Məhkəmə qərarları › İş №2(018)-1221/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-1221/2023

26.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-1221/2023 26.09.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclas katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi, Ərizəçi, maraqlı şəxs X5 iştirakları ilə, Ərizəçi «mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, mülkiyyət hüququnun tanınması və mülkiyyət hüququ əsasında dövlət reyestrində qeydə alınması tələbinə dair» mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xüsusi icraat qaydasınada baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, Astara rayonu, Tüləgivan kəndində yerləşən, valideyinləri mərhum X8 və X4 mülkiyyətində olan 0.0963 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə qanun üzrə vərəsə kimi mülkiyyət hüququnun tanınması və həmin miras əmlakın adına qeydə alınması Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Ərizəçi izahat verərək bildirdi ki, mərhum atası X17 30 noyabr 2011-ci il tarixdə, mərhum anası X9 isə 12 iyul 2005-ci il tarixdə ölmüşlər. Valideynlərinin ölümünə qədər o, onlarla birlikdə yaşamışdır. Mərhum valideynlərindən Astara rayonu, Tüləgivan kəndində 0.0963 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələri miras qalmışdır. Həmin torpaq sahələri hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********97, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 17 iyul 2023-cü il olan çıxarışla mərhum valideynlərinin adına rəsmiləşdirilmişdir. O, hazırda mərhum valideynlərindən miras qalmış torpaq sahələrini faktiki olaraq qəbul etmişdir. Qeyd etdi ki, mərhum valideynlərindən miras qalmış torpaq sahələrini öz adına rəsmiləşdirilməsinə digər ailə üzvlərinin heç bir etirazı yoxdur. Odur ki, o, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxışı iclasında maraqlı şəxs qismində iştirak edən X12 izahat verərək bildirdi ki, o, ərizəçinin qardaşıdır. Astara rayonu, Tüləgivan kəndində yerləşən mərhum valideynlərindən miras qalmış 0.0963 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini, qardaşı Ərizəçi faktiki olaraq qəbul etmişdir. Belə ki, qardaşı Ərizəçi valideynləri sağ olarkən onlarla yaşamışdır. Məhkəmə baxışı iclasında şahid qismində iştirak edən X18 ifadə verərək bildirdi ki, o, Ərizəçi qonsudur. Ərizəçi ailə üzvüləri ilə birlikdə valideyinləri X17 və X9 ilə birlikdə yaşamışdır. Onun anası X9 12 iyul 2005-ci il tarixdə atası X17 isə 30 noyabr 2011-ci il tarixdə öldükdən sonra onlara məxsus əmlakları Ərizəçi idarə etmişdir. Məhkəmə baxışı iclasına maraqlı şəxslər qismində dəvət etilmiş, X10, X13, X14, X15, X6 və X11 məhkəməyə teleqrama ilə müraciət edərək Astara rayonu, Tüləgivan kəndində yerləşən mərhum valideynlərindən miras qalmış 0,0963 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini, qardaşı Ərizəçi faktiki olaraq qəbul etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Daşınmaz Əmlakın dövlət reyestri xidmətinin Lənkəran ərazi idairəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq maraqlı şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM-in) 185.6ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib iş materiallarını araşdıraraq belə hesab edir ki, ərizə qismən təmin edilməlidir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən və Astara rayon İHB-nın Kijəbə qəsəbə İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışlardan görünür ki, Ərizəçi xx xxxxxx 1967-ci il tarixdə Astara rayonu, Tüləgivan kəndində anadan olmaqla, Tüləgivan kəndində İƏD-si üzrə nümayəndəliyində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Astara rayon Qeydiyyat şöbəsinin arayışlarından məlum olur ki, X9 12 iyul 2005-ci il tarixdə X17 isə 30 noyabr 2011-ci il tarixdə ölmüşlər. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********97, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 17 iyul 2023-cü il olan çıxarışdan görünür ki, Astara rayonu, Tüləgivan kəndində yerləşən 0,0963 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X17 və X4 ümumi birgə xüsusi mülkiyyətinə verilmişdir. Mülki işə əlavə edilmiş Astara rayon İHB-nın Kijəbə qəsəbə İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışından görünür ki, X17 ölümünə kimi Astara rayonu, Tüləgivan kəndində yaşamış və onun ölümündən sonra həmin evdə aşağıdakı ailə üzvlərindən oğlu Ərizəçi yaşayır, çıxıb gedən vərəsələr X12, X10, X13, X14, X15, X6 və X11 olmuşdur. Mülki işə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, ərizəçi məhkəməyə müraciət etmək üçün 100 (bir yüz) manat məbləğində olan dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin beşinci hissəsinə görə dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM-in) 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası MM-in 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Azərbaycan Respublikası MM-in 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası MM-in 1146-cı maddəsinə görə miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Azərbaycan Respublikası MM-in 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası MM-in 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə — ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Azərbaycan Respublikası MM-in 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası MM-in 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası MM-in 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikasının mülki qanunvericiliyində mirasın qəbul edilməsinin iki üsulu müəyyənləşdirilir: formal üsul və qeyri-formal üsul. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsidir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Vərəsə ərizəni yazılı formada verməlidir. Mirası qəbul etmək barədə ərizə nümayəndə vasitəsilə də verilə bilər. Bu halda nümayəndənin vərəsəlik işinin aparılması barədə notariat qaydada təsdiqlənmiş etibarnamə olmalıdır. Mirasın qəbul edilməsinin qeyri-formal üsuluna əsasən vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Bu hərəkətlərin məzmunundan belə bir nəticə çıxarmaq mümkündür ki, vərəsə mirası qəbul etmək məqsədi güdür. Faktiki sahiblik etmə üsuluna əsasən vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, üzərində fiziki ağalıq edir. Bu hərəkətlərlə vərəsənin mirası qəbul etmək niyyəti açıq aşkar görünür və bəlli olur. Bu üsula həmçinin, başqa mənzildə yaşayan vərəsənin miras əmlak barədə qayğı göstərməsi, əmlakın verilməsi və ya qorunması barədə xahişlə müraciət olunması kimi hərəkətlər də daxildir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ərizəçi miras qalmış torpaq sahələrini qanun üzrə vərəsə kimi faktiki olaraq qəbul etmiş və mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Ona görə də, hazırki mülki iş üzrə miras əmlakı qəbul edən bir vərəsə - Ərizəçi vardır. Məhkəmənin iş üzrə bu nəticəyə gəlməsi işin faktiki halları, vərəsənin mirası qəbul etmək niyyətini açıq-aşkar nümayiş etdirməsi, vərəsə X2 miras əmlakdan faktiki olaraq istifadə etməsi onun mirası qəbul etməsi kimi qiymətləndirilməlidir. Belə ki, vərəsənin konkret hərəkətləri və rəftarı mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Bu hərəkətlərin məzmunundan belə bir nəticə çıxarmaq mümkündür ki, Ərizəçi vərəsə kimi mirası qəbul etmişdir. Ona görə də məhkəmə hesab edir ki, vərəsənin mirası qəbul etməsi faktı tanınmalıdır, lakin iddia tələbinin mülkiyyət hüquqları tanınması və mülkiyyət hüququ əsasında dövlət reyestrində qeydə alınması hissəsi ilə bağlı məsələlər Astara rayon Məhkəməsinin həll etdiyi məsələlərə aid olmadığından iddia bu hissədə təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizəçi «mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, mülkiyyət hüququnun tanınması və mülkiyyət hüququ əsasında dövlət reyestrində qeydə alınması tələbinə dair» ərizəsi təmin edilsin. X1 və X3 miras qalmış, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********97, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 17 iyul 2023-cü il olan çıxarışa əsasında Astara rayonu, Tüləgivan kəndində yerləşən X8 və X4 ümumi birgə xüsusi mülkiyyətinə verilmiş 0,0963 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Ərizəçi tərəfindən miras əmlak kimi qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar