Məhkəmə qərarları › İş №2(018)-111/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-111/2024

18.11.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-111/2024 18.11.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X3 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1,Cavabdeh2 qarşı “mülkiyyətin müdafiəsi, mülkiyyətçi tərəfindən özgənin qanunsuz sahibliyindən şəxsi əmlakının geri tələb edilməsinə dair” iddiası üzrə mülki işə Astara rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “mülkiyyətin müdafiəsi, mülkiyyətçi tərəfindən özgənin qanunsuz sahibliyindən şəxsi əmlakının geri tələb edilməsinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan torpaq sahəsində Cavabdeh1 və Cavabdeh2 tərəfindən tikilmiş qanunsuz tikilinin sökülməklə torpaq sahəsinin qanuni sahibliyinə və istifadəsinə verilməsi, torpaq sahəsindən qanunsuz istifadə etdiklərinə görə 5000 (beş min) manat ziyanın və cavabdeh şəxslərdən mülkiyyətinə qəsd edilən özbaşnalıq hərəkətlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddiasınının torpaq sahəsindən qanunsuz istifadə etdiklərinə görə 5000 (beş min) manat ziyanın tələb edilməsinə dair hissəsindən imtina etdiyini bildirərək qalan hissədə iddiasını müdafiə etdiyini bildirdi və iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Astara rayon Siyakü kəndində alqı-satqı yolu ilə özünə 0,10 ha torpaq sahəsi almaqla torpaq üzərində mülkiyyət hüquqları adına yazılmış xx.xx.2023-cü il tarixli ********** nömrəli mülkiyyətə verilməsinə dair çıxarışla rəsmiləşdirilmişdir. Torpaq sahəsinin adına rəsmiləşməsinə baxmayaraq Astara rayonun Siyakü kəndində yaşayan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən özbaşnalıq yolu ilə xüsusi mülkiyyətlərində olan torpaq sahəsinin bir qismini zəbt edərək qanunsuz tikili tikməklə həmin ərazidə torpaq üzərində mülkiyyət hüquqlarını pozmuşlar. İllərlə həmin torpaq sahəsindən qanunsuz istifadə etdiklərinə görə ona xeyli miqdarda ziyan vurmuşlar. Torpaq sahəsinin zəbti ilə əlaqədar müvafiq səlahiyyətli dövlət orqanlarına çoxsaylı şikayətlərilə əlaqədar son dövrlərdə səlahiyyətli Dövlət orqanları tərəfindən tələblərinə bağlı xüsusi mülkiyyətlərinə verilən 0,10 ha torpaq sahəsinin Astara rayon Siyakü kəndində yerləşməklə ona naturada göstərilməsinə baxmayaraq yuxarıda qeyd edildiyi kimi cavabdehlər tərəfindən bir qismi zəbt edilmiş könüllü qaydada qanuni sahibliyinə və istifadələrinə verilməsindən imtina edildiyindən pozulmuş əmlak hüquqlarının müdafiə və təmin olunmasından ötrü məhkəmə müdafiəsi zəruri olduğundan hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən mülkiyyətlərində olan torpaq sahəsində Cavabdeh1 və Cavabdeh2 tərəfindən tikilmiş qanunsuz tikilinin sökülməklə torpaq sahəsinin qanuni sahibliyinə və istifadəsinə verilməsi, torpaq sahəsindən qanunsuz istifadə etdiklərinə görə 5000 (beş min) manat ziyanın və cavabdeh şəxslərdən mülkiyyətinə qəsd edilən özbaşnalıq hərəkətlərinə son qoyulmasına məhkəmə vasitəsi ilə tələb edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh1 iddianı qismən qəbul edərək, İddiaçı mülkiyyətində olan torpaq sahəsinin müəyyən hissəsinin bilmədən zəbt etdiyini bildirdi. Həmin hissədə tikilmiş mağazanı sökməyə başladığını bildirdi. İş üzrə Cavabdeh2 qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5ci maddəsinə əsasən, məhkəmə Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı və Cavabdeh1 dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşə əlavə edilmiş Hüquqlanın Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli və **********90 reyestr nömrəli Çıxarışından görünür ki, Astara rayonu, Siyəkü kəndi ərazisində yerləşən 0,10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 06 avqust 2024-cü il tarixli, 3-16-16/2-10/5900 saylı rəyindən məlum olur ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-1965/2024 saylı mütəxəssis rəyinə əsasən, Hüquqlanın Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli və **********90 reyestr nömrəli Çıxarışla (ilkin hüquqmüəyyənedici sənəd JN-351 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında) İddiaçı mülkiyyətində olan Astara rayonu, Siyəkü kəndi ərazisində yerləşən 0,10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən olunmuşdur. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı sözügedən torpaq sahəsinin məhkəmə predmeti olan mübahisəli ərazidə öz əksini tapması müəyyən olunmuşdur. 30 aprel 2001-ci il tarixli "Torpaqların alqı-satqısına dair Akt"a əsasən Astara rayonu, Vaqo bələdiyyəsi tərəfindən Cavabdeh1 satılmış 0,01 ha torpaq sahəsinə dair ilkin torpaqayırma sənədlərinin ayrılmaz hissəsi olan torpaqayırma sxemi mülki iş sənədlərinə əlavə olunmadığından və ya mövcud olmadığından həmin 0,01 ha torpaq sahəsinin sənəd üzrə sərhədlərini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Qeyd edilən torpaq sahəsinin faktiki vəziyyətə uyğun sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən edilərək faktiki ölçüsünün 0,0035 ha olması müəyyən olunmuşdur. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023cü il tarixli, ********** qeydiyyat nömrəli və **********90 reyestr nömrəli Çıxarışla (ilkin hüquqmüəyyənedici sənəd JN-351 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında) İddiaçı mülkiyyətində olan Astara rayonu, Siyəkü kəndi ərazisində yerləşən 0,10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,0035 ha hissəsinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən istifadə edilməsi müəyyən olunmuşdur. Cavabdehlər tərəfindən istifadə edilən həmin 0,0035 ha torpaq sahəsi üzərində qeyri-yaşayış tikilisinin mövcud olması müəyyən edilmişdir. 30 aprel 2001-ci il tarixli "Torpaqların alqı-satqısına dair Akta əsasən Astara rayonu, Vaqo bələdiyyəsi tərəfindən Cavabdeh1 satılmış 0,01 ha torpaq sahəsinin sənəd üzrə sərhədlərini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmadığından həmin torpaq sahəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli və **********90 reyestr nömrəli Çıxarışla (ilkin hüquqmüəyyənedici sənəd JN-351 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında) İddiaçı mülkiyyətində olan Astara rayonu, Siyəkü kəndi ərazisində yerləşən 0.10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sənəd üzrə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. İşə əlavə edilmiş AZE******** seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1982-ci il tarixdə anadan olmuşdur. İş materialına əlavə edilmiş Astara RİHB-nın Siyakü kənd İƏDÜN-nin xx.xx.2023-cü il tarixli 2404 saylı arayışından görünür ki, İddiaçı Astara rayonu Vaqo kəndində yaşayır. İşə materialına əlavə edilmiş 30 aprel 2001-ci il tarixli "Torpaqların alqı-satqısına dair Akt"dan görünür ki, Astara rayonu, Vaqo bələdiyyəsinin 21 aprel 2001-ci il tarixli 04 nömrəli qərarına əsasən 0,01 ha torpaq sahəsinin Cavabdeh1 satılması barədə qərar qəbul edilmiş, bu müqaviləyə əsasən Cavabdeh1 90000 (doxsan min) manat haqq ödəməlidir. İş materialına əlavə edilmiş Astara rayonu, Vaqo bələdiyyəsinin xx.xx.2008-ci il tarixli 69 saylı arayışından görünür ki, Cavabdeh1 ət dükanı açılmasına razılıq verilmişdir. İşə materialına əlavə edilmiş Astara rayonu Siyakü Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 40 saylı arayışından görünür ki, Astara rayonu Vaqo bələdiyyəsi (Hüseynov Ağamoğlan) tərəfindən 21 aprel 2001-ci il tarixdə 0,01 ha torpaq sahəsi Vaqo bələdiyyəsinin əmr kitabında aşkar edilmişdir. İşə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 100 (bir yüz) manat məbləğində olan dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Beləliklə, məhkəmə baxışı iclasında tərəflərin izahatlarına və iş materiallarına əsasən müəyyən olunmuşdur ki, İddiaçı xüsusi mülkiyyətində olan Astara rayonu Siyəkü kəndi ərazisində yerləşən 0,10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,0035 ha hissəsinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən istifadə edilir. Bu hal Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 06 avqust 2024cü il tarixli, 3-16-16/2-10/5900 saylı rəyi ilə təsdiq edilmişdir. Ona görə də Məhkəmə belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə iddia tələbini qismən təmin edərkən aşağıdakıları qeyd etməyi qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinəəsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdəəmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsninə müvafiq olaraq torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, Cavabdeh1 və Cavabdeh2 İddiaçı məxsus olan Astara rayonu, Siyakü kəndində yerləşən 0,10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,0035 ha hissəsindən çıxarılmalı, İddiaçı məxsus olan Astara rayonu, Siyakü kəndində yerləşən 0,10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində Cavabdeh1 və Cavabdeh2 tərəfindən inşa edilmiş qeyri-yaşayış tikilisi sökülməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdeh1 və Cavabdeh2 İddiaçı məxsus olan Astara rayonu, Siyakü kəndində 0,10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,0035 ha hissəsindən çıxarılsın. İddiaçı məxsus olan Astara rayonu, Siyakü kəndində yerləşən 0,10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində Cavabdeh1 və Cavabdeh2 tərəfindən inşa edilmiş qeyri-yaşayış tikilisi sökülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar