Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-729/2025 29.05.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X7 və Ərizəçi iştirakı ilə Ərizəçi qohumluq münasibətlərinin olması faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi qohumluq münasibətlərinin olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərdi ki, atası X10 ilə anası X3 faktiki nikaha daxil olmaqla ailə qurmuşlar. Onların evliliyindən 1961-ci ildə o, 1945-ci ildə isə bacısı Tahirə anadan olmuşdur. Onun doğum haqında şəhadətnaməsində ata və ana qrafasında valideynləri haqqında məlumat qeyd olunmuşdur. Bacısının isə doğum şəhadətnaməsi aşkar olunmamışdır. Bacısından qalan miras torpağı sənədləşdirmək istəyərkən qohumluq münasibətlərini müəyyənləşdirmək mümkün olmamışdır. Ona görə də X8 ilə bacı olması barədə qohumluq faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Ağcabədi regional “Asan Xidmət” mərkəzində notarius ofisinin notariusu nümayəndəsini məhkəməyə göndərməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Ağcabədi regional “Asan Xidmət” mərkəzində notarius ofisinin notariusunun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X2 verdiyi ifadəsində göstərdi ki, Ağcabədi şəhərində yaşayır. X10 ilə X3 faktiki nikaha daxil olmaqla ailə qurmuşlar. Onların evliliyindən 1945-ci ildə X8, 1961-ci ildə Ərizəçi anadan olmuşdur. X8 xx.xx.2018-ci il tarixdə Ağcabədi şəhərində vəfat etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X5 şahid X2 ifadəsinə uyğun ifadə verərək eyni xüsusatları bir daha təsdiq etdi. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZ-T 258976 nömrəli doğum haqqında şəhadətnamənin və AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1961-ci il tarixdə Ağcabədi şəhərində doğulmuşdur. Doğum şəhadətnaməsində atası qrafasında X10, anası qrafasında X3 yazılmışdır. İş materiallarında olan Ağcabədi rayonunun İHB-nın Ağcabədi şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin təsdiq etdiyi xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, xx.xx.1992-ci il tarixdə ölmüş X10 ilə xx.xx.2004-cü il tarixdə ölmüş X1 xx.xx.1945-ci il tarixdə doğulmuş və xx.xx.2018-ci il tarixdə ölmüş X8 və xx.xx.1961-ci il tarixdə doğulmuş Ərizəçi adlı övladları olmuşdur. Ərizəçi ilə mərhum X8 doğma bacı-qardaşdırlar. İş materiallarında olan Ağcabədi rayon Dövlət Arxivinin 22 noyabr 2024-cü il tarixli 149 nömrəli arxiv arayışının surətindən görünür ki, arxivdə mühafizə olunan VVAQ şöbəsinin sənədlərinə baxış keçirilmiş, 1931-1948-ci illəri əhatə edən Ağcabədi rayon Hacıbədəlli və Şənlik doğum aktı kitabında 1945-ci il təvəllüdlü X4 doğum aktı aşkar olunmamışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli xx/xx-2494/2024 nömrəli arayışın surətindən görünür ki, X10 xx.xx.1992-ci il tarixdə ölmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli xx/xx-2495/2024 nömrəli arayışın surətindən görünür ki, X3 xx.xx.2004-cü il tarixdə ölmüşdür. İş materiallarında olan AZ-İİ 354528 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2018-ci il tarixdə ölmüşdür. Onun ölümü Ağcabədi rayon Qeydiyyat şöbəsində qeydə alınmışdır. İş materiallarında olan Ağcabədi rayonunun İHB-nın Ağcabədi şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 4234 nömrəli arayışının surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə ölmüş X4 ailə tərkibi qardaşı Ərizəçi ibarətdir. İş materiallarında olan qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il olan Çıxarışın surətindən görünür ki, X4 (payı ümumi birgə) adına fərdi yaşayış evi və torpaq sahəsi vardır. İş materiallarında olan Ağcabədi regional “Asan Xidmət” mərkəzində notarius ofisinin xx.xx.2024-cü il tarixli 1658 nömrəli arayışının surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə ölmüş X4 vərəsəlik işi ilə əlaqədar olunmuş müraciətlə bağlı ailə tərkibi qardaşı Ərizəçi ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərində olmaları faktını da müəyyən edir. İş materiallarından göründüyü kimi, Ərizəçi ilə mərhum X8 bacı-qardaş olmuşlar. X8 xx.xx.2018-ci il tarixdə ölmüşdür. Onun ölümü Ağcabədi rayon Qeydiyyat şöbəsində qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə işdə olan sübutlara məcmu halında qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməli, mərhum X4 Ərizəçi bacısı olması qohumluq faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutub məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.2018-ci il tarixdə ölmüş X4 Ərizəçi bacısı olması qohumluq faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-729/2025
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-729/2025
29.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver