Məhkəmə qərarları › İş №2(018)-1065/2025

Astara Rayon Məhkəməsi Qərardad — İş №2(018)-1065/2025

20.05.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 2(018)-1065/2025 20.05.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Mən, Astara Rayon Məhkəməsinin hakimi X4, İddiaçı cavabdehlər Azərbaycan Respublikası "xxxx" ASC-in X5 MMC-in direktoru X3, "xxxx" ASC-in X5 MMC-in X2 rəisi X1 qarşı “işə bərpa, boş qaldığı aylar üçün əmək haqqının ödənilməsi, saxtakarlığa gösə cavabdehin məsuliyyətə cəlb edilməsi, maddi və mənəvi ziyana görə pul tələbiəmək müqaviləsinə xitam verilməsi və məlumatların ”əmək və məşğulluq” sisteminə daxil edilməsi tələbi barədə iddia ərizəsi üzrə mülki işin materiallarını nəzərdən keçirib, müəyyən etdim: İddiaçı cavabdehlər Azərbaycan Respublikası "xxxx" ASC-in X5 MMC-in direktoru X3, "xxxx" ASC-in X5 MMC-in X2 rəisi X1 qarşı “işə bərpa, boş qaldığı aylar üçün əmək haqqının ödənilməsi, saxtakarlığa gösə cavabdehin məsuliyyətə cəlb edilməsi, maddi və mənəvi ziyana görə pul tələbiəmək müqaviləsinə xitam verilməsi və məlumatların ”əmək və məşğulluq” sisteminə daxil edilməsi tələbi barədə iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia ərizənə cavabdehlərə göndəriləcək iddia ərizəsinin surətləri əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.1.-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.1.1-ci maddəsinə əsasən cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla) iddia ərizəsinə əlavə edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası "xxxx" ASC-in X5 MMC-in direktoru X3, "xxxx" ASC-in X5 MMC-in X2 rəisi X1 qarşı “işə bərpa, boş qaldığı aylar üçün əmək haqqının ödənilməsi, saxtakarlığa gösə cavabdehin məsuliyyətə cəlb edilməsi, maddi və mənəvi ziyana görə pul tələbiəmək müqaviləsinə xitam verilməsi və məlumatların ”əmək və məşğulluq” sisteminə daxil edilməsi tələbi barədə iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılmalı və iddiaçıya iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbacan Respublikası MPM-nin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149-150, 152, 263-264 və 266- 268-cı maddələrini rəhbər tutaraq, qərara aldım : İddiaçı cavabdehlər Azərbaycan Respublikası "xxxx" ASC-in X5 MMC-in direktoru X3, "xxxx" ASC-in X5 MMC-in X2 rəisi X1 qarşı “işə bərpa, boş qaldığı aylar üçün əmək haqqının ödənilməsi, saxtakarlığa gösə cavabdehin məsuliyyətə cəlb edilməsi, maddi və mənəvi ziyana görə pul tələbiəmək müqaviləsinə xitam verilməsi və məlumatların ”əmək və məşğulluq” sisteminə daxil edilməsi tələbi barədə iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Astara Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar