Məhkəmə qərarları › İş №2(017)-951/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-951/2023

23.06.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-951/2023 23.06.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, İddiaçı və cavabdeh Ağcabədi rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsinin nümayəndəsi X* iştirakı ilə İddiaçı cavabdeh Ağcabədi rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsinə qarşı “işdən azad olunma barədə əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Ağcabədi rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsinə qarşı “işdən azad olunma barədə əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, 0*.07.20*3-cü il tarixdə Ağcabədi rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsində fəhlə işinə qəbul olunmuş, 03.02.20*4-cü il tarixdə fəhlə işindən kompüter işinə keşirilmişdir. Daha sonra 2022-ci ilin yanvar ayında inspektor vəzifəsinə təyin edilmiş və *6.0*.2023-cü il tarixə kimi, yəni işdən azad edildiyi tarixə kimi Ağcabədi rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsində inspektor vəzifəsində işləmişdir. İşlədiyi dövrdə müdiriyyət tərəfindən töhmət almamış və işində heç bir nöqsana yol verməmişdir. Cavabdeh Ağcabədi rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsinın *6 yanvar 2023-cü il tarixli 7 nömrəli əmrinə əsasən Əmək Məcəlləsinin 70 maddəsinin “ç” bəndinə uyğun olaraq Ağcabədi rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsinın inspektor vəzifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İşdən çıxarılma əmrində əsas kimi onun əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməməsi qeyd olunmuşdur. Əmək müqaviləsi üzrə bütün əmək funksiyalarına və müqavilə üzrə üzərinə düşən bütün öhdəliklərə vicdanla əməl etmişdir. Ağcabədi rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsinın rəisi X8 Məcəlləsində nəzərdə tutulmuş normalara riayət etmədən qanunsuz əmr vermişdir. Ona görə də Ağcabədi rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsinın onun barəsində verdiyi *6 yanvar 2023-cü il tarixli 7 nömrəli əmr qanunsuz və əsassız olduğundan ləğv edilməli, məcburi işburaxmaya görə əmək haqqı ödənilməklə işə bərpa edilməlidir. Onun barəsində yuxarıda adı çəkilən əmr verilərkən kifayət qədər qanun pozuntularına yol verilmişdir. Cavabdeh Ağcabədi rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsinin müdiri Səfər Səfərov həmin idarəyə müdir təyin olunduqdan sonra işdən çıxarmaq üçün ona təzyiq göstərməyə başlamış və narazı salmaqla ona qarşı qanunsuz hərəkətlərə yol vermişdir. 09.0*.2023-cü il tarixdə müəssisə rəhbərinin adına ərizə yazaraq iki günlük, yəni *0.0*.2023-cü il tarixdən **.0*.2023-cü il tarixədək icazə almış və qəbula düşmək üçün Bakı şəhərinə getmişdir. Vaxtında qəbul düşə bilmədiyinə görə *2.0*.2023-cü il və *3.0*.2023-cü il tarixlərdə işə çıxa bilməmişdir. İşə çıxmadığı günlərdə akt tərtib olunmuşdur. Buna baxmayaraq *0 ildir bu müəssisədə fəaliyyət göstərir, həmin müddətdə ona bir dəfə də olsun irad tutulmamış, heç bir intizam cəzası almamış, kollektiv arasında hörmətə malik olmuş, bilik və bacarığına görə həmişə kollektiv tərəfindən rəğbətlə qarşılanmış və sevilmişdir. Bilik və bacarığı ilə həmişə tutduğu vəzifəsinin öhdəsindən layiqincə gəlmişdir. Ona görə də Ağcabədi rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsinın *6 yanvar 2023-cü il tarixli 7 nömrəli əmr qanunsuz və əsassız olduğundan ləğv edilməli, əvvəlki işinə bərpa edib işdən çıxarıldığı müddətdən məcburi iş buraxma müddəti üçün əmək haqqı alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh Ağcabədi rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsinın nümayəndəsi X2 iddianı qəbul etmədi və izahatında göstərdi ki, İddiaçı 09.0*.2023-cü il tarixdə müəssisə rəhbərinin adına ərizə yazaraq iki günlük, yəni *0.0*.2023-cü il tarixdən **.0*.2023-cü il tarixədək icazə almışdır. *2.0*.2023-cü il və *3.0*.2023-cü il tarixlərdə işə heç bir üzrlü səbəb olmadan işə çıxmamışdır. İşə çıxmadığı günlərə dair aktlar tərtib olunmuşdur. İddiaçı işə çıxmadığının səbəbi soruşulmuş, sonuncu Bakı şəhərində qəbulda olması ilə izah etmişdir. Bununla da İddiaçı özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini layiqincə yerinə yetirməmişdir. Əmək müqaviləsi üzrə bütün əmək funksiyalarına və müqavilə üzrə üzərinə düşən bütün öhdəliklərə vicdanla əməl etməmişdir. Ona görə də İddiaçı işdən çıxarılması məsələsinin müzakirə olunması üçün Ağcabədi rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsi üzrə ilk həmkarlar təşkilatına müraciət olunmuşdur. Həmkarlar təşkilatı idarənin inspektoru İddiaçı işdə yol verdiyi nöqsanlarla görə onun işdən azad edilməsinə razılıq verilməsi barədə *6 yanvar 2023-cü il tarixli qərar qəbul etmişdir. Bundan sonra Ağcabədi rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsinın "əmək müqaviləsinə xitam verilməsi barədə” *6 yanvar 2023-cü il tarixli 7 nömrəli əmrinə əsasən və Əmək Məcəlləsinin 70 maddəsinin “ç” bəndinə uyğun olaraq İddiaçı Ağcabədi rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsinın inspektoru vəzifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Qeyd olunanları nəzərə alaraq iddiaçının tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Ağcabədi rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsinın *6 yanvar 2023-cü il tarixli 7 nömrəli əmrinin surətindən görünür ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq İddiaçı tutduğu vəzifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan Ağcabədi rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsi üzrə ilk həmkarlar təşkilatının *6.0*.2023-cü il tarixli 0* nömrəli iclas protokolundan görünür ki, həmkarlar təşkilatı idarənin inspektoru İddiaçı işdə yol verdiyi nöqsanlarla görə onun işdən azad edilməsinə razılıq verilməsi barədə *6 yanvar 2023-cü il tarixli qərar qəbul etmişdir. İş materiallarında olan *2.0*.2023-cü il və *3.0*.2023-cü il tarixli aktlardan görünür ki, Ağcabədi rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsinın inspektoru İddiaçı heç bir üzrlü səbəb olmadan *2.0*.2023-cü il və *3.0*.2023-cü il tarixlərdə işə gəlməmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinə görə əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin 2 və 3-cü bəndlərinə görə bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 76-cı maddəsinin * və 2-ci bəndlərinə görə işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-cı maddəsinin * və 2-ci bəndlərinə görə bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin *-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, hazırkı iş üzrə İddiaçı əmək müqaviləsi ilə müəyyən edilmiş özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini vaxtlı-vaxtında və lazımınca yerinə yetirməmiş, heç bir üzrlü səbəb olmadan *2.0*.2023-cü il və *3.0*.2023-cü il tarixlərdə işə çıxmamışdır. Bununla da özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini layiqincə yerinə yetirməmişdir. Əmək müqaviləsi üzrə bütün əmək funksiyalarına və müqavilə üzrə üzərinə düşən bütün öhdəliklərə tam və vaxtında əməl etməmişdir. Bu səbəbdən də İddiaçı işdən çıxarılması məsələsinin müzakirə olunması üçün Ağcabədi rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsi üzrə ilk həmkarlar təşkilatına müraciət olunmuşdur. Həmkarlar təşkilatı idarənin inspektoru İddiaçı işdə yol verdiyi nöqsanlarla görə onun işdən azad edilməsinə razılıq verilməsi barədə *6 yanvar 2023-cü il tarixli qərar qəbul etmişdir. Bundan sonra Ağcabədi rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsinın "əmək müqaviləsinə xitam verilməsi barədə” *6 yanvar 2023-cü il tarixli 7 nömrəli əmrinə əsasən və Əmək Məcəlləsinin 70 maddəsinin “ç” bəndinə uyğun olaraq İddiaçı Ağcabədi rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsinın inspektoru vəzifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmək Məcəlləsinin 83-cü maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək Məcəlləsinin 84-cü maddəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Sadalanan qanun normalarının tələblərindən də göründüyü kimi İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi haqqında əmr qanunla müəyyən edilmiş normalara əməl olunmaqla verilmişdir. Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 7*, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı işi üzrə *7 yanvar *970- ci il tarixli qərarı; Piersack Belçikaya qarşı iş üzrə 0* oktyabr *982-ci il tarixli qərarı; X5rşı iş üzrə 26 oktyabr *984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə yuxarıda qeyd edilən işin faktiki hallarına qanunvericiliyi tətbiq edərək belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Ağcabədi rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsinə qarşı “işdən azad olunma barədə əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası qanunsuz və əsasız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in *4.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası MPM-in 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 2*7.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Ağcabədi rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsinə qarşı “işdən azad olunma barədə əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar