Məhkəmə qərarları › İş №2(018)-1053/2023

Astara Rayon Məhkəməsi Qərardad — İş №2(018)-1053/2023

12.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 2(018)-1053/2023 12.07.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Mən,Astara Rayon Məhkəməsinin hakimi X1, İddiaçı Hacıağa qızının cavabdeh Astara rayon Notariat Ofisinə qarşı mülkiyyətdə olan mənzilin bağışlamaq barədə notariat hərəkətləri öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Hacıağa qızının cavabdeh Astara rayon Notariat Ofisinə qarşı mülkiyyətdə olan mənzilin bağışlamaq barədə notariat hərəkətləri öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, hazırki iddia ərizəsinə ümumi məhkəmə qaydasında baxılmalı olmadığından iddia ərizəsinin yolverilməzliyinə görə qəbul etməkdən imtina edilməli, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfndən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilı qəbul edilmiş və ünvanlandığı hüquqi və yaxud fiziki şəxs (şəxslər üçün müəyyən hüquqi nəticələr törədən qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun “İnzibati şikayətlər üzrə icraat” adlanan Vİİ fəslinin 71.2-ci maddəsinə əsasən şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və hərəkətsizliyindən də həmin fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati-iqtisadi məhkəmələr və inzibati-iqtisadi kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2 və 2.2.1-ci maddələrinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 3.1-ci maddəsinə əsasən bu Məcəllənin 3.2-ci maddəsində müəyyən edilmiş hallar istisna olmaqla, inzibati mübahisələrə birinci instansiya məhkəməsi qismində inzibati məhkəmələr tərəfindən baxılır. Yuxarıda qeyd olunan qanunvericilik aktı normalarına və işin hallarına qiymət verən hesab edirəm ki, iddia ərizəsi geri qaytarlmaqla, iddiaçıya müvafiq tələblə inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 153.2.1, 263-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Hacıağa qızının cavabdeh Astara rayon Notariat Ofisinə qarşı mülkiyyətdə olan mənzilin bağışlamaq barədə notariat hərəkətləri öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsinə Astara Rayon Məhkəməsində baxılmalı olmadığından, iddia ərizənin qəbulundan imtina edilsin, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, müvafiq tələblə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 (on) gün müddətində Astara Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar