Məhkəmə qərarları › İş №2(017)-700/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-700/2024

26.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-700/2024 26.04.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X21, Ərizəçi və onun vəkili X11 iştirakı ilə Ərizəçi miras əmlakın qəbul edilməsi faktının və həmin əmlaklar üzərində tam payla vərəsəlik üzrə mülkiyyət hüquqlarının müəyyən edilməsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək atası X1 miras qalmış ünvan 1 ünvanda yerləşən 0,13 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən bir mərtəbəli, 5 otaqlı, yaşayış sahəsi 113,2 kv.m, yardımçı sahəsi 12,9 kv.m, ümumi sahəsi 126,1 kv.m olan fərdi yaşayış evinin miras əmlak kimi onun tərəfindən qəbul edilməsi faktının və miras qalmış əmlaklar üzərində tam payla vərəsəlik üzrə onun mülkiyyət hüquqlarının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdi və izahatında göstərdi ki, atası X17 xx.xx.2020-ci il tarixdə vəfat etmiş və onun vəfat etdiyi günə ünvan 2 ünvanda 0,13 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində bir mərtəbəli, 5 otaqlı, yaşayış sahəsi 113.2 kv.m, yardımçı sahəsi 12.9 kv.m, ümumi sahəsi 126.1 kv.m olan fərdi yaşayış evi miras qalmışdır. Atası həmin torpaq sahəsini və fərdi yaşayış evini mərhum X2 ilə birgə nikah dövründə əldə etmişdir. X2 05 noyabr 2010-cu il tarixdə vəfat etmiş və anasının vəfatından sonra həmin ev və torpaq sahəsi tam hüquqla xx.xx.2011-ci ildə atasının adına rəsmiləşdirilmişdir. Atası qeyd edilən əmlaka dair 01 iyun 2018-ci ildə onun adına Ağcabədi rayon notariat kontorunda vəsiyyətnamə qoymuş və bütün əmlakını ona vəsiyyət etmişdir. Atasının vəfatından sonra miras əmlak tam olaraq onun tərəfindən qəbul edilmiş, hazırda da onun istifadə və sahibliyindədir. Digər vərəsələr – Maraqlı şəxs1, Atakişiyeva (Hüseynova) Məhparə Vaqif qızı, Abdullayeva (Hüseynova) Nuriyyə Vaqif qızı və Alıyeva (Hüseynova) Leyla Vaqif qızı miras əmlakı heç bir şəkildə qəbul etməmişlər. Eyni zamanda digər vərəsələrin atasından miras qalmış əmlakdan vərəsəlik qaydasında heç bir tələbləri yoxdur. Atası anasının ölümündən sonra 2015-ci ildə Əliyeva (Hüseynova) Rahilə Allahyar qızı ilə ailə qurmuş və onunla rəsmi nikah qeyd etdirmişdir. Lakin onlar bir neçə ay bir yerdə yaşamış və Rahilə 2016-cı ilin əvvəlində atasından ayrılaraq çıxıb getmişdir. Rahilə atasının yas mərasiminə gəlməmiş, dəfnində iştirak etməmişdir. Maraqlı şəxs1 atasından miras qalmış əmlakı nə faktiki nə də ki, notariat qaydasında qəbul etməmişdir. Atasının vəfatından sonra sözügedən torpaq sahəsi və fərdi yaşayış evi tam olaraq onun tərəfindən miras əmlak kimi qəbul edilmiş və onun tərəfindən idarə olunur. Ona görə də mərhum atası X6 miras qalmış - ünvan 1 ünvanda yerləşən 0,13 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən bir mərtəbəli, 5 otaqlı, yaşayış sahəsi 113,2 kv.m, yardımçı sahəsi 12,9 kv.m, ümumi sahəsi 126,1 kv.m olan fərdi yaşayış evinin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və həmin əmlaklar üzərində tam payla vərəsəlik üzrə onun mülkiyyət hüquqlarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Ərizəçi vəkili X22 da ərizəni müdafiə etdi və Ərizəçi izahatına uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs və Maraqlı şəxs2 nümayəndəsi Maraqlı şəxs4 məhkəməyə ərizə göndərərək bildirmişdir ki, atası X17 xx.xx.2020-ci il tarixdə vəfat etmiş və onun vəfat etdiyi günə ünvan 1 ünvanda yerləşən 0,13 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən bir mərtəbəli, 5 otaqlı, yaşayış sahəsi 113,2 kv.m, yardımçı sahəsi 12,9 kv.m, ümumi sahəsi 126,1 kv.m olan fərdi yaşayış evi qalmışdır. Atası həmin evi qardaşı Ərizəçi vəsiyyət etmiş, atasının vəfatından sonra miras əmlak sonuncu tərəfindən qəbul edilmişdir. Onun və bacısı Maraqlı şəxs2 həmin əmlakdan heç bir tələbləri yoxdur. Onun iştirakı olmadan işə baxılmasını və miras əmlakın qardaşı Ərizəçi tərəfindən faktiki qəbul edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs3 və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 6 saylı Ərazi İdarəsi məhkəmə iclasının yeri və vaxtı barədə dəfələrlə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxslər və onların nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin və onların nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin və onun vəkilinin izahatını dinləyərək, iş materiallarını tədqiq etməklə hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin olunmalıdır. Belə ki, mülki işin materiallarında olan MA seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən 0,13 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən bir mərtəbəli, 5 otaqlı, yaşayış sahəsi 113,2 kv.m, yardımçı sahəsi 12,9 kv.m, ümumi sahəsi 126,1 kv.m olan fərdi yaşayış evi X10 xüsusi mülkiyyətindədir, daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 36 nömrəli vərəqində qeydiyyata alınmışdır. Qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2011-ci ildir. Mülki işin materiallarında olan 2V-126 nömrəli reyestrdə qeydə alınmış vəsiyyətnamənin surətindən görünür ki, X3 şəhəri, Eldəniz Sadıqov küçəsi, ev 268 ünvanında yerləşən, özünə məxsus olan, ümumi sahəsi 126,1 kv.m olan fərdi yaşayış evini və 0,13 ha torpaq sahəsini Ərizəçi vəsiyyət etmişdir. Mülki işin materiallarında olan Ağcabədi rayon İHB-nın Ağcabədi şəhər İƏD-si üzrə nümayəndəliyin verdiyi xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X3 şəhəri, Eldəniz Sadıqov küçəsi, ev 268 ünvanında yaşayır. Mülki işin materiallarında olan Ağcabədi rayon İHB-nın Ağcabədi şəhər İƏD-si üzrə nümayəndəliyin təsdiq etdiyi xx.xx.2023-cü il tarixli aktdan görünür ki, ünvan 3 ünvanda qeydiyyatda olmuş X17 xx.xx.2020-ci il tarixdə vəfat etmiş, onun ölümündən sonra sağ olan vərəsələri: arvadı - X12, uşaqları - X17, X13, X18 və X8r. Mülki işin materiallarında olan Ağcabədi rayon Qeydiyyat şöbəsinin verdiyi xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X17 ilə X5 nikahı haqqında xx.xx.2015-ci il tarixdə 255 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra arvada Hüseynova soyadı verilmişdir. Mülki işin materiallarında olan Ağcabədi rayon Qeydiyyat şöbəsinin verdiyi xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X17 ilə X4 nikahı haqqında xx.xx.1968-ci il tarixdə 78 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra arvada Hüseynova soyadı verilmişdir. Mülki işin materiallarında olan ölüm haqqında AZ-İ 416582 nömrəli şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2010-cu il tarixdə Ağcabədi rayonunda ölmüşdür. Mülki işin materiallarında olan ölüm haqqında AZ-İİ 114325 nömrəli şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.2020-ci il tarixdə Ağcabədi rayonunda ölmüşdür. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağcabədi Regional “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusunun verdiyi xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Ərizəçi xx.xx.2023-cü il tarixdə ərizə ilə notariat ofisinə müraciət edərək atasından qalmış miras əmlakın bölüşdürülməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin alınmasını xahiş etmiş, onun məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Mülki işin materiallarında olan nikah haqqında xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, X14 ilə X15 27 mart 1990-cı il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Atakişiyeva soyadı verilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanda yerləşən 0,13 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən bir mərtəbəli, 5 otaqlı, yaşayış sahəsi 113,2 kv.m, yardımçı sahəsi 12,9 kv.m, ümumi sahəsi 126,1 kv.m olan fərdi yaşayış evi X10 xüsusi mülkiyyətindədir, daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 36 nömrəli vərəqində qeydiyyata alınmışdır. X3 şəhəri, Eldəniz Sadıqov küçəsi, ev 268 ünvanında yerləşən, özünə məxsus olan, ümumi sahəsi 126,1 kv.m olan fərdi yaşayış evini və 0,13 ha torpaq sahəsini Ərizəçi vəsiyyət etmişdir. X17 xx.xx.2020-ci il tarixdə Ağcabədi rayonunda ölmüşdür. Onun ölümündən sonra sağ olan vərəsələri: arvadı - X12, uşaqları - X17, X13, X18 və X8r. X10 ölümündən sonra ondan miras qalmış - ünvan 3 ünvanında yerləşən evi və həyətyanı torpaq sahəsini vərəsəsi Ərizəçi faktiki olaraq qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsində göstərilir ki, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1243.1, 1243.2 və 1243.3-cü maddələrinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə iş üzrə sübutları araşdıraraq belə nəticəyə gəlir ki, mərhum X10 vərəsəsi Ərizəçi miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsinə və həmin əmlaklar üzərində tam payla vərəsəlik üzrə onun mülkiyyət hüquqlarının müəyyən edilməsinə dair ərizəsi qanuni və əsaslı olduğu üçün təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.2-ci maddəsinin tələbinə görə məhkəmə tərəfindən mirasın qəbul edilməsi faktı müəyyən edilə bilər. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə, ərizəçinin və onun vəkilinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə müəyyən edilmiş hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin olunmalı, mərhum X10 vərəsəsi Ərizəçi miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizəsi təmin edilməli, X1 miras qalmış - ünvan 1 ünvanda yerləşən 0,13 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən bir mərtəbəli, 5 otaqlı, yaşayış sahəsi 113,2 kv.m, yardımçı sahəsi 12,9 kv.m, ümumi sahəsi 126,1 kv.m olan fərdi yaşayış evinin vərəsə Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən olunaraq X6 miras qalmış ünvan 1 ünvanda yerləşən 0,13 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən bir mərtəbəli, 5 otaqlı, yaşayış sahəsi 113,2 kv.m, yardımçı sahəsi 12,9 kv.m, ümumi sahəsi 126,1 kv.m olan fərdi yaşayış evi üzərində tam payla vərəsəlik üzrə Ərizəçi mülkiyyət hüquqları müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: X1 miras qalmış - ünvan 1 ünvanda yerləşən 0,13 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən bir mərtəbəli, 5 otaqlı, yaşayış sahəsi 113,2 kv.m, yardımçı sahəsi 12,9 kv.m, ümumi sahəsi 126,1 kv.m olan fərdi yaşayış evinin vərəsə Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. X6 miras qalmış ünvan 1 ünvanda yerləşən 0,13 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən bir mərtəbəli, 5 otaqlı, yaşayış sahəsi 113,2 kv.m, yardımçı sahəsi 12,9 kv.m, ümumi sahəsi 126,1 kv.m olan fərdi yaşayış evi üzərində tam payla vərəsəlik üzrə Ərizəçi mülkiyyət hüquqları müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar