Məhkəmə qərarları › İş №2(017)-709/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-709/2025

01.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-709/2025 01.05.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X10, Ərizəçi iştirakı ilə Ərizəçi doğum haqqında akt qeydinin doğum haqqında akt qeydləri kitabında qeyd edilməsi faktının müəyyən olunmasına dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi doğum haqqında akt qeydinin doğum haqqında akt qeydləri kitabında qeyd edilməsi faktının müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərdi ki, X11 ilə X3 nikahından xx.xx.1986-cı il tarixdə Əsgəran rayonunun Çanaxçı kəndində anadan olmuşdur. Baş vermiş məlum hadisələrdən sonra məcburiyyət qarşısında qalaraq ailəsi ilə birlikdə Ağcabədi rayonuna köçmüşlər. Anası 2021-ci ildə ölmüşdür. Ona verilmiş doğum haqqında şəhadətnaməni qeyri-müəyyən şəraitdə itirmişdir. Əsgəran rayonunun arxivi işğal altında qaldığı və əlaqələrin kəsilməsi səbəbindən onun doğumu haqqında akt qeydini bərpa etmək mümkün olmamışdır. xx.xx.2007-ci il tarixdə X12 ilə nikaha daxil olmuş, nikahdan sonra “Məmişova” soyadı əvəzinə “Quliyeva” soyadını qəbul etmişdir. Müəyyən sənədləşmə işlərinin aparılması üçün doğum haqqında şəhadətnaməsi lazım olmuşdur. Ona görə də doğum akt qeydi arayışı üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin həmin şöbədə də doğum akt qeydinin bərpası mümkün olmamışdır. Ona görə də xx.xx.1986-cı il tarixdə Əsgəran rayonunun Çanaxçı kəndində doğulmasına, X2, anası isə X8 olmasına dair hüquqi faktın müəyyən olunaraq doğum haqqında akt qeydinin bərpa olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, X8 ilə olan nikahlarından xx.xx.1986-cı il tarixdə Əsgəran rayonunun Çanaxçı kəndində qızı Gülüzar anadan olmuşdur. Bir müddət Əsgəran rayonunda yaşadıqdan sonra baş vermiş məlum hadisələrdən sonra məcburiyyət qarşısında qalaraq ailəsi ilə birlikdə Ağcabədi rayonuna köçmüşlər. Arvadı 2021-ci ildə ölmüşdür. Qızına verilmiş doğum haqqında şəhadətnaməni qeyri-müəyyən şəraitdə itirmişdir. Arxiv Əsgəran rayonunda qaldığından doğum haqqında şəhadətnamənin bərpası mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 şahid X5 ifadəsinə uyğun ifadə verdi. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, işdə olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1986-cı il tarixdə anadan olmuşdur. İş materiallarında olan AZ-İ 323636 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X1 Sadiq İbiş oğlu ilə xx.xx.2007-ci il tarixdə nikaha daxil olmuş, nikahdan sonra “Məmişova” soyadı əvəzinə “Quliyeva” soyadını qəbul etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Maraqlı şəxs verdiyi məktubdan görünür ki, X16 Vilayətinə aid olan rayon qeydiyyat şöbələrinin (X16 Vilayətinin Əsgəran rayonu, Çanaxçı kəndi) arxiv sənədləri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Reyestri Xidmətində saxlanılmır. Quliyeva (Məmişova) Gülüzar Yunis qızının doğum haqqında akt qeydi aşkar olunmamışdır. Ona görə də doğum haqqında akt qeydinin qeydiyyat şöbəsində bərpa edilməsi mümkün olmamışdır. İş materiallarında olan çıxarışdan görünür ki, X11 və X3 nikahı haqqında xx.xx.1982ci il tarixdə 23 nömrəli akt qeydi ilə tərtib edilmişdir. İşdə olan AZ-İİ 159025 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 162.1 və 162.2-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. İtmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilməsi faktının müəyyən edilməsi barədə işlərə baxır müəyyən edir. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Ərizəçi xx.xx.1986-cı il tarixdə Əsgəran rayonunun Çanaxçı kəndində anadan olmuş, hazırda Ağcabədi rayonunun Minəxorlu kəndində qeydiyyatda olmaqla yaşayır. X2, anası isə X4r. Məhkəmə hesab edir ki, göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmiş, ona görə də Ərizəçi xx.xx.1986-cı il tarixdə Əsgəran rayonunun Çanaxçı kəndində doğulması barədə akt qeydinin qeyd edilməsi və X2, anası isə X8 olması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1986-cı il tarixdə Əsgəran rayonunun Çanaxçı kəndində doğulması barədə akt qeydinin doğum haqqında akt qeydləri kitabında qeyd edilməsi və X2, anası isə X8 olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar