Məhkəmə qərarları › İş №2(017)-908/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-908/2023

20.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-908/2023 20.06.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə İddiaçı "Azəriqaz" İstehsalat Birliyinin Cavabdeh qarşı "dəymiş ziyanın ödənilməsi" tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "Azəriqaz" İstehsalat Birliyi Cavabdeh qarşı "dəymiş ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı "Azəriqaz" İstehsalat Birliyi iddiasını onunla əsaslandırmışdır ki, “Azəriqaz” İstehsalat Birliyi xx.xx.2022-ci il tarixli, 02/4305 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə” əsasında Cavabdeh məxsus mənzilini təbii qazla təchiz edir. Həmin ünvana “Azəriqaz” İB-nin Sumqayıt Qaz İstismar İdarəsi tərəfindən cavabdehə **********04750 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində ZENNER G-4 İTRON DİAFRAQMA markalı, 1702AZ**********37 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə qaydaları"nın 1.3-cü bəndinə uyğun olaraq bağlanmış qazın alqı-satqısı barədə müqavilənin 2.2.5-ci bəndinin (istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək) tələblərini pozaraq təbii qazı talamışdır. Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Maralgöl üzrə Gecəqondu 475 ünvanında əməkdaşlar tərəfindən baxış keçirilmiş və mənzil sahibinin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar edilmişdir. Bu barədə birliyin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixli akt tərtib edilmişdir. Abonentin fərdi yaşayış evinə baxış keçirilərkən istifadə olunan avadanlıqların siyahısını tutaraq akt tərtib olunmuşdur. Cavabdehin sayğacdan kənar qanunsuz qoşulma etməklə təbii qazı istifadə etməsi ilə əlaqədar vurduğu ziyan müəyyən edilmiş, itirilmiş qazın bərpası üçün 1373,76 manat borc hesablanmışdır. Qeyd olunanlara əsasən Cavabdeh dəymiş ziyana görə 1373,76 manat məbləğində pulun və dövlət rüsumuna görə ödənilmiş 34 manat dövlət rüsumunun "Azəriqaz" İstehsalat Birliyinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı "Azəriqaz" İstehsalat Birliyinin nümayəndəsi məhkəməyə ərizə göndərərək iştirakı olmadan işə baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, iddiaçı "Azəriqaz" İstehsalat Birliyinin ona qarşı olan iddiasını qəbul edir. Eyni zamanda iştirakı olmadan işə baxılmasına etiraz etmir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli 02/4305 nömrəli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, iddiaçı "Azəriqaz" İstehsalat Birliyi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İş materiallarına əlavə edilmiş, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* nömrəli aktın surətindən görünür ki, “Azəriqaz” İB-nin nümayəndələri tərəfindən xx.xx.2022-ci il tarixdə akt tərtib edilmiş, həmin tarixdə istehlakçının evində quraşdırılmış sayğaca baxış keçirilən zaman sayğacdan kənar xətt aşkar olunmuşdur. Həmin vaxt istehlakçının qaz işlədicilərindən - PQ-4, Kombi və ASQ işlətməsi müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş Sumqayıt Qaz İstismar İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə təsdiq edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, abonent kodu **********04750 olan Cavabdeh Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Maralgöl üzrə Gecəqondu 475 ünvanında yerləşən fərdi yaşayış evində “Qazdan istifadə qaydaları”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş və itirilmiş qazın bərpa edilməsi üçün dəymiş ziyan hesablanmışdır. İstehlakçının evində istifadə edilən qaz işlədicilərindən PQ-4 qaz pilətəsinin maksimal saatlıq qaz sərfi 1,2 m3/saat orta günlük iş rejimi 24 saat, hesabat müddəti 90 gün, Kombinin maksimal saatlıq qaz sərfi 2,6 m3/saat orta günlük iş rejimi 24 saat, hesabat müddəti 90 gün, ASQ-nin maksimal saatlıq qaz sərfi 1,5 m3/saat orta günlük iş rejimi 24 saat, hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın cəmi 11448 kub metr həcmində (1,2x24x90=2592 kub.metr + 2,6x24x90=5616 kub.metr + 1,5x24x90=3240 kub.metr) müəyyən edilmişdir. 11448 kub metr x 0,12 = 1373,76 manat təşkil edir. İş materiallarına əlavə edilmiş abonentin saldosundan görünür ki, abonent kodu **********04750 olan Cavabdeh 2022-ci ilin may ayına xx.xx.2022-ci il tarixli ******* nömrəli akt üzrə 1373,76 manat təşkil edir. İş materiallarına əlavə edilmiş xəbərdarlıq məktubundan görünür ki, abonent kodu **********04750 olan Cavabdeh itirilmiş təbii qazın bərpasına görə 1373,76 manat məbləğində yaranmı borcun ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən irəli gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiyasıya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququnun olması təsbit edilir, şəxsiyyətin ləyaqətinin dövlət tərəfindən qorunmasına təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Bu qanun normalarının mənasından görünür ki, delikt məsuliyyətinin yaranması üçün şəxsin əməlində deliktin (mülki hüquq pozuntusunun) aşağıdakı elementlərdən ibarət tərkibi yaranmalıdır: 1). Zərər vurulmalıdır. 2). Zərər şəxsin hüquqa zidd hərəkətləri nəticəsində vurulmalıdır. 3).Göstərilən zərərlə şəxsin hüquqa zidd hərəkətləri arasında səbəbli əlaqə olmalıdır. 4). Şəxsin zərərin vurulmasında təqsiri olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir (mad. 433.1). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə təsdiq edildi ki, iddiaçı "Azəriqaz" İstehsalat Birliyi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etmişdir. İstehlakçı isə aldığı qazı müqavilə şərtlərinə uyğun istifadə etməmiş, “Azəriqaz” İB-nin nümayəndələri tərəfindən xx.xx.2022-ci il tarixdə abonent kodu **********04750 olan Cavabdeh Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Maralgöl üzrə Gecəqondu 475 ünvanında yerləşən fərdi yaşayış evində “Qazdan istifadə qaydaları”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyriqanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş və itirilmiş qazın bərpa edilməsi üçün dəymiş ziyan hesablanmışdır. İstehlakçının evində istifadə edilən qaz işlədicilərindən PQ-4 qaz pilətəsinin maksimal saatlıq qaz sərfi 1,2 m3/saat orta günlük iş rejimi 24 saat, hesabat müddəti 90 gün, Kombinin maksimal saatlıq qaz sərfi 2,6 m3/saat orta günlük iş rejimi 24 saat, hesabat müddəti 90 gün, ASQ-nin maksimal saatlıq qaz sərfi 1,5 m3/saat orta günlük iş rejimi 24 saat, hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın cəmi 11448 kub metr həcmində (1,2x24x90=2592 kub.metr + 2,6x24x90=5616 kub.metr + 1,5x24x90=3240 kub.metr) müəyyən edilmişdir. 11448 kub metr x 0,12 = 1373,76 manat təşkil edir. Cavabdeh itirilmiş təbii qazın bərpasına görə 1373,76 manat məbləğində yaranmış borcun ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. Hazırda cavabdeh iddiaçı təşkilata ümumilikdə 1373,76 manat məbləğində borclu qalmış, halhazıradək yaranmış borcunu iddiaçıya ödəməmişdir. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh itirilmiş təbii qazın bərpasına görə yaranmış 1373,76 manat borc və dövlət rüsumuna görə ödənilmiş 34 manat "Azəriqaz" İstehsalat Birliyinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh itirilmiş təbii qazın bərpasına görə yaranmış 1373,76 manat borc, həmçinin dövlət rüsumuna görə ödənilmiş 34 manat dövlət rüsumunun əvəzi alınaraq "Azəriqaz" İstehsalat Birliyinin (ABB Sabunçu filialı, kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ**********9955001922 nömrəli) hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar