Məhkəmə qərarları › İş №2(017)-772/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-772/2025

07.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-772/2025 07.04.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən olunmasına dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək mərhum anası 1923-cü il təvəllüdlü X4 doğumun qeyd edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi izahat verərək göstərdi ki, mərhum babası X5 və X2 təxminən 1922-1940-cı illərdə nikaha daxil olmuş, mərhumların nikahından 1923-cü il tarixdə mərhum anası X1 rayonunda doğulmuşdur. Mərhum anası Samaya xx.xx.1998ci il tarixdə vəfat etmişdir. Anasının doğum haqqında şəhadətnaməsi olmadığı üçün vərəsəlik işlərinin aparılması mümkün olmamışdır. Mərhum anası X4 doğum aktı barədə malumatların alınması üçün Maraqlı şəxs3 Başçısının Aparatı yanında Ağcabədi rayon Dövlət Arxvinə müraciət etmişdir. Lakin Ağcabədi rayon Dövlət Arxivinin mühavizə olunan 1931-1946-cı illəri əhatə edən Ağcabədi doğum aktı kitabına və 1921-1957-ci illər arası anadan olmuş vətəndaşların Ağcabədi yaşı müəyyən edən komissiyasının 1950-1953-1957-ci il protokol kitabına baxış zamanı orada X4 doğum tarixi ilə bağlı hər hansı bir məlumat aşkarlanmamışdır. Mərhum babası X3 adına 0.10 ha torpaq sahəsi var. Həmin əmlaka dair yuxarıda qeyd etdiyi səbəblərə görə vərəsəlik işi açıla bilmir. Ona görə də məhkəmədən ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs1nə və Ağcabədi regional “ASAN Xidmət” mərkəzində Notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, marqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə bu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələbinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X10 izahat verərək göstərdi ki, Ərizəçi onun bibisi qızı X14 isə bibisidir. X14 1923-cü il tarixdə Ağcabədi rayonunda anadan olmuş və xx.xx.1998-ci il tarixdə vəfat etmişdir. Ədibə Samayanın qızıdır. Məhkəmə iclasında şahid qismində dindirilən X11 izahat verərək göstərdi ki, Ərizəçi onun bibisi qızı X14 isə bibisidir. X6 atası ilə eyni tarixdə 1923-cü il tarixdə Ağcabədi rayonunda doğulmuşlar. Bibisi Samaya xx.xx.1998-ci il tarixdə vəfat etmişdir. Ədibə Samayanın qızıdır. İş materialarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1968-ci tarixdə Ağcabədi şəhərində anadan olmuş, hazırda Ağcabədi şəhəri, N.Abdullayev küçəsi ev 65-də qeydiyyatda olmaqla yaşayır. İş materiallarında olan Maraqlı şəxs1 tərəfindən verilmiş 16 oktyabr 2024-cü il tarixli, 3-16-5/8-15-Ə-1155/2024 saylı məktubun məzmunundan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin «Vətəndaşlıq vəziyyəti aktları» avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. Ona görə də doğum haqqında akt qeydinin bərpası rayon Qeydiyyat şöbəsində mümkün deyildir. İş materiallarında olan Maraqlı şəxs1 tərəfindən verilmiş 24 yanvar 2024-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 14 dekabr 1998-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.7-ci maddəsinə əsasən məhkəmə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, habelə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Beləliklə, məhkəmədə müəyyən olundu ki, Ərizəçi 1923-cü il tarixdə Ağcabədi rayonunda anadan olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməklə, ərizəçinin mərhum anası X4 1923-cü il tarixdə Ağcabədi rayonunda doğumu ilə bağlı doğumun qeyd edilmə faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçinin mərhum anası X4 1923-cü il tarixdə Ağcabədi rayonunda doğulması faktı müəyyən edilsin. Doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxs1nə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar