Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 2(018)-1233/2023 02.10.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, Fətəliyeva (Əliyeva) Sevda Hacıhəsən qızının və İddiaçı3 Cavabdeh qarşı «Yolun açılması və özbaşınalıq hərəkətlərinə son qoyulması tələbi barədə» iddiası üzrə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Məhkəmə müəyyən etdi: İddiaçı1, Fətəliyeva (Əliyeva) Sevda Hacıhəsən qızı və İddiaçı3 Cavabdeh qarşı «Yolun açılması və özbaşınalıq hərəkətlərinə son qoyulması tələbi barədə» iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, çəpərə alınmış yolun aşılması və cavabdehin özbaşınalıq hərəkətlərinə son qoyulması barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçılar İddiaçı1, Fətəliyeva (Əliyeva) Sevda Hacıhəsən qızı və İddiaçı3 məhkəməyə ərizə ilə müraciət edərək bildirmişlər ki, cavabdeh çəpərə alınmış yolun açmış və özbaşınalıq hərəkətlərinə son qoymuşdur. Ona görə də, mülki işə xitam verilməsini Məhkəmədən xahiş etdi. Mülki iş üzrə cavabdeh X1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM-in) 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-in 262.1-ci maddəsinə görə iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.1-ci maddəsinə müvafiq olaraq 262.4-cü işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qeyd olunan Məcəllənin 170.1-ci maddəsinə görə həmin Məcəllənin 261.0.7-ci maddəsində göstərilən əsaslar olduqda məhkəmə baxışına xitam edilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 261-264-cü maddələrinin göstərişini rəhbər tutaraq Məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1, Fətəliyeva (Əliyeva) Sevda Hacıhəsən qızının və İddiaçı3 Cavabdeh qarşı «Yolun açılması və özbaşınalıq hərəkətlərinə son qoyulması tələbi barədə» iddia ərizəsi üzrə icraata xitam verilsin. İddiaçılar İddiaçı1, Fətəliyeva (Əliyeva) Sevda Hacıhəsən qızı və İddiaçı3 tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu onlara qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Astara Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №2(018)-1233/2023
Astara Rayon Məhkəməsi Qərardad — İş №2(018)-1233/2023
02.10.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver