Məhkəmə qərarları › İş №2(017)-66/2023

Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №2(017)-66/2023

26.12.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 2(017)-66/2023 26.12.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi ilə, İddiaçı Ağcabədi rayonu Gələbədin Bələdiyyəsinin Cavabdeh qarşı torpaqdan çıxarılma və tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Ağcabədi rayonu Gələbədin Bələdiyyəsi məhkəmədə iddia qaldıraraq Cavabdeh qarşı torpaqdan çıxarılma və tikilinin sökülməsi tələbinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşin məhkəmə baxış iclası müxtəlif tarixlərə təyin olunsa da, bu barədə işin baxılma yeri və vaxtı barədə tərəflərə müvafiq məhkəmə bildirişləri göndərilsə də, tərəflər məhkəmə iclaslarına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-in 259.0.6-cı maddəsinin tələblərinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin məcəllənin 260.*-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin məcəllənin 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmə hesab edir ki, tərəflər məhkəmə iclasına gəlmədikləri üçün və işə onların iştirakı olmadan baxmağı xahiş etmədiklərindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 259.0.6, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Ağcabədi rayonu Gələbədin Bələdiyyəsinin Cavabdeh dair torpaqdan çıxarılma və tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi tərəflər məhkəmə iclasına gəlmədiklərinə görə baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətində Ağcabədi rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar