Məhkəmə qərarları › İş №2(3-8)-389/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-389/2026

20.05.2026 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-389/2026 20.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh Cavabdehblikasının Dövlət Neft Şirkətinin “Neft Kəmərləri” İdarəsinə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X9 ibarət tərkibdə, Əliyeva Aytən İlqar qızının katibliyi, İddiaçının nümayəndəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs, Cavabdehin nümayəndəsi X10 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdehblikasının Dövlət Neft Şirkətinin “Neft Kəmərləri” İdarəsinə qarşı torpaq sahəsinin hasara alınmasına törədilən maneələrin aradan qaldırılması tələbinə dair Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Cavabdehblikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1ndə yerləşən 0,15 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi dövlət reyestr xidmətində 1624005024 qeydiyyat nömrəsi ilə ##.##.2024-cü il tarixdə xüsusi mülkiyyət hüququ üzrə X3 adına dövlət qeydiyyatına alınmışdır.

2. Bakı şəhəri ** saylı notariat ofisində satıcı X3 (onun əvəzinə X1) ilə alıcı İddiaçı arasında bağlanmış ##.##.2024-cü il tarixli, AN-İ № ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı X3 rayonu, Məmmədli kəndi ünvanında yerləşən, ümumi sahəsi 0,15 ha olan torpaq sahəsinin 0,115 ha hissəni alıcı İddiaçı mülkiyyətinə vermişdir.

3. Cavabdehblikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1ndə yerləşən 0,115 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi dövlət reyestr xidmətində ********** qeydiyyat nömrəsi ilə ##.##.2025-ci il tarixdə xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına dövlət qeydiyyatına alınmışdır.

4. ##.##.2026-cı il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsindən görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən 0,115 ha olan torpaq sahəsini Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs bağışlamışdır.

Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1ndə yerləşən, sahəsi 0,115 ha olan torpaq sahəsinin hasara alınmasına cavabdeh Cavabdehblikasının Dövlət Neft Şirkətinin “Neft Kəmərləri” İdarəsi tərəfindən törədilən maneələrin aradan qaldırılması və dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pulun cavabdeh Cavabdehblikasının Dövlət Neft Şirkətinin “Neft Kəmərləri” İdarəsindən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ünvan 1ndə yerləşən X3 mülkiyyətində olan, mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 308013086549 reyestr nömrəsi ilə qeydə alınmış 0,15 ha torpaq sahəsinin 0,115 ha hissəsinin Bakı şəhəri ** saylı notariat ofisində rəsmiləşən, reyestrdə 4Ə-932 nömrə ilə qeydə alınmış alğı-satqı müqaviləsinə əsasən almışdır. İddiaçı torpaq sahəsini aldıqdan sonra torpaq sahəsini hasarlamaq fikrinə düşmüş, lakin cavabdeh idarənin əməkdaşları qəti olaraq iddiaçıya mane olmağa başlamışdırlar. İddiaçı bunun səbəbini soruşduqda isə torpaq sahəsinin neft kəmərinin mühafizə zolağına düşdüyünü bildirmişdirlər. Torpaq sahəsinin hasarlanmasına hər hansı bir maneənin törədilməsinin qanunsuz olmasını bildirsələr də, bunun bir nəticəsi olmamışdır.

7. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs izahatında bildirmişdir ki, Cavabdehblikasının Dövlət Neft Şirkətinin “Neft Kəmərləri” İdarəsi iddiaçının mülkiyyətində olan ünvan 1ndə yerləşən 0,115 ha torpaq sahəsini hasarlamasına imkan vermir, hətta iddiaçının inşa etdirdiyi hasar cavabdeh şirkət tərəfindən sökülmüşdür. Eyni zamanda torpaq sahəsində ağac əkdikdə isə cavabdeh şirkətin əməkdaşları ağacı kökündən çıxarmışdırlar. Qeyd etdiyi faktları təsdiq edən videoçəkilişlər də mövcuddur. Bir dəfə hazırkı tələb ilə bağlı analoji iş olmuş və həmin mülki iş onun xeyrinə yekunlaşmışdır. Onların xüsusi mülkiyyətində 15 sot torpaq sahəsi vardır, belə ki, həmin torpaq sahəsindən 3,5 sot ona, digər 11,5 sot isə qardaşı olan iddiaçıya məxsusdur. O, özünə məxsus ümumi sahəsi 3,5 sot olan torpaq sahəsi ilə bağlı iddia qaldırmışdır. Bildirmişdir ki, o, torpaq sahələrindən təyinatı üzrə istifadə etmək istəyir. Hazırda sözügedən torpaq sahəsi hasara alınmamışdır. Onun mülkiyyətində olan torpaq sahəsinə çıxarışı vardır. Buna baxmayaraq o, ərazidə ağac əkdikdən sonra mühafizə xidmətinin işçiləri tərəfindən ağaclar yerindən çıxarılmışdır. İddiaçıya məxsus torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir.

8. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X7 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmirlər. Belə ki, iddiaçı tərəf sübut kimi əvvəllər qəbul edilmiş qətnamələri təqdim etsə də, bu tipli işlərdə mövqe ondan ibarətdir ki, mülkiyyət hüququ ədalətli şəkildə yanaşılaraq məhdudlaşdırıla bilər. Cavabdehblikası Torpaq Məcəlləsinin 22-ci maddəsində deyilir ki, mülkiyyət hüququ olsa da hər kəs xüsusi mühafizə rejimi qaydalarına riayət etməlidir. İddiaçı tərəfin qeyd etdiyi torpaq sahəsinin yerləşdiyi ərazidə neft kəməri 1988ci ildə tikilmişdir.

9. Cavabdehblikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, *-**-*-**/*-*****/**** nömrəli cavab məktubu ilə göndərilmiş mütəxəssis rəyindən görünür ki, müayinə olunan torpaq sahəsinin koordinatları iddiaçı İddiaçı məxsus ünvan 1ndə yerləşən 0,115 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin (##.##.2025-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, Cavabdehblikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetsri Publik Hüquqi Şəxsinin * saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, ************ reyetsr nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatları) koordinatları ilə uyğunluq təşkil edir. Torpaq sahəsinə müayinə baxışı zamanı “Neft Kəmərləri” İdarəsinə məxsus yerüstü borular aşkar olunmadığından sualın cavablandırılması elektron məlumat bazasına əsasən cavablandırılmışdır. Elektron məlumat bazasına əsasən ************ reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətində olan (##.##.2025-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən) torpaq sahəsinin 0,112 ha hissəsi neft kəmərinin mühafizə zolağında yerləşir.

10. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Elman Məmmədov) iddia rədd edilmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qanunun bütün lehinə olan müddəlarını sadaladıqdan sonra iddia tələbini rədd etmişdir. Aydın məsələdir ki, xüsusi mülkiyyət toxunulmazdır, dövlət tərəfindən qorunur və müdafiəsinə təminat verilir. Hansısa qurumun ona məxsus xüsusi mülkiyyətə sahibliyinə və istifadəsinə maneə yaratması nə dərəcədə doğrudur anlaşılmır. Bütün ətrafda olan xüsusi mülkiyyət növündə torpaqlar hamısı hasarlanmışdır. Hesab edir ki, öz mülkiyyətindən sərbəst qaydada istifadə etmək, vəhşi heyvanlardan və ev heyvanlarından torpağını qorumaq, orada təyinatına uyğun əkin əkmək, ağac bitirmək, ev heyvanı saxlamaq üçün ətrafını hasarlamalıdır. Çünki başqa cürə ona məxsus torpaq sahəsində hər hansı əkini və təsərrüfatı mühafizə altında saxlamaq mümkün deyildir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hazırda torpaq sahəsinin yerləşdiyi ərazidə dövlət satınalması da yoxdur ki, hüquqları hansısa formada məhdulaşdırılsın. Hansısa qurumun mənafeyi naminə qanuna uyğun sahibliyinə verilmiş torpaq sahəsi üzərində öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququnun məhdudlaşdırılması yolverilməzdir. Bir daha qeyd etmişdir ki, orada təkcə onun torpaq sahəsinin hasarlanmasına imkan verilməmişdir. Qalan torpaq sahələrinin və orada olan evlərin ətrafı hasarlanmışdır. Sözügedən ərazidə qonşuluqda yerləşən qardaşı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məxsus torpaq sahəsi də hasarlanmışdır. Ona da cavabdeh “Neft Kəmərləri” İdarəsi maneəçilik törətdiyindən məhkəməyə verilmiş və Abşeron Rayon Məhkəməsinin ##.##.2020-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə yaradılan maneələrin aradan qaldırılması qət edilmişdir. Hesab edir ki, məhkəmə cavabdehin mövqeyini üstün tutmaqla işə qərəzli yanaşmış və əsassız qətnamə çıxartmaqla hüquqlarını kobud şəkildə pozmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı tərəf yazılı etiraz təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

Cavabdehblikasının Konstitusiyası:

16. Maddə 13. Mülkiyyət İ. Cavabdehblikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. II. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. III. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

17. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. (...)

Cavabdehblikasının Mülki Məcəlləsi:

18. Maddə 157. Mülkiyyətin müdafiəsi 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. (...) 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Cavabdehblikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi, dəniz limanının ərazisinin artırılması, dövlət mülkiyyətində olan hava limanlarının (aeroportların) və (və ya) aerodromların genişləndirilməsi və ya yeni hava limanlarının (aeroportların) və (və ya) aerodromların inşası məqsədi ilə alınır.

19. Maddə 169. Mülkiyyət hüququnun məhdudlaşdırılmasının ümumi müddəaları 169.1. Bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. 169.2. Hər bir daşınmaz əmlak mülkiyyətçisi, əgər quyuların qazılması, drenaj, qaz və başqa boruların, habelə yerüstü və yeraltı elektrik xətlərinin çəkilməsi onun torpaq sahəsindən istifadə edilmədən qətiyyən mümkün deyildirsə və ya hədsiz yüksək məsrəflər hesabına mümkündürsə, bununla əlaqədar dəyən zərərin əvəzinin qabaqcadan tam ödənilməsi şərti ilə həmin tədbirlərin həyata keçirilməsinə icazə verməlidir. (...)

20. Maddə 1098. Zərər vurulmasının qarşısının alınması 1098.1. Gələcəkdə zərər vurulması təhlükəsi bu cür təhlükəni yaradan fəaliyyətin qadağan edilməsi barədə iddiaya əsas verə bilər. (...)

Cavabdehblikasının Mülki Prosessual Məcəlləsi:

21. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

22. Maddə 24.1. Cavabdehblikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir.

23. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

24. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

26. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

27. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

28. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

30. İş materiallarından görünür ki, Cavabdehblikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2025-ci il tarixli, ********** nömrəli, daşınmaz əmlakın dövlət reyestrində **** saylı reyestr kitabının ** saylı vərəqində ************ reyestr nömrəli və ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1ndə yerləşən 0,115 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququ əldə etmiş İddiaçı mülkiyyətində olan torpaq sahəsində hasarlama işləri aparmış, lakin səlahiyyətli qurumun nümayəndələri tərəfindən aparılmış fəaliyyətin qarşısı alınaraq iddiaçının mülkiyyətində olan torpaq sahəsinin mühafizə zonasında yerləşməsi səbəbindən hasar söküldüyündən iddiaçı mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneə olan halların qarşısının alınması məqsədilə məhkəməyə müraciət etmişdir.

31. Birinci instansiya məhkəməsində icraat zamanı əldə edilmiş Cavabdehblikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Abşeron Ərazi İdarəsinin ##.##.2025-ci il tarixli, *-**-*-**/*-*****/**** nömrəli məktubu ilə göndərilmiş rəydən görünür ki, müayinə olunan torpaq sahəsinin koordinatları iddiaçı İddiaçı məxsus ünvan 1ndə yerləşən 0,115 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları ilə uyğunluq təşkil edir. Torpaq sahəsinə müayinə baxışı zamanı “Neft Kəmərləri” İdarəsinə məxsus yerüstü borular aşkar olunmadığından sualın cavablandırılması elektron məlumat bazasına əsasən cavablandırılmışdır. Elektron məlumat bazasına əsasən ************ reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətində olan (##.##.2025-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən) torpaq sahəsinin 0,112 ha hissəsi neft kəmərinin mühafizə zolağında yerləşir.

32. Cavabdehblikası Konstitutsiyasının 13-cü maddəsinə əsasən Cavabdehblikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin vədövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

33. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

34. Konstitusiyanın qeyd olunan normalarından irəli gələn və həmin normaları inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirir.

35. Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının təsdiq edilməsi haqqında Cavabdehblikası Nazirlər Kabinetinin ##.##.1999-cu il tarixli, *** nömrəli Qərarının 1.1-ci bəndinə əsasən, bu qaydalar “Qaz təchizatı haqqında” Cavabdehblikasının Qanununa, digər qanunvericilik aktlarına, “Qaz təchizatı haqqında” Cavabdehblikası Qanununun tətbiq edilməsi barədə Cavabdehblikası Prezidentinin ##.##.1998-ci il tarixli, *** nömrəli Fərmanına uyğun olaraq, qaz təchizatı sahəsində magistral və xarici qaz boru kəmərlərinin, sənaye qurğularının, digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insan həyatı və ya sağlamlığını, ətraf mühiti və dövlətin əmlak maraqlarını mühafizə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədi ilə qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydalarını müəyyən edir.

36. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, mülkiyyət hüququnun əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir. (Konstitusiya Məhkəməsi Plenumunun “Cavabdehblikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il ## ###### tarixli Qərarı).

37. Həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin III hissəsi, 29-cu maddəsinin II hissəsi və 71-ci maddəsinin II hissəsi, “Cavabdehblikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Cavabdehblikasının Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir... Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Buna görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun “Cavabdehblikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Cavabdehblikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarı).

38. Mülki Məcəllənin 6.3-cü maddəsinə əsasən dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər.

39. Həmin Məcəllənin 169.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər.

40. Həmin Məcəlləsinin 564.2-ci maddəsinə əsasən son zərurət elə vəziyyətdir ki, həmin vəziyyətdə başqa vasitələrlə qarşısı alına bilməyən real təhlükənin qarşısını almaq üçün qarşısı alınmış təhlükəyə nisbətən daha az ziyan vurulur.

41. Kollegiya hesab edir ki, iddiaçı tərəfin 0,115 ha kənd təsərrüffatı təyinatlı torpaq sahəsinə mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməklə, bilavasitə mülkiyyətçinin özünün sağlamlığının qorunmasına xidmət edir və bu məhdudlaşdırma mütənasib olmaqla, onun konstitusion hüququnujn mahiyyətini dəyişdirmir.

42. Göründüyü kimi, iddiaçının mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən müdaxilə qanuni olub, ədalətli balans prinsipi gözlənilib və iddiaçının yuxarıda göstərilən qaydalara zidd olaraq inşa edəcəyi tikili fiziki şəxslərin həyatı və sağlamlığı üçün real təhlükədir.

43. Bütün bunlar özlüyündə cəmiyyətin ümumi marağına xidmət edib və cavabdehlər tərəfindən sözügedən tədbirlər tətbiq edilərkən, tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsədlər arasında ağlabatan mütənasiblik olub.

44. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir.

45. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Cavabdehblikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır. Cavabdehblikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Cavabdehblikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar