Məhkəmə qərarları › İş №2(018)-1022/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-1022/2025

10.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-1022/2025 10.07.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X17 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı doğum faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək,26 avqust 1958-ci il tarixdə Astara rayonun Hamuşam kəndində doğulmuş Ərizəçi doğumunun qeyd edilməsi faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəsini müdafiə edərək təmin edilməsi barədə qətnamə şıxarmağı məhkəmədən xahiş etdi. Ərizəçi ərizəsində göstərmişdi ki, o, 26 avqust 1958-ci il tarixdə Astara rayon Hamoşam kəndində ev şəraitində doğulubdur. Onlar 8 ölvad olmuşdurlar. Lakin ona məxsus doğum haqqında şəhadətnamə verilməmişdir. O, ev şəraitində doğulduğundan ona doğum barədə heç bir sənəd verilməmişdir. Bu səbəbdən də doğum haqqında şəhadətnamə ala bilmir. Bununla bağlı Maraqlı şəxsnə müraciət etmiş doğumunu təsdiq edən sənəd olmadığından və həmin sənədi digər vasitələrlə almaq mümkün deyildir. Göstərilənləri nəzərə alaraq,26 avqust 1958-ci il tarixdə Astara rayonun Hamuşam kəndində doğulmuş Ərizəçi doğumunun qeyd edilməsi faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Оnа görə də Azərbaycan Respublikası МPМnin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə maraqlı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmədə şahid, X4 bildirdi ki, Ərizəçi onun qardaşıdır və o, 26 avqust 1958-ci il tarixdə Astara rayon Hamoşam kəndində ev şəraitində doğulmuşdur. Məhkəmə ərizəçini və şahidi dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ№ 06542182 seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1958-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan 24821 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, Ərizəçi 100 (yüz) manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan Astara rayon İHB-nın Hamoşam kənd İƏD-nin xx.xx.2024-cü il tarixli 334 nömrəli aryış sənədindən görünür ki, X1 rayonu Ovala kəndində qeydiyyatda deyil və yaşamır. İş materiallarında olan Astara rayon İHB-nın Hamoşam kənd İƏD-nin xx.xx.2024-cü il tarixli 333 nömrəli aryış sənədindən görünür ki, Ərizəçi Astara rayonu Hamoşam kəndində yaşayır və onun ailə tərkibi aşağədakı kimidir. X3. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2024 cü il tarixli № 3245 saylı arayışından görünür ki, X2 xx.xx.2011-ci ildə taixində vəfat etmişdir. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2024-cü il tarixli № 3246 saylı aryışından görünür ki, X8 xx.xx.2022-ci ildə vəfat etmişdir. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, № 3244 nikah kitabının çıxarışından görünür ki, X10 ilə X2 arasında xx.xx.1965-cı il tarixdə Astara rayonu, Asxanakərən icra nümayəndəliyində nikah bağlanmış və 18 nömrə ilə nikah qeydi aparılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə qənaətə gəlir ki, ərizə əsaslı olduğu üçün təmin edilməli, Ərizəçi 26 avqust 1958-ci il tarixdə Astara rayonu Hamuşam kəndində doğulması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. Ərizəçi 26 avqust 1958-ci il tarixdə Astara rayonu Hamuşam kəndində doğulması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində AStara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar