Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-10/2025 23.05.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X10 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı İsmayıl oğlunun nümayəndəsi X6 və Cavabdeh1 iştirakları ilə, İddiaçı İsmayıl oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızına qarşı «mülkiyyətdə olantorpaq sahəsinin özgənin qanunsuz sahibliyindən geri» tələbinə dair iddiaları üzrə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İsmayıl oğlu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızına qarşı «mülkiyyətdə olantorpaq sahəsinin özgənin qanunsuz sahibliyindən geri» tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara rayonun Çayoba kəndi ərazisində yerləşən mülkiyyətimdə olan 0,16526 hektar torpaq sahəsinin 0,10 hektar hissəsini cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızının qanunsuz sahibliyindən alınıb mənə verilməsi, cavabdehlərin özbaşınalıq hərəkətlərinə son qoyulması və ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehlərdən alınıb mənə verilməsi barədə qətnamə çıxarılmasını xahiş xahiş etmişdir. Məhkəmədə İddiaçı İsmayıl oğlunun nümayəndəsi X8 iddilarını müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçı İsmayıl oğlu ərizəsini onunla əsaslandırmışdır ki, ona məxsus Astara rayonu, Çayoba kəndində kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı 0,16526 hektar torpaq sahəsi vardır. Torpaq sahəsi mülkiyyətində olmasına baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızı həmin torpaq sahəsinin 0,10 hektar hissəsini zəbt etmişlər. Belə olan halda onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ pozulmuşdur. O, cavabdehlərə mübahisəni məhkəmədən kənar həll etməyə çalışsa da, buna nail ola bilməmişlər. Cavabdehlər tərəfindən pozulmuş mülkiyyət hüququ məhkəmə tərəfindən qorunmalı və müdafiə olunmalıdır. Odur ki, Astara rayonun Çayoba kəndi ərazisində yerləşən mülkiyyətimdə olan 0,16526 hektar torpaq sahəsinin 0,10 hektar hissəsini cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızının qanunsuz sahibliyindən alınıb mənə verilməsi, cavabdehlərin özbaşınalıq hərəkətlərinə son qoyulması və ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehlərdən alınıb mənə verilməsi barədə qətnamə çıxarılmasını xahiş xahiş etmişdir. Məhkəmədə Cavabdeh1 iddia tələbini qəbul etməyərək, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh2 qızı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə Cavabdeh2 qızının iştirak olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı İsmayıl oğlunun nümayəndəsi X7 və Cavabdeh1 dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materialına əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin **********52 reyestr nömrəli çıxarışından məlum olur ki, Astara rayonu, Çayoba kəndi ərazisində yerləşən 0,8263 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı İsmayıl oğlu və digərlərinin xüsusi mülkiyyətindədir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2025-ci il tarixli, 10/9790 saylı rəyindən məlum olur ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3- 43/2-3765/2024 saylı mütəxəssis rəyinə əsasən, 1.,2. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış (ilkin hüquqmüəyyənedici sənəd JN-0094 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında) və **********52 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü ilə İddiaçı İsmayıl oğlunun və qeyrilərinin ümumi birgə mülkiyyətində olmuş Astara rayonu, Çayoba kəndi ərazisində yerləşən 0,8263 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Araşdırma zamanı sözügedən torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və "Torpaq sahəsinin planı və ölçüsü" sənədlərinin ləğv edilmiş X5 Komitəsi tərəfindən təhvil verilmiş ərazidə aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə və bölgü layihəsindəki cizgilərə uyğun işlənilməsi və hamist torpaq sahəsinin "Torpaq sahəsinin planı VƏ ölçüsü sənədinin koordinatlarının haturaya uyğun gəlməməsi müəyyən olunmuşdurAraşdırma zamanı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarış (ilkin hüquqmüəyyənədici sənəd JN-0094 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Akti əsasında) və **********52 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü ilə İddiaçı İsmayıl oğlunun və qeyrilərinin ümumi birgə mülkiyyətində olmuş Astara rayonu Çayoba kəndi ərazisində yerləşən 0.8263 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Astara Rayon Məhkəməsinin 2(018)-412/2020 nömrəli qətnaməsi əsasında "Bölgü eskizi na əsasən mülkiyyətçilər arasında bölünməsi və həmin 0 8263 ha torpaq sahəsindən İddiaçı İsmayıl oğlunun payına 0.16526 ha torpaq sahəsinin düşməsi müəyyən olunmuşdur Sözügedən 0.8263 ha torpaq sahəsindən digər mülkiyyətçilərin paylarına düşən 0.61104 ha hissəsinin daşınmaz əmlakın alqı satqı müqaviləsi əsasında digər şəxs X1 və hamin 0.61104 ha torpaq sahəsi üzərində üzərində digər şəxs X2 hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması müəyyən olunmuşdur İddiaçı İsmayıl oğlunun payına düşən 0,16526 ha torpaq sahəsinin isə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaması müəyyən olunmuşdur "Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları"na uyğun olaraq, Astara rayonu ərazisində mövcud olan mülkiyyətçilərin və icarəçilərin istifadələrində olan torpaq sahələri müasir ölçü alətləri (GPS) vasitəsilə ölçülərək, həmin sahələrin faktiki sərhədlərinin koordinatlanı müəyyənləşdırılmış və Torpaqların elektron kadastr uçotu informasiya sisteminə miqrasiya edilmişdir Həmçinin İddiaçı İsmayıl oğlunun və qeyrilərinın ilkin hüquqmüəyyənedici sənəd olan JN-0094 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında ümumi birgə mülkiyyətində olmuş sözügedən 0,8263 ha kənd təsərrüfatı təyinatlı torpaq sahası Torpaqların elektron kadastr uçotu informasiya sistemində mübahisəli ərazidə faktiki vəziyyətə uyğun ümumi ölçüsü saxlanılmaqla (bölgü eskizi nəzərə alınmamış) öz əksinitapmışdır. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 23.11 2024-cü il tarixli, 3-21-3- 43/2-3765/2024 saylı mütəxəssis rəyinə əsasən, Araşdırma zamanı mübahisəli ərazidə İddiaçı İsmayıl oğlunun faktikı istifadəsində olan torpaq sahəsinin ölçüsünün 0,07 ha (sənəd üzrə sahə 0,16526 ha) olması müəyyən olunmuşdur Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 08 10.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış (ilkin hüquqmüəyyənedici sənəd JN-0094 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında) və **********52 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü ilə İddiaçı İsmayıl oğlunun və qeyrilərinin ümumi birgə mülkiyyətində olmuş Astara rayonu, Çayoba kəndi ərazisində yerləşən 0,8263 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Astara Rayon Məhkəməsinin 2(018)- 412/2020 nömrəli qətnaməsi əsasında "Bölgü eskizi nə esasən İddiaçı İsmayıl oğlunun payına bölünən 0,16626 ha torpaq sahəsinin faktiki vəziyyətdə 0.019 ha hissəsinin, (İddiaçı İsmayıl oğlunun faktiki istifadəsində olan 0,07 ha torpaq sahəsinə bitişik) Cavabdeh2 qızı və 0,021 ha hissəsinin isə (İddiaçı İsmayıl oğlunun faktiki istifadəsində olan 0,07 ha torpaq sahəsinəbitişik) Cavabdeh1 tərəflərindən istifadə edilməsi müəyyən olunmuşdur. Həmin 0,8263cha torpaq sahəsindən digər mülkiyyətçilərin paylarına düşən və alqı-satqı muqaviləsivosdainda satılan 0,61104 ha hissəsinin faktiki mulkiyyətçisi X2 faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsünün 0,72 ha (sənəd üzrə sahə 0 0.69 104 bakOR UCUN olunmuşdur 51İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-3765/2024 saylı mütəxəssis rəyinə əsasən, Yuxarıda qeyd olunduğu kimi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış (ilkin hüquqmüəyyənedici sənəd JN-0094 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında) və **********52 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü ilə İddiaçı İsmayıl oğlunun və qeyrilərinin ümumi birgə mülkiyyətində olmuş Astara rayonu, Çayoba kəndi ərazisində yerləşən 0,8263 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Astara Rayon Məhkəməsinin 2(018)- 412/2020 nömrəli qətnaməsi əsasında "Bölgü eskizi"nə əsasən bölünməsi və həmin 0,8263 ha torpaq sahəsindən İddiaçı İsmayıl oğlunun payına 0,16526 ha torpaq sahəsinin düşməsi müəyyən olunmuşdur. Qeyd olunan İddiaçı İsmayıl oğlunun və qeyrilərinin ümumi birgə mülkiyyətində olmuş 0,8263 ha torpaq sahəsi ilə İddiaçı İsmayıl oğlunun mülkiyyətinə verilmiş 0, 16526 ha torpaq sahəsinin sənəd üzrə üst-üstə düşməməsi müəyyən olunmuşdur. İşə əlavə edilmiş AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı İsmayıl oğlu xx.xx.1961-ci ildə anadan olmuşdur. İş materialına əlavə edilmiş Astara RİH-nin Astara rayonu Pensər İƏDÜN-nin arayışından görünür ki, Aslanov X4 rayonu, Çayoba kəndində yaşayırlar. İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 100 (bir yüz) manat məbləğində olan dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Beləliklə, məhkəmə baxışı iclasında tərəflərin izahatlarına və iş materiallarına əsasən müəyyən olunmuşdur ki, İddiaçı İsmayıl oğluna məxsus olan Astara rayonu, Çayoba kəndində yerləşən 0,16526 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,021 ha hissəsi Cavabdeh1 tərəfindən, İddiaçı İsmayıl oğluna məxsus olan Astara rayonu, Çayoba kəndində yerləşən 0,16526 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,019 ha hissəsi Cavabdeh2 qızı tərəfindən zəbt edilmişdir. Bu hal Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2025-ci il tarixli, 10/9790 saylı rəyi ilə təsdiq edilmişdir. Ona görə də Məhkəmə belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə iddia tələbini qismən təmin edərkən aşağıdakıları qeyd etməyi qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinəəsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünəüstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdəəmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə müvafiq olaraq torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir, Cavabdeh1 İddiaçı İsmayıl oğluna məxsus olan Astara rayonu, Çayoba kəndində yerləşən 0,16526 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt edilmiş 0,021 ha hissəsindən çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdeh1 İddiaçı İsmayıl oğluna məxsus olan Astara rayonu, Çayoba kəndində yerləşən 0,16526 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt edilmiş 0,021 ha hissəsindən çıxarılsın. Cavabdeh2 qızı İddiaçı İsmayıl oğluna məxsus olan Astara rayonu, Çayoba kəndində yerləşən 0,16526 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt edilmiş 0,019 ha hissəsindən çıxarılsın. Cavabdeh1 və Cavabdeh2 qızından, müştərək qaydada, dövlət rüsumu üçün ödənilmiş 100 (yüz) manat məbləğdə pul vəsaiti tutulub İddiaçı İsmayıl oğluna verilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-10/2025
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-10/2025
23.05.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver