Məhkəmə qərarları › İş №2(017)-70/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-70/2025

24.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-70/2025 24.01.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X11 Ərizəçi və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi qohumluq faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 25 dekabr 2023-cü il tarixli ölüm haqqında şəhadətnamədə qeyd edilmiş X12 ilə 05 avqust 2008-ci il tarixli, 2V-76 saylı Qanun üzrə X16 Şəhadətnamədə miras qoyan kimi qeyd edilmiş X6 eyni şəxs olması və X7 onun anası olması, yəni qohumluq faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, mərhum X13 onun anasıdır. Anası 08 noyabr 2002-ci il tarixdə vəfat etmiş və anasına 26 noyabr 2002-ci il tarixdə ölüm haqqında şəhadətnamə alınmışdır. Həmin şəhadətnamədə anasının adı X3 qeyd edilmişdir. Bununla bağlı o, Ağcabədi rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş və bu yanlışlıq aradan qaldırılaraq anasının ölüm haqqında şəhadətnaməsində dəyişiklik edilərək ona 25 dekabr 2023-cü il tarixli ölüm haqqında şəhadətnamə verilmiş və anasının adı X4 qeyd edilmişdir. 05 avqust 2008-ci il tarixli, 2V- 76 saylı Qanun üzrə X16 Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə anasının adı X3 qeyd edilmişdir. hazırda da anasının vəfatından sonra Ağcabədi rayonu T.İsmayılov kolxozu ərazisində yerləşən 4,2937 ha torpaq sahəsi miras qalmışdır. Həmin miras əmlaka Qanun üzrə X16 Şəhadətnamə almaq üçün müraciət etmiş və ona qeyd edilən yanlışlığa görə şəhadətnamə verilməmiş və məhkəməyə müraciət etməsi bildirilmişdir. Ona görə də göstərdiklərini nəzərə alaraq ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Vəkil izahatında Ərizəçi izahatına uyğun izahat verərək ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı tərəf Ağcabədi Regional “ASAN XİDMƏT” Mərkəzində fəaliyyət göstərən Notariat Ofisinin nümayəndəsi məhkəməyə məktub göndərmiş və onların iştirakı işə olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X15 ifadəsində göstərdi ki, ərizəçi onun bacısıdır. X2 onun anasıdır. anası X12 vəfat edənə kimi eyni təsərrüfatda olmuşlar və anası 08 noyabr 2002-ci il tarixdə vəfat etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X18 şahid-X10 ifadəsinə uyğun ifadə verərək eyni xüsusatları bir daha təsdiq etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş 25 dekabr 2023-cü il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X1, adı, atasının adı X4 qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışların surətindən görünür ki, X12 və digər ailə üzvlərinin ümumibirgə mülkiyyətinə Ağcabədi rayonu T.İsmayılov kolxozu ərazisində yerləşən 4,2937 ha torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Ağcabədi Rayon Qeydiyyat Şöbəsibin 06 avqust 2024-cü il tarixli arayışından görünür ki, Ərizəçi xx xxxxxxxx 1977-ci il tarixdə Ağcabədi şəhərində anadan olmuşdur və onun atası X22, anası X8r. İşdə olan və məhkəmə iclasında elan edilmiş Ağcabədi Regional “Asan Xidmət” Mərkəzinin Notariat ofisi tərəfindən verilmiş məktubdan görünür ki, Ağcabədi rayonu Dövlət Notariat ofisi tərəfindən verilmiş 05 avqust 2008-ci il tarixli, 2V-76 saylı Qanun üzrə X16 Şəhadətnamənin həqiqətən xx.xx.2023-cü il tarixli ölüm haqqında şəhadətnamə verilmiş X12 ilə bağlı verildiyinin müəyyən edilməsi üçün rayon məhkəməsinı müraciət edilməlidir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin, ərizəçinin nümayəndəsi və vəkilinin izahatını, şahidlərin ifadələrini dinləyib toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərində olmaları faktını müəyyən edir. İş materialları ilə müəyyən edilmişdir ki, Ərizəçi 19 sentyabr 1977-ci il tarixdə anadan olmuşdur. X12 onun anası olmuşdur. Ərizəçinin anası X7 25 dekabr 2023-cü il tarixli ölüm haqqında şəhadətnamədə soyadı, adı, ata adı X5, 05 avqust 2008-ci il tarixli, 2V-76 saylı Qanun üzrə X16 Şəhadətnamədə isə soyadı, adı, ata adı X3 qeyd edilmişdir. Hazırda da göstərilən uyğunsuzluqlara görə ərizəçi anasından miras qalmış əmlaka Qanun üzrə X16 Şəhadətnamə ala bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə işdə olan sübutlara məcmu halında qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməli, 25 dekabr 2023-cü il tarixli ölüm haqqında şəhadətnamədə qeyd edilmiş X12 ilə 05 avqust 2008-ci il tarixli, 2V-76 saylı Qanun üzrə X16 Şəhadətnamədə miras qoyan kimi qeyd edilmiş X6 eyni şəxs olması və X7 Ərizəçi anası olması, yəni qohumluq faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. 25 dekabr 2023-cü il tarixli ölüm haqqında şəhadətnamədə qeyd edilmiş X12 ilə 05 avqust 2008-ci il tarixli, 2V-76 saylı Qanun üzrə X16 Şəhadətnamədə miras qoyan kimi qeyd edilmiş X6 eyni şəxs olması və X7 Ərizəçi anası olması, yəni qohumluq faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar