Məhkəmə qərarları › İş №2(017)-946/2023

Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №2(017)-946/2023

02.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 2(017)-946/2023 02.05.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 və ərizəçilər Ərizəçi1 Müseyib oğlu, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 və Ərizəçi6 iştirakları ilə, Ərizəçilər Ərizəçi1 Müseyib oğlu, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 və Ərizəçi6 dövlət aktında şəxsin adının siyahıdan çıxarılmasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi1 Müseyib oğlu, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 və Ərizəçi6 dövlət aktında şəxsin adının siyahıdan çıxarılmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçilər məhkəməyə ərizə ilə müraciət edərək, hazırkı vəziyyətdə işin baxılmasını istəmədiyini və işin baxılmamış saxlanılmasını xahiş edirlər. Maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə dəfələrlə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən ərizənin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-260-cı və 263-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Ərizəçilər Ərizəçi1 Müseyib oğlu, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 və Ərizəçi6 dövlət aktında şəxsin adının siyahıdan çıxarılmasına dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətində Ağcabədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar