Məhkəmə qərarları › İş №2(018)-1135/2025

Astara Rayon Məhkəməsi Qərardad — İş №2(018)-1135/2025

14.07.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 2(018)-1135/2025 14.07.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X5 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi X1 cavabdeh X3 qarşı əmək müqaviləsinə xitam verilməsi və məlumatların əmək və məşğulluq altsisteminə daxil edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı nümayəndəsi Nümayəndə cavabdeh X3 qarşı əmək müqaviləsinə xitam verilməsi və məlumatların əmək və məşğulluq altsisteminə daxil edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, hazırda zərurət yarandığından iddia ərizəsini və əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. 14 iyul 2025-ci il tarixdə keçirilən məhkəmənin təkrar hazırlıq iclasında iş üzrə cavabdeh X4 iştirak etməmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdeh X3 qarşı əmək müqaviləsinə xitam verilməsi və məlumatların əmək və məşğulluq altsisteminə daxil edilməsi tələbinə dair iddia ərizəsi qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə görə, Bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə hesab edir ki, hazırki 2(018)-1135/2025 saylı mülki iş üzrə iddia ərizəsi qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1-cı, 263- 264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı cavabdeh X3 qarşı əmək müqaviləsinə xitam verilməsi və məlumatların əmək və məşğulluq altsisteminə daxil edilməsi tələbinə dair iddia ərizəsi qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün) müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Astara Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar