Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-1132/2023 02.10.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X8 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı doğum faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, qızı Zilanın 22 may 2023-cü il il tarixdə Bakı şəhəri Binəqədi qəsəbəsində doğulması faktının müəyyən edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəsini müdafiə edərək göstərdi ki, o, 2018-ci ildə X2 ilə faktiki nikaha daxil olmuş. Bu nikah dövründə 22 may 2023-cü il tarixdə Bakı şəhəri Binəqədi qəsəbəsində qız uşaqları dünyaya gəlmişdir. Doğuş ev şəraitində keçdiyindən tibb müəssisəsindən doğum haqqında tibbi şəhadətnamə verilməmişdir. Tibbi şəhadətnamə olmadığı üçün Maraqlı şəxsnə doğum haqqında şəhadətnamə almaq üçün müraciət edərkən ona bildirilmişdir ki, doğumun qeydiyyatı doğum haqqında tibbi şəhadətnamə və ya məhkəmə qərarı əsasında müəyyən edilir. Hazırda doğum haqqında tibbi şəhadətnamə olmadığından uşağın doğumunun qeydiyyatını apara bilməmişlər. Göstərilənləri nəzərə alaraq, qızı Zilanın 22 may 2023-cü il il tarixdə Bakı şəhəri Binəqədi qəsəbəsində doğulması faktının müəyyən edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə maraqlı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmədə şahid X4 bildirdi ki, Ərizəçi onun bacısıdır. Əliyev Şəmsəddin ilə rəsmi ailə qurub, Bakı şəhərində yaşayırlar. Onun uşaqı Zilan Bakı şəhəri Binəqədi qəsəbəsində ev şərəatində anadan olub. Məhkəmə ərizəçini və şahidi dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Astara Rayon Mərkəzi X6 Şəxsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, xx.xx.2023-cü il tarixində doğulmuş qız uşağı Astara RMX PHŞ-nın Poliklininka şöbəsində həkim müayinəsindən keçmiş, hal-hazırda praktiki sağlamdır. İş materiallarına əlavə edilmiş Astara rayon şahağacı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından görünür ki, Teymurova X1 icra nümayəndəliyində qeydiyyatdadır. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2023-cü il tarixli, 30.05./15 nömrəli məlumatından məlum olur ki, tələb olunan sənədləri və uşağın sağlamlığı haqqında arayışı qeydiyyat şöbəsinə təqdim olunmadığına görə doğumun qeydə alınması mümkün olmamışdır, bununla əlaqədar məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə qənaətə gəlir ki, ərizə əsaslı olduğu üçün təmin edilməli, 22 may 2023-cü il tarixdə Bakı şəhəri Binəqədi qəsəbəsində doğulmuş Zilan adında qız uşağının Ərizəçi doğulması faktı müəyyən edilməli, doğum haqqında şəhadətnamə verilərkən atası qrafasında “X2” anası qrafasında “Ərizəçi” qeyd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. 22 may 2023-cü il tarixdə Bakı şəhəri Binəqədi qəsəbəsində doğulmuş Zilan adında qız uşağının Ərizəçi doğulması faktı müəyyən edilsin. Doğum haqqında şəhadətnamə verilərkən atası qrafasında “X2” anası qrafasında “Ərizəçi” qeyd olunsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində AStara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-1132/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-1132/2023
02.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver