Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2673/2025 26.09.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənov Tural Leysan oğlunun katibliyi, iddiaçı X4 iştirakı ilə, İddiaçı X4 Cavabdeh qarşı “maneənin aradan qaldırılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçının tələbi İddiaçı X9 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X3na məxsus olan Tovuz Rayon Aqrar İslahat Komissiyasının 22 dekabr 1997-ci il tarixli qərarı ilə verilmiş 0,19 ha torpaq sahəsinin (JN-822G KOD 50300158 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) plan və ölçmə işlərinə cavabdeh tərəfindən aparılan maneələrin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 1958-ci ildə Tovuz rayonunda anadan olmuşdur. X1, anası isə X11r. X2 qızına Tovuz Rayon Aqrar İslahat Komissiyasının qərarı ilə 0,19 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN-822G (KOD ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. X3 02 iyun 2002-ci ildə vəfat etmişdir. O, 2025-ci ildə Tovuz regional ASAN xidmət mərkəzinə müraciət edərək barəsində vərəsəlik işinin açılmasını xahiş etmişdir. Müraciətinin əsasında 8V-122 (2025) saylı vərəsəlik işi açılmışdır. Vərəsəlik işi açıldıqdan sonra çıxarış almaq üçün sənədlər daşınmaz əmlakın dövlət reyestr xidmətinə göndərilmişdir. Mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması üçün qanunvericiliklə müəyən olunmuş qaydada ölçmə işləri aparılması cavabdehə bildirilsə də o buna mane olmuşdur. Cavabdeh onun bacısı oğludur. Onun gözlənilən mülkiyyət hüququnun qarşısını almışdır. Cavabdeh torpaq sahəsinə daşınmaz əmlakın mütəxəssislər tərəfindən baxış keçirilərək plan və ölçünün hazırlanmasına mane olur. Tərəflərin izahatları Məhkəmə iclaslarında iştirak edən iddiaçı X9 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun çıxış etmiş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə müvafiq olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar “Torpağın mülkiyyətə verilməsinə dair” JN-822G nömrəli (KOD ********) şəhadətnaməyə əsasən Tovuz rayonu İbrahimhacılı kəndində yerləşən sahəsinin ölçüsü 0.19 ha olan torpaq sahəsi Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 14 saylı qərarı ilə X8 adına ayrılmışdır. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, X9 tərəfindən məhkəməyə ərizə ilə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tovuz rayon qeydiyyat şöbəsindən verilmiş xx.xx.2025-ci il tarixli AZ-İİ № 465392 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X13 xx.xx.2002-ci il tarixdə Tovuz rayonu İbrahimhacılı kəndində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2002ci il tarixdə 492 nömrəli akt qeydi tərtib edilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən X6 ünvanlanmış xx.xx.2025-ci il tarixli cavab məktubundan (imtina rəyi) müəyyən olunur ki, daşınmaz əmlaka baxış keçirilməsi üçün zəruri olan invertarlaşdırma işləri aparılarkən mübahisə olduğu aşkar edilmişdir. Ona görə də vətəndaşa məhkəməyə müraciət etməsi izah edilmişdir. Tovuz rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş AZ-İ № 295790 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X12 (X1, X3) xx.xx.1958ci il tarixdə Tovuz rayonunda doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1970-cı il tarixdə 112 nömrə ilə qeyd edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində təsbit edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (R.Ağalarovun şikayəti üzrə 2007-ci il 26 sentyabr tarixli Qərar). Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat Məhkəmənin mövqeyi Qeyd olunan normalardan göründüyü kimi daşınmaz əmlak üzərində mülkiyyət hüququnu qeydiyyata aldırmağa mülkiyyətçinin hüququ olduğu kimi eyni zamanda həmin hüququn dövlət tərəfindən qorunması, eləcə də sərəncam hüququnun həyata keçirilməsi üçün qanunvericilik belə qeydiyyatı zəruri şərt kimi müəyyən etmişdir. İddiaçı tərəfindən sözügedən əmlaka dair mülkiyyət hüququnun qeydiyyata alınmasına imkan verilməməsi mülkiyyət hüququnun özünün pozulmasına səbəb olur. Çünki, daşınmaz əmlak üzərində qeydə alınmamış hüquq barədə mülkiyyətçi sərəncam vermək hüququndan məhrum olur. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-822G nömrəli (KOD ********) şəhadətnaməyə əsasən Tovuz rayonu İbrahimhacılı kəndində yerləşən sahəsinin ölçüsü 0.19 ha olan saylı torpaq sahəsi Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 14 saylı qərarı ilə X8 adına ayrılmışdır. X13 dünyasını dəyişdikdən sonra onun övladı İddiaçı həmin torpaq sahəsinə vərəsəlik hüququndan irəli gələrək gözlənilən mülkiyyət hüququ yaranmışdır. İddiaçı həmin hüquqdan irəli gələrək həmin torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması üçün daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan orqana müraciət etsə də cavabdeh qeydiyyat üçün zəruri olan ölçmə işlərinin aparılmasına imkan verməmiş, maneə törətmişdir. Beləliklə, cavabdeh iddiaçının gözlənilən mülkiyyət hüququnu öz istədiyi kimi sərbəst surətdə realizə etməsinin qarşısını aldığından, qeydiyyat orqanına iddiaçının müraciəti əsasında ölçmə işlərinin aparılmasına heç bir hüquqi əsası olmadan maneə törətdiyindən iddiaçı cavabdehdən həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq “Torpağın mülkiyyətə verilməsinə dair” JN-822G nömrəli (KOD ********) şəhadətnaməyə əsasən Tovuz rayonu İbrahimhacılı kəndində yerləşən sahəsinin ölçüsü 0.19 ha olan Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 14 saylı qərarı ilə X8 adına ayrılmış torpaq sahəsində daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan orqanın əməkdaşları tərəfindən ölçmə işlərinin aparılmasına Cavabdeh tərəfindən maneə törədilməsinə son qoyulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-822G nömrəli (KOD ********) şəhadətnaməyə əsasən Tovuz rayonu İbrahimhacılı kəndində yerləşən sahəsinin ölçüsü 0.19 ha olan Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 14 saylı qərarı ilə X8 adına ayrılmış torpaq sahəsində daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan orqanın əməkdaşları tərəfindən ölçmə işlərinin aparılmasına Cavabdeh tərəfindən maneə törədilməsinə son qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Süleyman Hacıyev
Məhkəmə qərarları › İş №2(062)-2673/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2673/2025
26.09.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver