Məhkəmə qərarları › İş №2(017)-825/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-825/2023

25.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-825/2023 25.04.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X*, Ərizəçi iştirakı ilə Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 22 yanvar *977-ci ildə Ağcabədi rayonu, Sarıcalı kəndində doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərdi ki, 22 yanvar *977-ci ildə Ağcabədi rayonu, Sarıcalı kəndində anadan olmuş və hal-hazırda da Ağcabədi rayonu, Yuxarı Qiyamadınlı kəndində yaşayır. Atası mərhum X5, anası isə mərhum X3r və valideynlərinin hər ikisi vəfat etmişdir. Ağcabədi rayonu, Yuxarı Qiyamadınlı kəndində ailə üzvlərinə verilmiş pay torpağında mülkiyyətçilərin siyahısına o, da daxil edilmişdir. Birinci Qarabağ müharibəsi zamanı kəndləri daima erməni qəsbkarları tərəfindən top atəşinə məruz qaldığından müxtəlif yerlərdə yaşamışdır. Sonradan ona məlum olmuşdur ki, o anadan olarkən valideynləri tərəfindən ona doğum haqqında şəhadətnamə almamışlar və doğum haqqında şəhadətnaməsi olmadığından şəxsiyyət vəsiqəsi də ala bilmir. Ona görə də, göstərdiklərini nəzərə alaraq 22 yanvar *977-ci ildə Ağcabədi rayonu, Sarıcalı kəndində anadan olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi məhkəmədə iştirak etməsə də, məhkəməyə ünvanladığı 29 mart 2023-cü il tarixli məktubda mülki işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını qanuna uyğun hesab etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, Ərizəçi onun həm əmisi oğlu, həm də qaynıdır. Ərizəçi 22 yanvar *977-ci il tarixdə Ağcabədi rayonu, Sarıcalı kəndində anadan olmuşdur. Sonradan ona məlum olmuşdur ki, Ərizəçi doğum haqqında şəhadətnamə alınmamışdır. Məhkəmə baxışı zamanı şahid qimində dindirilmiş Ərizəçi həmkəndliləri X6 və X7 şahid X4 ifadəsinə uyğun ifadə verdilər. İşdə olan və məhkəmə iclasında elan edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 22 fevral 2023-cü il tarixli məktubdan görünür ki, 22 yanvar *977-ci ildə Ağcabədi rayon, Sarıcalı kəndində anadan olmuş Ərizəçi doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə *977-*978-ci illər ilkin, *977-*995-ci illər bərpa və “Vətəndaşların vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, lakin Ərizəçi doğumu haqqında akt qeydi aşkar edilməmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Ağcabədi rayon İcra Hakimiyyəti başçısının Yuxarı Qiyamadınlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Əliyev X2 rayonunun Sarıcalı kəndində anadan olmuş və hazırda Yuxarı Qiyamadınlı kəndində yaşayır. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinin tələbinə görə məhkəmə şəxsin doğumunun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin. İş materiallarından göründüyü kimi Ərizəçi 22 yanvar *977-ci ildə Ağcabədi rayon, Sarıcalı kəndində anadan omuş, onun atası X5, anası isə X3r. Lakin, Ərizəçi bu günə kimi doğum haqqında şəhadətnamə alınmamış və doğum haqqında şəhadətnaməsi olmadığı üçün digər sənəd də ala bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.*-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 2*7.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi 22 yanvar *977-ci ildə Ağcabədi rayonunun Sarıcalı kəndində doğulması faktı müəyyən edilməklə ərizə təmin edilməli, ərizəçinin doğum haqqında akt qeydi kitabında adı «Elşad», soyadı «Əliyev», atasının adı «Bayram», milliyyəti azərbaycanlı, valideynləri, atası-X5, milliyyəti azərbaycanlı, anası-X8, milliyyəti azərbaycanlı yazılmaqla Maraqlı şəxsndə müvafiq qeydlər aparılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi 22 yanvar *977-ci ildə Ağcabədi rayonunun Sarıcalı kəndində doğulması faktı müəyyən edilsin, ərizəçinin doğum haqqında akt qeydi kitabında adı «Elşad», soyadı «Əliyev», atasının adı «Bayram», milliyyəti azərbaycanlı, valideynləri, atası-X5, milliyyəti azərbaycanlı, anası-X8, milliyyəti azərbaycanlı yazılmaqla Maraqlı şəxsndə müvafiq qeydlər aparılsın. Qətnamədən bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar