Məhkəmə qərarları › İş №2(018)-1133/2023

Astara Rayon Məhkəməsi Qərardad — İş №2(018)-1133/2023

20.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 2(018)-1133/2023 20.07.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Mən, Astara Rayon Məhkəməsinin hakimi X1, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı mirasın qəbul edilməsi faktının və miras əmlaka mülkiyyət hüququnun müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işin sənədlərini nəzərdən keçirib, müəyyənetdim: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı mirasın qəbul edilməsi faktının və miras əmlaka mülkiyyət hüququnun müəyyən edilməsinə dair ərizə ilə Astara Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizini və iş sənədlərini nəzərdən keçirərək hesab edirəm ki, Ərizəçi rəsmi qeydiyyatda olduğu yer ünvan 1 ünvanı olması səbəbindən, hazırki işə Ərizəçi rəsmi qeydiyyatda olduğu yer üzrə Sumqayıt şəhər Məhkəməsində baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 309-cu maddəsinə əsasən hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ona görə də hesab edirəm ki, yuxarıda qeyd olunanlara əsasən hazırkı ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və Ərizəçi rəsmi qeydiyyatda olduğu yer üzrə Sumqayıt şəhər Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 309, 151, 263-264 və 266- 268-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı mirasın qəbul edilməsi faktının və miras əmlaka mülkiyyət hüququnun müəyyən edilməsinə dair ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçi izah edilsin ki, ümumi qaydada rəsmi qeydə alındığı yer üzrə Sumqayıt şəhər Məhkəməsinə müraciət etməyə mane olmur. Qərardaddan, qərardad rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Astara Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar