Məhkəmə qərarları › İş №2(041)-49/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-49/2025

26.08.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-49/2025 26.08.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X12 Xalıq oğlunun sədrliyi İsayev Orxan Mahir oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehlər X7, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı maneələrən aradan qaldırılması, yenidən ölçmə işləri aparılmaqla torpaq sahələrinin Kürdəmir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 10 saylı qərarına əsasən 13.01 ha torpaq sahəsinin döngə nişanları, koordinatları və sərhədlərlə ayrılıb onlara verilməsi tələbinə dair idiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər X7, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Kürdəmir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 10 saylı qərarı ilə təsərrüfat sahibi kimi ona və ailə üzvlərinə Kürdəmir rayon Qurdbayram kəndi ərazisindən verilmiş 13.01 ha torpaq sahəsində ölçmə işlərinin aparılmasında cavabdeh X9 tərəfindən edilən maneələrin aradan qaldırılması, sözü gedən massivdə azalmalarla bağlı yenidən ölçmə işləri aparılmaqla torpaq sahələrinin Kürdəmir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 10 saylı qərarına əsasən 13.01 ha pay torpaq sahəsinin döngə nişanları, koordinatları və sərhədlərlə ayrılıb onlara verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 16.10.199-cu il tarixli 10 saylı qərarına əsasən təsərrüfat sahibi kimi ona və ailə üzvlərinə Kürdəmir rayonunun Qurdbayram kəndi ərazisindən 13.01 ha torpaq sahəsi verilmişdir. O həmin torpaq sahəsindən uzun müddətdir ki, ailə üzvüləri ilə birlikdə istifadə edir, həmin torpaq sahəsində əkin əkib məhsul götürür. Sonradan 2023-cü il tarixdə torpaqların elektron kadastr uçotu informasiya sisteminə uyğun olaraq Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri Hüquqi şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət resterindən çıxarışda ona və ailə üzvülərinə verilmiş pay torpaq sahzəsi 2 ha azaldılaraq 11.01 ha göstərilmişdir. O bununla bağlı Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyesteri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinə müraciət etmiş, azalma ilə bağlı Ucar Ərazi idarəsinin mütəxəssisəlri tərəfindən JN-009 nömrəli dövlət aktı ilə verilmiş torpaq sahəsinə baxış keçirilmişdir. Cavabdeh2 mübahisə etdiyi, ərazidə tərtib edilən aktı təsdiq etməkdən imtina etdiyi üçün çöl-ölçmə işləri nəticəsində əldə olunuan məlumatların müvafiq düzəlişin aparılması mümkün olmamışdır. 16 saylı Ucar Ərazi İdarəsindən bildirildi ki, sözügedən massivdə azalmalarla bağlı qonşu torpaq mülkiyyətçilərinin yerli icra və özünü idarə etmə orqanlarının və onun iştirakı ilə çöl ölçü işləri aparılmaqla təkrar araşdırılması məqsədəmüvafiqdir. Ona görə də hesab edir ki, qonşu torpaq mülkiyyətçisi cavabdeh X9 ölçmə işlərində mübahisə yaratdığı üçün bu işlərin aparılmasında onun tərəfindən edilən maneələr aradan qaldırılmalı və ölçmə işləri yenidən aparılmalıdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış cavabdehlər məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-36/2-G-00xxxx/2023 nömrəli Elniz Gülmalıyevə ünvanlanan məktuba əsasən, Elniz Gülmalıyevə məxsus JN-009 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" ilə verilmiş torpaq sahəsinin elektron kadastr xəritəsindəki işlənməsi ilə bağlı müraciətinə baxıldığı bildirilir. Mütəxəssislərin baxışı zamanı torpaq sahəsi üzərində mübahisə olduğu və qonşu torpaq mülkiyyətçilərinin aktı təsdiq etməkdən imtina etdiyi qeyd olunur. Bu səbəbdən, qonşu torpaq mülkiyyətçilərinin, yerli icra və özünüidarəetmə orqanlarının və Elniz Gülmalıyevin iştirakı ilə təkrar çöl ölçmə işlərinin aparılması məqsədəmüvafiq hesab edilmişdir. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışından görünür ki, ünvan 1 ünvanında yerləşən 11.0105 ha torpaq sahəsi ümumi birgə mülkiyyət üzrə X3 məxsusdur. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışından görünür ki, ünvan 1 ünvanında yerləşən 2.0 ha torpaq sahəsi ümumi birgə mülkiyyət üzrə X3 məxsusdur. - JN-0009 KOD90610078 saylı “Torpaq sahəsinin plan və ölçüsü sənədindən görünür ki, Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 16 oktyabr 1999-cu il tarixli 10 saylı qərarı ilə Kürdəmir rayonunun Qurdbayram kəndi ərazisində iddiaçı X3 13.01 ha torpaq sahəsi verilmişdir. Mübahisənin ədalətli həll edilməsi və xüsusi bilik tələb olunan sualları izah etmək üçün xx.xx.2024-cü il tarixli qərardadla iş üzrə məhkəmə torpaqşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri Publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin ekspertlərinə həvalə edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: - Kürdəmir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 10 saylı qərarı ilə İddiaçı ailəsinə ayrılmış və hazırda mülkiyyətində olan ********** qeydiyyat nömrəli 11.0105 ha və ********** qeydiyyat nömrəli 2 ha torpaq sahəsinin xəritədə və naturada sərhədləri və koordinatları müəyyən edilsin. -Qeyd edilən torpaq sahələri hansı hissələrdə və kim tərəfindən zəbt edilmişdir ? -İddiaçı ailəsinə ayrılmış torpaq sahəsi ilə cavabdeh X5 istifadəsində olan torpaq sahələri üst-üstə düşürmü, üst-üstə düşürsə hansı hissədə ? - Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16-16/2-10/2459/2025 saylı ekspert rəyində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşanmaz Əmlakın Dövlət reystri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-36/2-521/2025 nömrəli mütəxəssis rəyinə əsasən: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin Yerquruluşu mütəxəssisi Rahib Teymurovun mütəxəssis rəyində qeyd edilir ki, İddiaçı X2 ailəsinə ayrılmış və hazırda mülkiyyətində olan ********** qeydiyyat nömrəli 11.0105 ha torpaq sahəsinin koordinatlar əks olunan Torpaq sahəsinin planı və ölçüsü sənədi mövcud olmadığı üçün 11.0105 ha torpaq sahəsinin xəritədə yeri və naturada sərhədlərinin müəyyən edilməsi mümkün olmamışdır. İdarənin elekron baza məlumatlarında xidməti istifadə üçün təqdim olunan Torpaqlatın elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) məlumatlarında və AzCad məlumatlarında JN-009 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə X4 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 13.01 ha torpaq sahəsinin JN-009H hissəsinin yerləşmə vəziyyəti, sərhədləri və koordinatları müəyyən edilmişdir. TEKUİS-AzCad məlumatlarında JN-009H nömrəli Dövlət Aktı sənəd üzrə 11.01 ha, faktiki olaraq isə 10.04 ha göstərilmişdir. **********36 reyestr nömrəli, xx.xx.2023 cü il tarixli ********** qeydiyyat nömrəli cıxarışla X4 və ailə üzvlərinin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmis 2.0 ha torpaq sahəsinin xəritədə sərhədləri və koordinatları müəyyən edilmişdir. Sözügedən 2.0 ha torpaq sahəsinin X4 və ailə üzvlərinin faktiki istifadəsində olduğu mütəxəssis tərəfindən müəyən edilmişdir. **********35 reyestr nömrəli, xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışla X2 mülkiyyətində olan 1.63 ha torpaq sahəsinin cavabdeh X9 tərəfindən istifadə olunduğu mütəxəssis tərəfindən müəyyən edilmişdir. İdarənin elekron baza məlumatlarında xidməti istifadə üçün təqdim olunan TEKUİS məlumatlarında və AzCad məlumatlarında JN-009 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" ilə X4 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 13.01 ha torpaq sahəsinin JN-009H hissəsi (sənəd üzrə 11.01 ha, faktiki 10.04 ha) **********69 reyestr nömrəli (********** qeydiyyat nömrəli) çıxarışla (JN-11C nömrəli Dövlət Aktı) X8 və ailə üzvlərinin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış 6.06 ha torpaq sahəsi ilə üst üstə düşmür. Əlavə olaraq, baxış zamanı iddiaçının mütəxəssisə naturada göstərdiyi, faktiki istifadə etdiyini bildirdiyi 10.04 ha torpaq sahəsi idarənin elekron baza məlumatların xidməti istifadə üçün təqdim olunan TEKUİS və AzCad məlumatlarında faktiki İstifadə vəziyyətinə uyğun olaraq JN-009H nömrə ilə təsbit edilərək göstərilmişdir. Beləliklə, ekspert rəyinə əsasən iddiaçı X2 ailəsinə ayrılmış və hazırda mülkiyyətində olan ********** qeydiyyat nömrəli 11.0105 ha torpaq sahəsinin koordinatlar əks olunan Torpaq sahəsinin planı və ölçüsü sənədi mövcud olmadığı üçün 11.0105 ha torpaq sahəsinin xəritədə yeri və naturada sərhədlərinin müəyyən edilməsi mümkün olmamışdır. JN-009 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə X4 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 13.01 ha torpaq sahəsinin sənəd üzrə 11.01 ha, faktiki olaraq isə 10.04 ha olduğu, 2.0 ha torpaq sahəsinin X4 və ailə üzvlərinin faktiki istifadəsində olduğu müəyən edilmişdir. İddiaçının mülkiyyətində olan 13.01 ha torpaq sahəsinin (sənəd üzrə 11.01 ha, faktiki 10.04 ha) cavabdeh X8 və ailə üzvlərinin mülkiyyətində olan 6.06 ha torpaq sahəsi ilə üst üstə düşmür. xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışla X2 mülkiyyətində olan 1.63 ha torpaq sahəsinin cavabdeh X9 tərəfindən istifadə olunduğu müəyyən edilməsinə baxmayaraq, həmin torpaq sahəsinin boşaldılması iddia tələbində göstərilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verildiyindən və işdə olan digər sübutlarla yanaşı qiymətləndirilərək məhkəmə belə qənaətə gəlir ki, həmin rəy iş üzrə mötəbər sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən nəhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə mübahisənin obyektiv həll edilməsi ilə bağlı iş üzrə digər mötəbər sübutun olmadığını nəzərə alaraq, hazırki vəziyyətdə iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. İddiaçı X1 100 (bir yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İddiaçı X1 100 (bir yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar