Məhkəmə qərarları › İş №2(018)-1053/2025

Astara Rayon Məhkəməsi Qərardad — İş №2(018)-1053/2025

14.08.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 2(018)-1053/2025 14.08.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X1 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Ağalı qızının Cavabdeh qarşı “fərdi yaşayış evindən istifadə qaydalarının aradan qaldırılması və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Ağalı qızı Cavabdeh qarşı “fərdi yaşayış evindən istifadə qaydalarının aradan qaldırılması və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət etmişdir. 14 avqust 2025-ci il tarixə təyin edilmiş məhkəmə baxışı iclasının yeri və vaxtı haqqında müvafiq qaydada xəbərdar olunmuş İddiaçı Ağalı qızı məhkəmə iclasına gəlməmiş və gəlməməsinə dair rəsmi sənəd təqdim etməmişdirr. Məhkəmə iclasında Cavabdeh işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-cı maddəsinə görə, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən hesab edir ki, hazırki 2(018)-1053/2025 saylı mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.7, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Ağalı qızının Cavabdeh qarşı “fərdi yaşayış evindən istifadə qaydalarının aradan qaldırılması və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı Ağalı qızına izah edilsin ki, o, məhkəmə iclasında iştirak etməməsinin və bu haqda məlumat verməməsinin üzürlü səbəbdən baş verməsi haqqında sübutlar təqdim edərsə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanılması barədə qərardad ləğv oluna bilər. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün) müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Astara Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar