Məhkəmə qərarları › İş №2(017)-867/2024

Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №2(017)-867/2024

06.05.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 2(017)-867/2024 06.05.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehlər Ağcabədi rayon Bələdiyyəsinin nümayəndəsi X4 və X1 iştirakı ilə İddiaçı cavabdehlər Ağcabədi rayon Bələdiyyəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Hərrəcların Təşkili üzrə X5 Torpaq müsabiqə və hərrac komissiyası və X2 qarşı torpaq müsabiqə və hərracın nəticələrinin etibarsız hesab edilməsi, cavabdehə verilmiş torpaq müsabiqə və hərracın nəticələrinə dair şəhadənamənin və Azərbaycan Respublikası Əmlak X6 yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmət tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarıçın ləğv edilməsi və ya maneələrin aradan qaldırılması və yonun açılması tələbinə dair mülki işə Ağcabədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı cavabdehlər Ağcabədi rayon Bələdiyyəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Hərrəcların Təşkili üzrə X5 Torpaq müsabiqə və hərrac komissiyası və X2 qarşı torpaq müsabiqə və hərracın nəticələrinin etibarsız hesab edilməsi, cavabdehə verilmiş torpaq müsabiqə və hərracın nəticələrinə dair şəhadənamənin və Azərbaycan Respublikası Əmlak X6 yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmət tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hazırlıq iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə təqdim edərək iddia ərisəsinin baxılmadan onalara qaytarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib belə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Ağcabədi rayon Bələdiyyəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Hərrəcların Təşkili üzrə X5 Torpaq müsabiqə və hərrac komissiyası və X2 qarşı torpaq müsabiqə və hərracın nəticələrinin etibarsız hesab edilməsi, cavabdehə verilmiş torpaq müsabiqə və hərracın nəticələrinə dair şəhadənamənin və Azərbaycan Respublikası Əmlak X6 yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmət tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 263, 264, 266-267-ci maddələrini rəhbər turaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı cavabdehlər Ağcabədi rayon Bələdiyyəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Hərrəcların Təşkili üzrə X5 Torpaq müsabiqə və hərrac komissiyası və X2 qarşı torpaq müsabiqə və hərracın nəticələrinin etibarsız hesab edilməsi, cavabdehə verilmiş torpaq müsabiqə və hərracın nəticələrinə dair şəhadənamənin və Azərbaycan Respublikası Əmlak X6 yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmət tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər iddiaçılara qaytarılsın. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ağcabədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar