Məhkəmə qərarları › İş №2(017)-857/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-857/2023

04.07.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-857/2023 04.07.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X9, iddiaçılar İddiaçı2 və İddiaçı1 nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “vərəsəlik hüququnun və çıxarışın ləğv edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün buraxılmış müddətin bərpa edilməsi və miras əmlaka vərəsəlik hüququnun tanınması” tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “vərəsəlik hüququnun və çıxarışın ləğv edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün buraxılmış müddətin bərpa edilməsi və miras əmlaka vərəsəlik hüququnun tanınması” tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iddiaçılar İddiaçı2 və İddiaçı1 nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək verdiyi izahatında göstərdi ki, Ağcabədi rayonunun Hacıbədəlli kəndində yerləşən ümumi sahəsi 208 kv.m olan ikimərtəbəli fərdi yaşayış evi mərhum İddiaçı1 Mircəlal oğluna məxsus olmuş, onun 1992-ci ildə ölümündən sonra arvadı X4 adına keçirilmişdir. X8 xx.xx.2019-cu il tarixdə ölmüş, qanun üzrə 7 vərəsəsi olmuşdur. X1 2008ci ildə vəfat etmişdir. Miras qoyan X8 vəfat edərkən, yəni mirasın açıldığı vaxt Mirəşrəf öldüyü üçün onun uşaqları İddiaçı2 və İddiaçı1 qanun üzrə vərəsə sayılırlar və onların vərəsəlik hüquqları pozulmuşdur. Cavabdeh xx.xx.2020-ci il tarixli dövlət reyestrindən çıxarış əsasında anası Dursun Məmmədovadan miras qalmış fərdi yaşayış evini tam pay hüququ ilə öz adına keçirmişdir. Digər vərəsələrin miras əmlaka vərəsəlik hüquqları tanınmamışdır. Miras qoyanın ölümündən altı ay ərzində bütün vərəsələrin dairəsi müəyyən olunaraq hər birinin miras əmlaka vərəsəlik hüquqları tanınmalı idi. Lakin cavabdeh miras qoyanın ölümündən bir ay sonra miras əmlakı öz mülkiyyətinə keçirmiş və adına reyestrdən çıxarış almışdır. Vərəsələrin dairəsi müəyyən olunmamış və mirasın qəbulu üçün müəyyən edilmiş müddət gözlənilməmişdir. Mirasın qəbulu müddəti iddiaçıların hər ikisi cəza çəkmə müəssisəsində cəza çəkmişlər. Bu səbəbdən onlar qanun üzrə vərəsə olaraq hüquqlarının tanınması üçün notariat orqanına müraciət edə bilməmişlər. Cavabdeh mirasın qəbulu zamanı digər vərəsələr haqqında notariusa düzgün məlumat verməmiş, iddiaçıların cəza çəkmələrindən sui-istifadə edərək yeganə vərəsə kimi miras əmlakı öz adına sənədləşdirmişdir. Eyni zamanda cavabdeh digər vərəsələrə mirası faktiki qəbul etmələrinə də imkan verməmişdir. Ona görə də iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədi və izahatında göstərdi ki, iddiaçılar tərəfindən mübahisələndirilən ümumi sahəsi 208 kv.m olan fərdi yaşayış evi ƏMDK-nin yanında DƏDRX-nin 6 saylı Ərazi idarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş **********98-1031 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə mərhum X2na məxsus olmuşdur. Anası hələ öz sağlığında mülkiyyətində olan əmlakı ona bağışlamış, bu barədə aralarında xx.xx.2015ci il tarixdə daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlanmışdır. Bağışlanan əmlakı qəbul etmiş və adına çıxarış almışdır. X2 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Anasından hər hansı bir miras əmlak qalmamış, yeganə vərəsə kimi onun adına hər hansı bir miras əmlak qeydə alınmamışdır. Ona görə də iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını tədqiq etməklə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan AZ-İİ 010056 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2019-cu il tarixdə Ağcabədi rayonunda ölmüşdür. İş materiallarında olan xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, Ağcabədi rayonunun Hacıbədəlli kəndində yerləşən ümumi sahəsi 208 kv.m olan fərdi yaşayış evinə dair hədiyyə edən X8 hədiyyə alan Cavabdeh arasında xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlanmışdır. Bağışlanma müqaviləsi notariusda rəsmiləşdirilmiş və reyestrdə 4Ə-510 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan çıxarışın surətindən görünür ki, Ağcabədi rayonunun Hacıbədəlli kəndində yerləşən ümumi sahəsi 208 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh məxsusdur. Bu barədə ƏMDK-nin yanında DƏDRX-nin 6 saylı Ərazi idarəsi tərəfindən onun adına xx.xx.2020-ci il tarixdə **********98-1031 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsində göstərilir ki, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1133.1 və 1133.2-ci maddələrinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Azərbaycan Respublikası Mülki Məcəllənin 1151.1 və 1151.2-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1162-ci maddəsinə görə sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Həmin Məcəllənin 1243.1, 1243.2 və 1243.3-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə, məhkəmə qətnaməsi mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Ağcabədi rayonunun Hacıbədəlli kəndində yerləşən ümumi sahəsi 208 kv.m olan fərdi yaşayış evi **********98- 1031 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə X5 məxsus olmuş, X8 hələ öz sağlığında mülkiyyətində olan əmlakı Cavabdeh bağışlamış, bu barədə notariusda xx.xx.2015-ci il tarixdə daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlanmışdır. Bağışlanan əmlak Cavabdeh tərəfindən qəbul olunmuş və onun adına dövlət reyestr xidmətində qeydə alınaraq çıxarış verilmişdir. X8 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. İddiaçılar iddia tələbində mərhum X3 Ağcabədi rayonunun Hacıbədəlli kəndində yerləşən ümumi sahəsi 208 kv.m olan fərdi yaşayış evinin miras qaldığını, vərəsələrin dairəsi barədə notariusa düzgün məlumat verilmədiyini, həmin miras qalmış əmlakın yeganə vərəsə kimi cavabdeh tərəfindən öz adına rəsmiləşdirildiyini göstərsə də, həmin hallar məhkəmədə öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara və tərəflərin izahatlarına qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “vərəsəlik hüququnun və çıxarışın ləğv edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün buraxılmış müddətin bərpa edilməsi və miras əmlaka vərəsəlik hüququnun tanınması” tələbinə dair iddiaları qanunsuz və əsasız olduğuna görə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “vərəsəlik hüququnun və çıxarışın ləğv edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün buraxılmış müddətin bərpa edilməsi və miras əmlaka vərəsəlik hüququnun tanınması” tələbinə dair iddiaları təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar