Məhkəmə qərarları › İş №2(018)-100/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-100/2025

27.10.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-100/2025 27.10.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X10 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı, nümayəndəsi X3 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz tikilmiş tikililərin hasarın üstündə olan hissədə sökülməsi, yağış sularının həyətə axıdılmasının qarşısının alınması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı qanunsuz tikilmiş tikililərin hasarın üstündə olan hissədə sökülməsi, yağış sularının həyətə axıdılmasının qarşısının alınması tələbinə dair iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan Astara rayonunun Siyakü kəndində yerləşən 0.06 hektar torpaq sahəsinin koordinatları daxilində Cavabdeh tərəfindən inşa edilmiş tikililərin və qurğuların cavabdehin öz vəsaiti hesabına sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilərək iddiaçının sahibliyinə qaytarılması, cavabdehin özbaşınalıq hərəkətlərinə son qoyulması, habelə ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmədə İddiaçı nümayəndəsi X7 iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. İddiaçı iddia ərizəsində göstərmişdilər ki, İddiaçı özü ailəsi ilə birlikdə uzun illərdir ki, Astara rayonunun Siyakü kəndində yaşayır. Qonşusu, Cavabdeh qanunsuz olaraq bir mərtəbəli fərdi yaşayış evi tikdirərək qonşu sahənin, yəni iddiaçının mülkiyyətində olan torpaq sahəsinin daş hasarı ilə hörülməsinə baxmayaraq, qərəzli şəkildə sərhədi pozmuş, evin dam hissəsini hasarın üstündən təxminən 50 santimetr məsafədə iddiaçının torpaq sahəsinə salmışdır. Nəticədə, evin damından axan yağış suları iddiaçının həyətinə axır. Bundan əlavə, iddiaçı tərəfindən tikilmiş hasar qəzalı vəziyyətə düşmüşdür. Belə olan halda, iddiaçının mülkiyyət hüququ pozulmuşdur. İddiaçı cavabdehlə mübahisəni məhkəmədənkənar qaydada həll etməyə çalışsa da, buna nail ola bilməmişdir. Bununla bağlı iddiaçı Astara rayon Polis şöbəsinə müraciət etmiş, lakin müraciətinə cavab verilməmişdir. Bu səbəbdən iddiaçı hesab edir ki, Cavabdeh tərəfindən pozulmuş mülkiyyət hüququ məhkəmə tərəfindən qorunmalı və müdafiə olunmalıdır. İddiaçının mülkiyyətində olan Astara rayonunun Siyakü kəndində yerləşən 0.06 hektar torpaq sahəsinin koordinatları daxilində Cavabdeh tərəfindən inşa edilmiş tikililərin və qurğuların cavabdehin öz vəsaiti hesabına sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilərək iddiaçının sahibliyinə qaytarılması, cavabdehin özbaşınalıq hərəkətlərinə son qoyulması, habelə ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, yağış suları nov vasitəsi ilə özünün həyətinə axır.O, qanunsuz hər hansı tikinti aparmayıb. Göstərilənləri nəzərə alaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı, nümayəndəsi X4 və Cavabdeh dinləyərək, iş materiallarını və təqdim edilmiş sübutları nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməməlidir. İşə əlavə edilmiş, Astara rayon İHB-nın Siyaku kənd inzibati dairəsi üzrə nümayəndəsi tərəfindən verilən arayışda görünür ki, İddiaçı Astara rayon Siyaku kəndində yaşayır. İşə əlavə edilmiş, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin çıxarışından görünür ki, Astara rayon, Siyakü kəndində sahəsi 0.06 ha olan torpak sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İş materialında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/5125 saylı, 29 iyul 2025-ci il tarixli ekspert rəyindən görünür ki, Qarardadin birinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Dovlat Kadastı ve Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-1961/2025 saylı mütəxəssis rəyinə esasen, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlet reyestrindən xx.xx.2024-cü il tarodi, ********** qeydiyyat nömrəli Çıxarışa və **********89 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsünə əsasən İddiaçı xüsusi mülkiyyətində olan Astara rayonu, Siyəkü kəndi ərazisində yerləşən 0,06 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin sərhədində Cavabdeh maxsus fərdi yaşayış evinin yerləşməsi müəyyən olunmuşdur. Qərardadın birinci sualı üzrə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dovlat Kadastn va Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-1961/2025 saylı mütəxəssis rəyinə əsasən, Huquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 16.07 2024-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa ve **********89 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsünə əsasən İddiaçı xüsusi mülkiyyətində olan Astara rayonu, Siyəkü kəndi ərazisində yerləşən 0.06 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahesinin sərhədində yerləşən, Cavabdeh məxsus 12 m uzunluqdan ibarət fərdi yaşayış evinin 9,4 m hissəsinin şimal istiqamətdən 0.30 m, cənub istiqamətdən 0,16 m enində damının İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsinə (sərhəddə mövcud olan daş hasardan) keçməsi müəyyən olunmuşdur. Cavabdeh tərəfindən inşa edilmiş 12 m uzunluqdan ibarət fərdi yaşayış evinin qalan 2.6 m hissəsinin şimal istiqamətdən 0,16 m. cenub istiqamətdən 0,20 m enində damının X5 faktiki istifadəsində olan (mülkiyyətdən kənar) torpaq sahəsinə keçməsi müəyyən olunmuşdur. İşə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 100 (bir yüz) manat məbləğində olan dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Məhkəmə iddia tələbini təmin etməyərək aşağıdakıları qeyd etməyi qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinəəsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünəüstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdəəmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 173.1-ci maddəsinə əsaəsn, başqa daşınmaz əmlaka keçən çıxıntıları olan binalar və digər qurğular yerləşdikləri daşınmaz əmlakın tərkib hissəsi kimi qalırlar, bu şərtlə ki, həmin əmlakın mülkiyyətçisi onlara əşya hüququna malik olsun. Qonşu ya üst tikiliyə qarşı etirazını bildirə bilər, ya da bununla barışaraq ağlabatan əvəz ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 173.2-ci maddəsinə əsasən, üst tikiliyə hüquq daşınmaz əmlakın dövlət reyestrində servitut kimi qeydə alına bilər. Həmin Məcəllənin 173.3-cü maddəsinə əsasən,. əgər üst tikili əsassızdırsa və hüququna toxunulmuş şəxs, bunu bilsə də, vaxtında etiraz etməzsə, üst tikilini ucaldan şəxsə, şəraitin haqq qazandırdığı hallarda, ağlabatan əvəz ödənilməklə, üst tikiliyə əşya hüququ və ya torpağa mülkiyyət hüququ verilə bilər. Həmin Məcəllənin 173.4 cü maddəsinə əsasən., əgər qonşu sahədən binanın uçub torpaq sahəsinə tökülməsi təhlükəsi varsa, mülkiyyətçi qonşudan həmin təhlükənin qarşısının alınması üçün lazımi tədbirlər görməyi tələb edə bilər. Məhkəmədə iddiaçı tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədi. Şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı mülkiyyətində olan Astara rayonunun Siyakü kəndində yerləşən 0.06 hektar torpaq sahəsinin koordinatları daxilində Cavabdeh tərəfindən inşa edilmiş tikililərin və qurğuların cavabdehin öz vəsaiti hesabına sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilərək iddiaçının sahibliyinə qaytarılması, cavabdehin özbaşınalıq hərəkətlərinə son qoyulması, habelə ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona verilməsi tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı mülkiyyətində olan Astara rayonunun Siyakü kəndində yerləşən 0.06 hektar torpaq sahəsinin koordinatları daxilində Cavabdeh tərəfindən inşa edilmiş tikililərin və qurğuların cavabdehin öz vəsaiti hesabına sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilərək iddiaçının sahibliyinə qaytarılması, cavabdehin özbaşınalıq hərəkətlərinə son qoyulması, habelə ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona verilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov AZƏRBAYCAN RESPUBLİKASİ QUBA RAYON MƏHKƏMƏSİ AZ 4000,Quba şəhəri, Heydər Əliyev prospekti Tel: (02333) 5-62-62, Faks: (02333) 5-62-63 www.gubacourt.gov.az mailto:contact@gubacourt.gov.azElektron ünvan 06 aprel 2022-ci il 2(027)-73/2022 İddiaçı: X1 Ünvan: Xaçmaz şəh., Natəvan küç. ev ** AZ ***4 Cavabdeh: X2 Ünvan: Quba ray., İ Nügədi kəndi, S.Vurğun küç., ev 4 Quba Rayon Məhkəməsinin 06 aprel 2022-ci il tarixli 2(027)-73/2022 №-li qətnamə məlumat üçün Sizə göndərilir. Qoşma: qətnamə 02 vərəq Hakim : İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar