. Məhkəmə yuxarıda qeyd edilən qanun normaları və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olaraq hesab edir ki, hazırkı iş üzrə iddiaçı tərəfindən tələb edilən və zərərin qaytarılması istiqamətində məhkəmə və digər səlahiyyətli orqanlara müraciət olunduğu halda nümayəndələrin, dövlət rüsumlarının ödənilməsi ilə bağlı və digər zəruri xərclər şəklində dəymiş zərərə görə 100 manat məbləğində cərimə təmin edilə bilməz. Belə ki, hüquqi yardıma görə tərəflər arasında bağlanmış müqavilə işə əlavə edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının hüquqi yardıma görə ödənilmiş xərcin əvəzi olaraq 100 manat məbləğində hesablanmış pulun (cərimə borcunun) cavabdehdən tutulmasına dair tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddi qanunvericilik aktlarının bu normalarına istinad edən məhkəmə hesab edir ki, Cavabdeh zərər vurulmasına gətirib çıxaran mülki hüquq pozuntusu törətdiyi üçün ona qarşı zərər tələbinə dair qaldırılan iddia maddi və prosessual normalara uyğun olaraq verilmişdir və məhkəmə tərəfindən baxılaraq mahiyyəti üzrə həll edilməlidir. Belə ki, Cavabdeh tərəfindən İddiaçı MMC-nin KATV1 kabel şəbəkəsinə qanunsuz qoşulduğuna görə iddia qismən təmin edilməli, cavabdehdən maddi zərərə görə 136,8 manat, dövlət rüsumuna görə ödənilmiş 30 manat və 0,40 manat bank xidmət xərcinin əvəzi alınaraq iddiaçıya verilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh maddi zərərə görə 136,8 manat, dövlət rüsumuna görə ödənilmiş 30 manat və 0,40 manat bank xidmət xərcinin əvəzi alınaraq İddiaçınə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 01 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-649/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-649/2023
11.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver