Məhkəmə qərarları › İş №2(018)-1217/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-1217/2023

04.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-1217/2023 04.12.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X7 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, İddiaçı Hacıağa qızının iştirakı ilə, İddiaçı Hacıağa qızının cavabdeh Astara rayon notariat ofisinə qarşı mülkiyyətdə olan mənzilin bağışlamaq barədə notariat hərəkətləri öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Hacıağa qızı, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış mənzilini qızı X2 bağışlamaq barədəki notariat hərəkətləri öhdəliyinin cavabdeh Astara rayon notariat ofisinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdi. Məhkəmədə İddiaçı Hacıağa qızı iddianı müdafiə edərək, iddiasının təmin edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. İddiaçı Hacıağa qızı iddia ərizəsində göstərmişdi ki, o, xx xxxxxxxx 1935-ci il tarixdə Astara şəhərində doğulmuş və Astara şəhəri, Heydər Əliyev prospekti (keçmiş Azərbaycan küçəsi) ev 14, 7 nömrəli mənzil onun xüsusi mülkiyyətindədir. Həmin mənzili qızı X2 bağışlamaq məqsədilə 24 yanvar 2023-cü il tarixdə mənzilə aid sənədlərlə birlikdə Astara rayon notariat ofisinə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən 24 yanvar 2023-cü il tarixli notariat hərəkətlərini aparmaqdan imtina edilməsi barədə qərar qəbul etmişdir. Bu səbəbdən də Məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Odur ki, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış mənzilini qızı X2 bağışlamaq barədəki notariat hərəkətləri öhdəliyinin cavabdeh Astara rayon notariat ofisinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdi. İş üzrə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh Astara rayon notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdeh Astara rayon notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı Hacıağa qızını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan qeydiyyat vəsiqəsindən görünür ki, Astara şəhəri, Azərbaycan küçəsində yerləşən iki otaq, mətbəxdən ibarət ümumi sahəsi 35,2 kv.m, o, cümlədən yaşayış sahəsi 21,5 kv.m-dən ibarət ev 14, 7 nömrəli mənzil X1 adına qeydə alınmışdır. İş materialından görünür ki, Astara rayon Notariat ofisi tərəfindən 24 yanvar 2023-cü il tarixdə notariat hərəkətlərini aparmaqdan imtina edilməsi barədə qərar qəbul etmişdir. İş materiallarında olan AZE0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Hacıağa qızı xx.xx.1935-ci il tarixdə Astara şəhərində anadan olmuşdur. İş materiallarında olan AZE06937869 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1974-cü il tarixdə Astara şəhərində anadan olmuşdur. İş materiallarında olan Astara rayon İHB-nın Astara şəhər icra nümayəndəliyinin xx.xx.2023 tarixli,790 saylı arayışından görünür ki, Axundova X3 şəhəri , Mirmustafaxan küçəsi 28, mənzil 5də qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayır. İş materiallarında olan Şirvan İnzibati Məhkəməsinin 13.04 2023-cü il tarixli, 2-1(120)-2457/2023 saylı qərardadından görünür ki, İddiaçı Hacıağa qızının cavabdeh Astara rayon notariat ofisinə qarşı “mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış mənzilini qızı X2 bağışlamaq” tələbinə dair iddia ərizəsi geri qaytarılmış, inzibati iş üzrə icraata xitam verilmiş və iddiaçıya izah olunmuşdur ki, o, gələcəkdə eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə iddia ilə ümumi məhəməyə müraciət edə bilər. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı Hacıağa qızı onun mülkiyyətində olan Astara şəhəri, H.Əliyev prospektində (Azərbaycan küçəsi) yerləşən 14 nömrəli evin, 7 nömrəli mənzilini qızı-X2 bağışlamaq barədə Astara rayon notariat ofisinə müraciət edib və Astara rayon notariat ofisi 24 yanvar 2023-cü il tarixli notariat hərəkətlərini aparmaqdan imtina edilməsi barədə qərar qəbul etmişdir. Hazırda İddiaçı Hacıağa qızı, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış mənzilini qızı X2 bağışlamaq barədəki notariat hərəkətləri öhdəliyinin cavabdeh Astara rayon notariat ofisinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövləi tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyə hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermə hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsir əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədi; kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrədövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, İddiaçı Hacıağa qızının mülkiyyətində olan Astara şəhəri, H.Əliyev prospektində (Azərbaycan küçəsi) yerləşən 14 nömrəli evin, 7 nömrəli mənzilinin qızı-X2 bağışlamaq barədə notariat hərəkətləri öhdəliyi cavabdeh Astara rayon notariat ofisinin üzərinə qoyulmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı Hacıağa qızının mülkiyyətində olan Astara şəhəri, H.Əliyev prospektində (Azərbaycan küçəsi) yerləşən 14 nömrəli evin, 7 nömrəli mənzilinin qızı-X2 bağışlamaq barədə notariat hərəkətləri öhdəliyi cavabdeh Astara rayon notariat ofisinin üzərinə qoyulsun. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar