Məhkəmə qərarları › İş №2(017)-834/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-834/2023

11.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-834/2023 11.05.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X*4, Ərizəçi iştirakı ilə Ərizəçi doğum faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi doğum faktının müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərdi ki, X*0 ilə X4 qeyri rəsmi nikahlarından xx.xx.2002-ci il tarixdə Ağcabədi rayonunun Avşar kəndində ev şəraitində anadan olmuşdur. Anadan olduqdan sonra valideynləri ona doğum haqqında şəhadətnamə almamışlar. Sonradan özü də bu barədə heç bir yerə müraciət etməmişdir. Ailə qurmamışdır, subaydır. Doğum haqqında şəhadətnaməsi olmadığına görə tez-tez bəzi çətinliklərlə üzləşir, adına şəxsiyyət vəsiqəsi ala bilmir. Hazırda Ağcabədi rayonunun Avşar kəndində valideynləri ilə birlikdə yaşayır. Ona görə də xx.xx.2002-ci il tarixdə Ağcabədi rayonunun Avşar kəndində ev şəraitində doğulması, atasının X*0, anasının X*2 olması barədə faktın müəyyən olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Ağcabədi rayon Qeydiyyat şöbəsi məhkəməyə məktub göndərmiş və onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə Ağcabədi rayon Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X*2 ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Ağcabədi rayonunun Avşar kəndində yaşayır. X*0 ilə faktiki nikaha daxil olmuş, onların nikahlarından dörd uşaqları, o cümlədən xx.xx.2002-ci il tarixdə ev şəraitində dördüncü uşaqları - Ərizəçi anadan olmuşdur. Qızı Xatayı doğulduqdan sonra ona doğum haqqında şəhadətnamə alınmamışdır. Qızı Xatayı ailə qurmamış, subaydır. Hazırda qızı Xatayı onlarla birlikdə Ağcabədi rayonunun Avşar kəndində yaşayır. Məhkəmə iclasında şahid X*0 şahid X4 ifadəsinə uyğun ifadə verdi. Məhkəmə iclasında şahid X*3 ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Ağcabədi rayonunun Avşar kəndində yaşayır. X*0 onun doğma qardaşıdır. Qardaşı X* faktiki nikaha daxil olmaqla ailə qurmuşlar. Onların qeyri-rəsmi nikahlarından dörd uşaqları, o cümlədən xx.xx.2002-ci il tarixdə ev şəraitində dördüncü uşaqları - Ərizəçi anadan olmuş, doğuşda iştirak etmişdir. Xatayıya mərhum analarını adı verilmişdir. Qardaşı qızı Xatayı ailə qurmamış, subaydır. Hazırda Xatayı valideynləri ilə birlikdə Ağcabədi rayonunun Avşar kəndində yaşayır. Məhkəmə iclasında şahid X7 şahid X5 ifadəsinə uyğun ifadə verdi. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, işdə olan Ağcabədi rayon İHB-nın Avşar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin *8.0*.2023-cü il tarixli, 46 nömrəli arayışından görünür ki, Mamedova X2 qeydiyyatdadır və həmin kənddə yaşayır. İşdə olan Ağcabədi rayon İHB-nın Avşar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndənin təsdiq etdiyi *8.0* 2023-cü il tarixli aktdan görünür ki, Mamedova X2 yaşayır. X3, anası isə X8r. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ağcabədi rayon X** X20 Həkim Məntəqəsinin verdiyi *8.0*.2023-cü il tarixli 02 nömrəli arayışdan görünür ki, Avşar kənd sakini xx.xx.2002-ci il tarixdə anadan olmuş Ərizəçi sağlamdır. İş materiallarında olan Ağcabədi rayon Qeydiyyat Şöbəsinin *3.0*.2023-cü il tarixli, 05/76-30/*5 nömrəli arayışından görünür ki, Ərizəçi Ağcabədi rayon qeydiyyat şöbəsində və Ağcabədi rayon qeydiyyat şöbəsi arxivində doğum akt qeydiyyatı tapılmamış, doğumu qeydə almaqdan imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki prosessual Məcəlləsinin 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 3*0-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Ərizəçi xx.xx.2002-ci il tarixdə Ağcabədi rayonunun Avşar kəndində ev şəraitində doğulmuş, hal-hazırda həmin kənddə valideynləri ilə birlikdə yaşayır. X3, anası isə X8r. Məhkəmə hesab edir ki, göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmiş və doğum faktı müəyyən olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 2*6-220-ci və 360-cı maddələrini rəhbər tutub məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.2002-ci il tarixdə Ağcabədi rayonunun Avşar kəndində ev şəraitində doğulması və X3, anası X*2 olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar