Məhkəmə qərarları › İş №2(018)-1152/2023

Astara Rayon Məhkəməsi Qərardad — İş №2(018)-1152/2023

25.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 2(018)-1152/2023 25.07.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Mən, Astara Rayon Məhkəməsinin hakimi X3, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmək Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı sənəddə göstərilən adın çıxarılması barədə ərizəsi üzrə mülki işin sənədlərini nəzərdən keçirib, müəyyən etdim : Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmək Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı sənəddə göstərilən adın çıxarılması barədə ərizə ilə Astara Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, ərizəçi tərəfindən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumun ödənilməsini təsdiq edən ödəniş qəbzi sənədlərə əlavə olunmamışdır. Bundan başqa Ərizəçi tərəfindən həmin faktın təstiqi ilə əlaqədar maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmək Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət etməsi və ona imtina edilməsi barədə heç bir sənəd işə əlavə etməmişdir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Ona görə də hesab edirəm ki, yuxarıda qeyd olunanlara əsasən hazırkı iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və Ərizəçi ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149,150-152, 263-264 və 266- 268-ci maddələrini rəhbər tutaraq, qərara aldım : Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmək Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı İddiaçı X1 cavabdeh X2 qarşı sənəddə göstərilən adın çıxarılması barədə ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçi izah edilsin ki, ərizəsinin qaytarlımasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, qərardad rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Astara Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar