Məhkəmə qərarları › İş №2(018)-102/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-102/2023

14.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-102/2023 14.03.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X6 iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, JN 197 saylı Dövlət Aktının 1-ci qrafasında X19, 2-ci qrafasında X11, 3-cü qrafasında Ərizəçi, 4-cü qrafasında X9 və JN-197 B saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsi”-ndə mülkiyyətçilərin soyadı, adı və ünvanı bölməsinin 1-ci qrafasında X19, 2-ci qrafasında X11, 3-cü qrafasında Ərizəçi, 4-cü qrafasında X5 məxsus olması və JN 197 saylı Dövlət Aktının və JN 197 B saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin onlara məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Məhkəmə baxışı iclasında iştirak etmədi. Onu nümayəndəsi X12 Məhkəmə iclasında təmsil etdi. Məhkəmə hazırki mülki işə ərizəçinin nümayəndəsinin iştirakı ilə baxılmasını mümkün hesab etdi. Ərizəçi nümayəndəsi X12 məhkəmə iclasında ərizəni müdafiə edərək göstərdi ki, ərizəçinin və sonuncunun silə üzvlərinin mülkiyyətinə Astara rayon Aqrar İslahat Komissiyasının 03 mart 1998-ci il tarixli, 12 saylı qərarı ilə 0.45 hektar torpaq sahəsi verilmişdir. Bu barədə JN-197 saylı, kod 80112018 seriyalı torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib edilmişdir. Lakin həmin sənəddə səhvən mülkiyyətçilərdən X15 adı səhvən X8, X7 adı səhvən Əliyeva Arastə kimi, Ərizəçi adı səhvən Mirzəyev Tamerlan kimi və X4 adı səhvən Mirzəyev Mirorxan kimi qeyd edilmişdir. Bundan başqa, Astara rayon Aqrar İslahat Komissiyasının 03 mart 1998-ci il tarixli, 12 saylı qərarı ilə onun və digər ailə üzvlərinin mülkiyyətinə 0.18 hektar torpaq sahəsi verilmişdir. Bu barədə JN-197 B, Kod 80112018 “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməsi tərtib edilmişdir. Lakin həmin sənəddə səhvən X15 adı səhvən X8, X7 adı səhvən Əliyeva Arəstə kimi, Ərizəçi adı səhvən X2 və X4 adı səhvən X3 qeyd edilmişdir. Nəticədə onun və digər ərizəçilərin torpaq sahələrindən istifadə və mülkiyyət hüquqları məhdudlaşıdırılmışdır. Qeyd etdi ki, mülkiyyətçilərdən X19 06 avqust 2004-cü il tarixdə, X11 isə 08 yanvar 2021-ci il tarixdə ölmüşlər. Göstərilənləri nəzərə alaraq məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikasının DƏMDX-nin 10 saylı ərazi idarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM-in) 185.6-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatlarını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işə əlavə edilmiş “Torpağa mülkiyyət hüququna dair” JN-197, Kod 80112018 nömrəli dövlət aktından görünür ki, Astara rayon Aqrar İslahat Komissiyasının 03 mart 1998-ci il tarixli, 12 saylı qərarı ilə Astara rayonu, Şahağacı kəndi ərazisində X18, Əliyeva Arastə, Mirzəyev Tamerlan və Mirzəyev Miroxrana 0.45 hektar torpaq sahəsi verilmişir. Mülki işə əlavə edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-197 B, Kod 80112018 nömrəli şəhadətnaməsindən görünür ki, Astara rayon Aqrar İslahat Komissiyasının 03 mart 1998-ci il tarixli, 12 saylı qərarı ilə Astara rayonu, Şahağacı kəndi ərazisində X18, Əliyeva Arəstə, X13 və X10 0.18 hektar torpaq sahəsi verilmişir. Mülki işə əlavə edilmiş 30 noyabr 2022-ci il tarixli, 926 nömrəli arayışından görünür ki, mərhum X16 verilmiş JN-197, Kod 80112018 nömrəli dövlət aktı tərtib edilərkən texniki səhv nəticəsində X15 adı səhvən X8, X7 adı səhvən Əliyeva Arəstə kimi, Ərizəçi adı səhvən Mirzəyev Tamerlan kimi və X4 adı səhvən Mirzəyev Mirorxan kimi qeyd edilmişdir. X1 ailəsində və təsərrüfatında Əliyeva Arastə, Mirzəyev Tamerlan, Mirzəyev Miroxran adlı şəxs yoxdur və olmamışdır. Mülki işə əlavə edilmiş “Ölüm haqqında şəhadətnamələ”-rin notariat qaydada təsdiq edilmiş surətlərindən görünür ki, X19 06 avqust 2004-cü il tarixdə, X11 isə 08 yanvar 2021-ci il tarixdə ölmüşlər. Mülki işə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, ərizəçi məhkəməyə müraciət etmək üçün 100 (bir yüz) manat məbləğində dövlət rüsumunu dövlət büdcəsinə köçürmüşlər. Beləliklə, məhkəmə iclası zamanı JN-197 saylı, kod 80112018 seriyalı dövlət aktında və JN-197 B saylı, 80112018 seriyalı şəhadətnaməsində yanlışlıqların olduğu müəyyən edildi. Belə ki, JN-197 saylı, kod 80112018 seriyalı dövlət aktında X15 adı səhvən X8, X7 adı səhvən Əliyeva Arastə kimi, Ərizəçi adı səhvən Mirzəyev Tamerlan kimi və X4 adı səhvən Mirzəyev Mirorxan kimi qeyd edilmişdir. Bundan başqa, JN-197 B, Kod 80112018 “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməsində X15 adı səhvən X8, X7 adı səhvən Əliyeva Arəstə kimi, Ərizəçi adı səhvən X2 və X4 adı səhvən X3 qeyd edilmişdir. Ona görə də, JN-197 saylı, kod 80112018 seriyalı dövlət aktının və JN-197 B saylı, kod 80112018 seriyalı şəhadətnaməsinin X19, X11, Ərizəçi və X5 məxsus olması barədə məhkəmə qətnaməsi çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müyəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Astara rayon Aqrar İslahat Komissiyasının 03 mart 1998-ci il tarixli, 12 nömrəli qərarı ilə Astara rayonu, Şahağacı kəndi ərazisində 0,45 hektar torpaq sahəsinin mülkiyyətlərinə verilməsinə dair qeyd edilmiş, JN-197 saylı, kod 80112018 seriyalı torpağa mülkiyyət hüququna dair dövlət aktının X19, X11, Ərizəçi və X5 məxsus olması faktı müəyyən edilsin. Astara rayon Aqrar İslahat Komissiyasının 03 mart 1998-ci il tarixli, 12 nömrəli qərarı ilə Astara rayonu, Şahağacı kəndi ərazisində 0,18 hektar torpaq sahəsinin mülkiyyətlərinə verilməsinə dair qeyd edilmiş, JN-197 B saylı, kod 80112018 seriyalı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsinin X19, X11, Ərizəçi və X5 məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar