Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 2(018)-1100/2024 28.10.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X21 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Məhəmməd qızı və Cavabdeh2 qarşı mülkiyyətdə olan torpaq sahəsində qanunsuz inşa edilmiş fərdi yaşayış evinin cavabdehlərin hesabına sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 Məhəmməd qızı və Cavabdeh2 qarşı iddia ərizəsi ilə müraciət edərək, mülkiyyətində olan torpaq sahəsində cavabdehlər X11 və Cavabdeh1 Məhəmməd qızı tərəfindən inşa edilmiş fərdi yaşayış evinin onların hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək, iddiasının təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə İddiaçı iddia ərizəsində göstərmişdir ki, məhrum X12 atasıdır. X2 anası- onun nənəsi X13 26 may 1987-ci il tarixdə vəfat etmişdir. X1 Astara rayonu Şiyəkəran kəndinin ərazisində 0.10 hektar torpaq sahəsi və həmin torpaq sahəsində 1962-ci ildə tikilmiş sahəsi 40 kvadmetr olan fərdi yaşayış evi miras qalmışdır. Miras əmlaka atası-X8 Astara rayonu Dövlət Notariat Kontoru tərəfindən 19 may 1990-ci il tarixdə 211-31 nömrə ilə reyestrdə qeyd edilmiş "Qanun üzrə vərəsəlik haqqında" şəhadətnamə verilmişdir. Şəhadətnaməyə əsasən X6 miras qalmış həmin əmlaklardan X12 irs almaqla həmin miras əmlaklar ona verilmişdir. X3 22 mart 1994cü il tarixdə, anası X9 isə 30 sentyabr 1997-ci il tarixdə vəfat etmişlər. O valideynlərinin yeganə övladı və varisi olduğu üçün 1962-ci ildə tikilmiş sahəsi 40 kvadrat metr olan fərdi yaşayış evində valideynlərilə birlikdə yaşamış, onlar vəfat edəndən sonra mirası qəbul edib, orada yaşamışdır. 2015-ci il noyabr ayının əvvəlində həmin 0.10 hektar torpaq sahəsinin və həmin torpaq sahəsində 1962-ci ildə tikilmiş, sahəsi 40 kvadrat metr olan fərdi yaşayış evini adına sənədləşdirmək istəyirdi. Bu vaxt məlum oldu ki, həmin torpaq sahəsinin bir hissəsini məhrum X4nun arvadı Cavabdeh1 Məhəmməd qızı və qızı Cavabdeh2 Bəhməz qızı heç bir ilkin sənəd və əsas olmadan 01 iyul 2002ci il tarixdə təsdiq edilmiş JN 415 A saylı (kod ********) torpağa mülkiyyət hüququna dair şəhadətnamə almışlar. X4 1993-cü ildə vəfat etmişdir. Cavbadehlər Cavabdeh2 və Cavabdeh1 Məhəmməd qızı valideynlərindən miras qalmış torpaq sahəsini zəbt etdiklərinə görə valideynlərindən miras qalmış torpaq sahəsini fərdi yaşayış evini adına sənədləşdirə bilməmişdir. Məhz bu səbəbdən Cavabdeh2 və Cavabdeh1 Məhəmməd qızına və Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi idarəsinə qarşı "torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 415 A nömrəli şəhadətnamənin etibarsız hesab edilib ləğv edilməsi tələbi ilə Astara rayon məhkəməsinə iddia ərizəsilə müraciət etmişdir. Astara rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(018)- 07/2017 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş cavabdehlər Cavabdeh1 Məhəmməd qızının Cavabdeh1 Məhəmməd qızının adına verilmiş JN seriyalı 415 A saylı (kod ********) olan "Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnamə və həmin şəhadətnamənin verilməsinə əsas olan Astara rayonu Aqrar İslahat Komissiyasının 26 dekabr 1997-ci il tarixli 12 saylı qərarı Cavabdeh1 Məhəmməd qızına və X7 aid olan hissədə etibarsız hesab edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)- 301/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Məhəmməd qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Cavabdehlər Şirvan Apellyasiya Məhkəməsinin qeyd edilən qətnaməsindən kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)3845/18 saylı xx.xx.2018-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin olunmamışdır. Beləliklə cavabdehlər mülkiyyətində olan 0.10 hektar torpaq sahəsində qanunsuz olaraq fərdi yaşayış evi inşa etmişlər və həmin torpaq sahəsini hasara salmışlar. Qanunsuz inşa edilmiş fərdi yaşayış evi onun mülkiyyət hüquqlarımı pozduğundan mülkiyyət hüquqlarını qeydə aldıra bilmir. Odur ki, məhkəməyə müraciət etməli olmuşdur. Mülkiyyətində olan torpaq sahəsində cavabdehlər X11 və Cavabdeh1 Məhəmməd qızı tərəfindən inşa edilmiş fərdi yaşayış evinin onların hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh1 Məhəmməd qızı və Cavabdeh2 qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər Cavabdeh1 Məhəmməd qızı və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5ci maddəsinə əsasən, məhkəmə cavabdehlər Cavabdeh1 Məhəmməd qızı və Cavabdeh2 iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı Hacı-əli oğlunu dinləyib iddia ərizəsini, işə əlavə olunmuş sənədləri tam, hərtərəfli və obyektiv tədqiq edərək, hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 Məhəmməd qızı və Cavabdeh2 qarşı mülkiyyətdə olan torpaq sahəsində qanunsuz inşa edilmiş fərdi yaşayış evinin cavabdehlərin hesabına sökülməsi tələbinə dair 2(018)-05/2022 saylı mülki işin icraatına xitam verilməlidir. Belə ki, işə əlavə edilmiş Astara rayon Məhkəməsinin 2(018)-05/2022 nömrəli, 24 may 2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 Məhəmməd qızı və Cavabdeh2 Bəhrəm qızına qarşı «mülkiyyətdə olan Astara rayonu Şiyəkəran kəndində 0,10 hektar torpaq sahəsi və həmin torapq sahəsində 1962-ci ildə tikilmiş sahəsi 40 kvm olan fərdi yaşayış evi və torpaq sahəsinin dövlət reyestr xidmətində qeydə alınması üçün cavabdehlər tərəfindən edilən maneənin aradan qaldırılması, qanunsuz inşa edilən tikililərin və hasarın sökülməsi, cavabdehlər tərəfindən vurulmuş 10.000 manat maddi ziyanın və 30.000 manat mənəvi ziyan tələbinə dair» iddiası qismən təmin olunmuş, İddiaçı mülkiyyətdə olan Astara rayonu Şiyəkəran kəndində 0,10 hektar torpaq sahəsi və həmin torpaq sahəsində 1962-ci ildə tikilmiş sahəsi 40 kvm olan fərdi yaşayış evi və torpaq sahəsinin dövlət reyestr xidmətində qeydə alınması, cavabdehlər Cavabdeh1 Məhəmməd qızı və Cavabdeh2 Bəhrəm qızı tərəfindən edilən maneələr aradan qaldırılması, İddiaçı mülkiyyətdə olan Astara rayonu Şiyəkəran kəndində 0,10 hektar torpaq sahəsi üzərində cavabdehlər Cavabdeh1 Məhəmməd qızı və Cavabdeh2 Bəhrəm qızı tərəfindən inşa edilən tikililər və hasar onların hesabına sökülməsi qət edilmişdir. İşə əlavə edilmiş Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1596/2022 nömrəli, 13 sentyabr 2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdehlər Cavabdeh1 Məhəmməd qızı və Cavabdeh2 tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Astara rayon Məhkəməsinin 2(018)-05/2022 saylı, 24 may 2022-ci il tarixli qətnaməsi cavabdehlər Cavabdeh1 Məhəmməd qızı və Cavabdeh2 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İş materialında olan AZE0******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Hacı-əli oğlu xx.xx.1950-ci il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəfin barışıq sazışının təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0.2, 262.4, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdehlər Cavabdeh1 Məhəmməd oğlu və Cavabdeh2 qarşı mülkiyyətdə olan torpaq sahəsində qanunsuz inşa edilmiş fərdi yaşayış evinin cavabdehlərin hesabına sökülməsi tələbinə dair 2(018)-1100/2024 saylı mülki işin icraatına xitam verilsin. Tərəflərə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilməməsi izah olunsun. Qərardaddan, qərardad rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Astara Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-1100/2024
Astara Rayon Məhkəməsi Qərardad — İş №2(018)-1100/2024
28.10.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver