Məhkəmə qərarları › İş №2(018)-1085/2024

Astara Rayon Məhkəməsi Qərardad — İş №2(018)-1085/2024

15.08.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 2(018)-1085/2024 15.08.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi və məhkəmə iclasının katibi X1 oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mülkiyyətində olan mənzildən çıxarılma tələbinə» dair iddia ərizəsini nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mülkiyyətində olan mənzildən çıxarılma tələbinə» dair iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsinin məzmunundan görünür ki, iddianın predmeti daşınmaz əmlakla bağlıdır və İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu Nəsirəddin Tusi küçəsi 2942q saylı məhəllə, bina 1, mərtəbə 12, 275 (əvvəl 227) saylı mənzildən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Müəyyən edildi ki, İddiaçı xüsusi mülkiyyətində olan mənzil Bakı şəhəri Xətai rayonu ərzisində yerləşir və həmin mənzildən cavabdehlərin çıxarılması ilə bağlı iddialara da ərazi aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1, 152.1, 152.1.3, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mülkiyyətində olan mənzildən çıxarılma tələbinə» dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ərazi aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 (on) gün müddətində Astara Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar