Məhkəmə qərarları › İş №2(021)-4305/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-4305/2025

23.12.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-4305/2025 23.12.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Bəhram oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı “mütəxəsislər tərəfindən ölçmə işlərinin aparılmasına, texniki baxış keçirilməsinə maneə yaradan hərəkətlərə yol verilməsinin cavabdehlərə qadağan edilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏ Açar sözlər: torpaq, mülkiyyət hüququ, qanunsuz hərəkət, maneə X16 Firidun oğlunun sədrliyi, Miryusifli Mirhaşimi Ağa oğlunun katibliyi ilə, İddiaçı Bəhram oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı “mütəxəsislər tərəfindən ölçmə işlərinin aparılmasına, texniki baxış keçirilməsinə maneə yaradan hərəkətlərə yol verilməsinin cavabdehlərə qadağan edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İ. Mülki işin mahiyyəti İddiaçı Bəhram oğlu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı “mütəxəsislər tərəfindən ölçmə işlərinin aparılmasına, texniki baxış keçirilməsinə maneə yaradan hərəkətlərə yol verilməsinin cavabdehlərə qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona və mərhum atası X3, Bərdə rayonu Mustafaağalı kəndində yerləşən torpaq sahələrində Dövlət Reyester Xidmətinin 7 saylı Ərazi idarəsinin mütəxəsisləri tərəfindən ölçmə işlərinin aparılmasına, texniki baxış keçirilməsinə maneə yaradan hərəkətlərə yol verilməsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 Musu oğluna, Cavabdeh4, Cavabdeh3 və qeyrilərinə qadağan edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Bəhram oğlu iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bərdə rayon Mollalı Balədiyyəsi ilə alqı-satqı yolu ilə əldə edilmiş özünə və mərhum atasına satılmış torpaq sahlərini üzərində mülkiyyət hüququnun dövlət reyesterində qeydə alınması və müvafiq çıxarış verilməsi üçün Bərdə 7 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı va Reyestri X21 tabeliyində 7 saylı Bərdə Ərazi İdarəsinin 02 sentyabr 2025-ci il tarixli məktubu ilə müraciətinin müsbət həll edilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, alqı-satqı yolu ilə əldə etdiyi torpaq sahələrində ölçmə işləri aparılmasına cavabdehlər maneə yartdığından müraciətinin təmin edilməsi mümkün olmamışdır. Cavabdehlər Kəlbəcər rayonundan məcburi köçkün olmaqla ona və mərhum atasına satılmış torpaq sahələrini zəbt edərək istifadə edirlər. Hazırda da ölçmə işlərinə mane yaratdıqlarına görə o, öz mülkiyyət hüqunu dövlət reyesterində qeydə alınmasına nail ola bilmir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İİ. Tərəflərin mövqeləri: İddiaçı Bəhram oğlunun vəkili və nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək onun iştirakı olmadan işə baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş digər cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişdirlər. Onların məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh1 bildirmişdir ki, iddia tələbini qəbul etmir. İddiaçı 12 sot torpaq sahəsində deyil, 24 sot torpaq sahəsində ölçü işləri aparmaq istəyir. Onlar ona görə də ölçü işləri aparılmasına etiraz etmişdirlər. İddiaçının iddia etdiyi 12 sotda qardaşı Malik və bacısı Firuzəyə məxsus evlər yerləşir. O, iddiaçıya həmin evləri pulla almasını və ya həmin torpağı onlara satmasını təklif etmişdir. Lakin iddiaçı onların təklifini qəbul etməmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh3 bildirmişdir ki, o, həmin yerdə evi 1994-cü ildə tikdirmişdir. İddiaçı isə həmin torpağa dair sənədləri 2005-ci ildə əldə ediblər. Onlara torpaq qanunsuz verilib. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh2 digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 dediklərini təsdiqlədiyini bildirmişdir. İİİ. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Seriya AZE №15541228 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Bəhram oğlu xx.xx.1978-ci il tarixdə anadan olmuşdur. Bərdə rayon Mustafafaağlı kəndində qeydiyyatdadır. Bərdə rayon Mustafağalı Bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 11 saylı İclas Protokolundan görünür ki, İddiaçı ərizəsi nəzərə alınaraq bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsindən 0.12 ha hissə satılmışdır. xx.xx.2002-ci il tarixli Sahəseçmə Aktından görünür ki, bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsindən 0.12 ha hissənin Mustafağalı kənd sakini İddiaçı satılmasına komissiya üzvləri etiraz etməmişdir. xx.xx.2005-ci il tarixdə tərtib olunmuş Torpaqların alqı-satqısına dair Aktdan görünür ki, Mustafaağalı bələdiyyəsi ərazisindən 0.12 hektar həyətyanı torpaq sahəsi ******* manata İddiaçı satılmışdır. Bərdə rayon Mustafaağalı bələdiyyəsinin fondundan həyətyanı məqsdəilə satılması nəzərdə tutulmuş (satılmış) torpaq sahəsinə dair hazırlanmış mütəxəssis Rəyindən görünür ki, İddiaçı satılmış 0.12 ha torpaq sahəsi ilə bağlı tərtib olunmuş torpaqayırma sənədlərinə baxılmışdır. Tərtib edilmiş torpaqayırma sənədləri mövcud torpaq qanunvericiliyinin tələblərinə uyğun hazırlandığı üçün onun adına "Torpaq sahəsinin planı və ölçüsü❞ sənədinin hazırlanması məqsədə müvafiq hesab edilmişdir. Mustafaağalı bələdiyyəsinin 01 noyabr 2002-ci il tarixli 11 saylı qərarı ilə bələdiyyə mülkiyyətindən Mustafaağalı kənd sakini İddiaçı həyətyanı məqsədi ilə satılması nəzərdə tutulan 0,12 hektar torpaq sahəsinə tərtib olunan sənədlər barədə xx.xx.2012-ci il tarixli Rəyindən görünür ki, Mustafaağalı bələdiyyəsi, bələdiyyə mülkiyyətindən Mustafaağalı kənd sakini İddiaçı fərdi yaşayış evi tikintisi məqsədi ilə 0,12 hektar torpaq sahəsi satılmasını məqsədə müvafiq hesab edərək, 01 noyabr 2002-ci il tarixli 11 saylı qərar qəbul etmiş və məktubla Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə rayon şöbəsinə müraciət etmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə rayon şöbəsinin ərazi mütəxəssisləri əraziyə baxış keçirərkən müəyyən etmişlər ki, Mustafaağalı bələdiyyəsinin mülkiyyətində olan kəndaltı sahədir. Satılması nəzərdə tutulan 0,12 hektar heyətyanı torpaq sahəsinə 13 noyabr 2002-ci il tarixli sahəseçmə aktı hazırlanmış və sxem tərtib olunmuşdur. Torpağı alan Mustafaağalı kənd sakini İddiaçı torpağın dəyərini 01 noyabr 2002-ci il tarixli 051835 saylı Mustafaağalı bələdiyyəsinin büdcəsinə ödəmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə rayon şöbəsi Mustafaağalı bələdiyyəsinin mülkiyyətindən fərdi yaşayış evi tikintisi məqsədi ilə 0,12 hektar həyətyanı torpaq sahəsi satılmasına və həmin torpaq sahəsinə müvafiq sənəd verilməsinə etiraz etməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə Regional Asan Xidmət Mərkəzində Notarıat Ofisi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, ünvan 2nında qeydiyyatda olan Babayev Bəhram Bəylər oğlunun xx.xx.2014-cü ildə ölməsi barədə Bərdə regional "ASAN xidmət” mərkəzində notariat ofisinə məlumat daxil olmuşdur. Təqdim edilmiş sənədlərə və məlumatlara əsasən qeyd olunmuşdur ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair müraciət etmiş aşağıdakı şəxslər mərhum X7 qanun üzrə 1-ci növbədə vərəsəsi kimi tanınmaq hüququna malikdirlər: X6-arvadı, X9-oğlu və X12-oğlu. Bərdə rayon X17 İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 2 saylı İclas Protokolundan çıxarışdan görünür ki, Bərdə rayon Boyəhmədli AİM-nin əmlakı olan 1692 min manat dəyərində Zapşovkanın həyətindəki binadan əmlak payı almaq hüququ olan X10 əmlak payı kimi verilməsi qərara alınmışdır. xx.xx.2002-ci il tarixli Sahəseçmə Aktından görünür ki, bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsindən 0.12 ha hissənin Mustafağalı kənd sakini X1 komissiya üzvləri etiraz etməmişdir. xx.xx.2005-ci il tarixdə tərtib olunmuş Torpaqların alqı-satqısına dair Aktdan görünür ki, Mustafaağalı bələdiyyəsi ərazisindən 0.12 hektar həyətyanı torpaq sahəsi ******* manata X2. Bərdə rayon Mustafaağalı bələdiyyəsinin fondundan həyətyanı məqsədilə satılması nəzərdə tutulmuş (satılmış) torpaq sahəsinə dair hazırlanmış mütəxəssis Rəyindən görünür ki, X4 0.12 ha torpaq sahəsi ilə bağlı tərtib olunmuş torpaqayırma sənədlərinə baxılmışdır. Tərtib edilmiş torpaqayırma sənədləri mövcud torpaq qanunvericiliyinin tələblərinə uyğun hazırlandığı üçün onun adına "Torpaq sahəsinin planı və ölçüsü❞ sənədinin hazırlanması məqsədə müvafiq hesab edilmişdir. Mustafaağalı bələdiyyəsinin 01 noyabr 2002-ci il tarixli 11 saylı qərarı ilə bələdiyyə mülkiyyətindən Mustafaağalı kənd sakini X10 həyətyanı məqsədi ilə satılması nəzərdə tutulan 0,12 hektar torpaq sahəsinə tərtib olunan sənədlər barədə xx.xx.2012-ci il tarixli Rəyindən görünür ki, Mustafaağalı bələdiyyəsi, bələdiyyə mülkiyyətindən Mustafaağalı kənd sakini X8 fərdi yaşayış evi tikintisi məqsədi ilə 0,12 hektar torpaq sahəsi satılmasını məqsədə müvafiq hesab edərək, 01 noyabr 2002-ci il tarixli 11 saylı qərar qəbul etmiş və məktubla Dövlət Torpaq ve Xəritəçəkmə Komitəsinin Bərdə rayon şöbəsinə müraciət etmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə rayon şöbəsinin mütəxəssisləri əraziyə baxış keçirərkən müəyyən etmişlər ki, ərazi Mustafaağalı bələdiyyəsinin mülkiyyətində olan kəndaltı sahədir. Satılması nəzərdə tutulan 0,12 hektar həyətyanı torpaq sahəsinə 13 noyabr 2002-ci il tarixli sahəseçmə aktı hazırlanmış və sxem tertib olunmuşdur. Torpağı alan Mustafaağalı kənd sakini X13 torpağın dəyərini 01 noyabr 2002ci il tarixli 051892 saylı Mustafaağalı bələdiyyəsinin büdcəsinə ödəmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə rayon şöbəsi Mustafaağalı bələdiyyəsinin mülkiyyətindən fərdi yaşayış evi tikintisi məqsədi ilə 0,12 hektar həyətyanı torpaq sahəsi satılmasına və həmin torpaq sahəsinə müvafiq senəd verilməsinə etiraz etməmişdir. xx.xx.2002 ci il tarixli 051892 nömrəli Kassa mədaxil Orderindən görünür ki, X14 0.12 ha torpaq sahəsi üçün ******* manat ödəniş etmişdir. xx.xx.2002 ci il tarixli 051835 nömrəli Kassa mədaxil Orderindən görünür ki, İddiaçı 0.12 ha torpaq sahəsi üçün ******* manat ödəniş etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli Bildirişlərdən görünür ki, ünvan 3i ünvanında yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı İddiaçı Bəhram oğlunun ərizəsinə əsasən ərazi idarəsinin mütəxəssisləri tərəfindən əmlaka müayinə baxış keçirilən zaman məlum olmuşdur ki, əmlak üzərində mübahisə vardır. Belə ki, sözügedən torpaq sahəsi üzərində başqa şəxslər tərəfindən fərdi yaşayış evləri inşa olunmuşdur. Həmin şəxslər tərəfindən texniki baxışın keçirilməsinə şərait yaradılmamışdı. Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. Azərbaycan Respublikası Bərdə rayon Mollalı Bələdiyyəsi tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr X21 7 saylı Bərdə Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli 10 saylı məktubdan görünür ki, keçmiş Mustafaağalı bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 11 saylı qərarı ilə İddiaçı satılmış 1200 kv.m həyətyanı məqsədli torpaq sahəsi ilə bağlı hazırlanmış ilkin torpaqayırma sənədləri, o cümlədən bələdiyyənin xx.xx.2002- ci il tarixli 11 saylı qərarı, xx.xx.2002-ci il tarixli yerin seçilmə aktı, xx.xx.2005-ci il tarixli torpağın alqı-satqısına dair Akt, DT və XK-nin rəyi, DT və XK-nin Bərdə rayon şöbəsinin mütəxəsis rəyi, xx.xx.2014-cü il tarxli 044 saylı normativ qiymət barədə Arayış, yerquruluşu sxemi, torpaq sahəsinin planı və ölçüsü və s. sənədlər halhazırda qüvvədədir. AZ-İ № Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2014-cü ildə ölmüşdür. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Bərdə rayon Mustafaağalı bələdiyyəsi təərfindən Mustafaağalı bələdiyyəsi ərazisindən 0.12 hektar həyətyanı torpaq sahəsi İddiaçı və 0.12 hektar həyətyanı torpaq sahəsi isə iddiaçının mərhum atası X2. Hazırda iddiaçı həmin torpaq sahələrinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün sənədləşmə işinin aparılmasını isətyir, lakin cavabdehlər tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin mütəxəssilərinə ölçmə işlərinin aparılmasına və texniki baxış keçirilməsinə maneə törədirlər. Hazırda iddiaçı cavabdehlərin həmin qanunsuz hərəkətlərinin onlara qadağan edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa Məhkəməsi mülkiyyət hüququna daha geniş təfsir imkanları olan “dəyərlilik” konsepsiyası baxımından yanaşır. Konvensiya anlamında "Mülkiyyət" üçün mühüm və həlledici olan sözügedən marağın iqtisadi dəyəridir. Mülkiyyət özündə daşınan və daşınmaz əmlakı, maddi və qeyri-maddi əmlakı birləşdirir. Yəni, “maddi nemətlər”də (pul, əmlak və s.) mülkiyyət hüquqlarının hüdudları daxilində dəyərləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: -mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması; - mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; - mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş veribverməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” işdə məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında göstərmişdir ki, ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Bəhram oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı “mütəxəsislər tərəfindən ölçmə işlərinin aparılmasına, texniki baxış keçirilməsinə maneə yaradan hərəkətlərə yol verilməsinin cavabdehlərə qadağan edilməsi” tələbinə dair iddiası təmin edilməli, Bərdə rayon Mustafaağalı bələdiyyəsi tərəfindən Mustafaağalı bələdiyyəsi ərazisindən İddiaçı və iddiaçının mərhum atası X5 Bərdə rayonu Mustafaağalı kəndində yerləşən torpaq sahələrində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin mütəxəsisləri tərəfindən ölçmə işlərinin aparılmasına, texniki baxış keçirilməsinə maneə yaradan hərəkətlərə yol verilməsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 Musu oğluna, Cavabdeh4, Cavabdeh3 və qeyrilərinə qadağan edilməlidir. Məhkəmə bu qənaətə gələrkən həm də onu nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Qanunvericiliyin tələblərinə görə, işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktlar tədqiq edilməli, həmçinin mübahisənin düzgün həllinə təsir edən digər hallar da araşdırılmalıdır. Mülki işlər üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. MPM-in 217.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). MPM-in 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 100 manat məbləğində rüsumu cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. V. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı Bəhram oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı “mütəxəsislər tərəfindən ölçmə işlərinin aparılmasına, texniki baxış keçirilməsinə maneə yaradan hərəkətlərə yol verilməsinin cavabdehlərə qadağan edilməsi” tələbinə dair iddiası təmin edilsin. Bərdə rayon Mustafaağalı bələdiyyəsi tərəfindən Mustafaağalı bələdiyyəsi ərazisindən İddiaçı və iddiaçının mərhum atası X5 Bərdə rayonu Mustafaağalı kəndində yerləşən torpaq sahələrində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin mütəxəsisləri tərəfindən ölçmə işlərinin aparılmasına, texniki baxış keçirilməsinə maneə yaradan hərəkətlərə yol verilməsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 Musu oğluna, Cavabdeh4, Cavabdeh3 və qeyrilərinə qadağan edilsin. İş üzrə ödənilmiş 100 manat məbləğində rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada alınaraq alınaraq İddiaçı Bəhram oğluna ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar