Məhkəmə qərarları › İş №2(018)-1180/2024

Astara Rayon Məhkəməsi Qərardad — İş №2(018)-1180/2024

14.10.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 2(018)-1180/2024 14.10.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X1 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “sanitariya-digiyenik qaydalara uyğun tikilmədiyinə görə tövlənin sökülməsi ” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “sanitariya-digiyenik qaydalara uyğun tikilmədiyinə görə tövlənin sökülməsi ” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək,iddia ərizəsinin baxılmamış saxlanması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında müvafiq qaydada xəbərdar olunmuş Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İddiaçı iddia ərizəsinin baxılmamış saxlanması barədə ərizəsini iddia ərizəsinin qaytarılması kimi qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “sanitariya-digiyenik qaydalara uyğun tikilmədiyinə görə tövlənin sökülməsi ” tələbinə dair iddia ərizəsi qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə görə, Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə hesab edir ki, hazırki 2(018)-1180/2024 saylı mülki iş üzrə iddia ərizəsi qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1-cı, 263- 264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı Cavabdeh qarşı “sanitariya-digiyenik qaydalara uyğun tikilmədiyinə görə tövlənin sökülməsi ” tələbinə dair iddia ərizəsi qaytarılsın. Qərardaddan, qərardad rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Astara Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar