Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-1292/2025 08.10.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İş üzrə Cavabdeh vəkili və nümayəndəsi Vəkil iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 İddiaçı4 və Osmanova (Abdullayeva) Aytən Oqtay qızının Cavabdeh qarşı torpaq sahəsində yaradılmış maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə məhkəmə hazırlıq iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 İddiaçı4 və Osmanova (Abdullayeva) Aytən Oqtay qızı Cavabdeh qarşı torpaq sahəsində yaradılmış maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaçı1 məhkəməyə ərizə göndərərək, hazırki iş üzrə iddia ərizəsini və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə Cavabdeh vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinin geri qaytarılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə, Cavabdeh vəkili və nümayəndəsi Vəkil dinləyib, iddiaçının vəsatətini və iş materiallarını araşdırıb, hesab edir ki, iddiaçının vəsatətinə əsasən hazırkı ərizə və ona əlavə olunmuş sənədlər İddiaçı1 geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti üzrə ərizə qaytarıla bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 114.1.3, 170, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 İddiaçı4 və Osmanova (Abdullayeva) Aytən Oqtay qızının Cavabdeh qarşı torpaq sahəsində yaradılmış maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizə və ərizəyə əlavə olunmuş sənədlər İddiaçı1 vəsatətinə əsasən geri qaytarılsın. Qərardaddan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nigar Xəlilova
Məhkəmə qərarları › İş №2(027)-1292/2025
Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-1292/2025
08.10.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver