Məhkəmə qərarları › İş №2(018)-124/2025

Astara Rayon Məhkəməsi Qərardad — İş №2(018)-124/2025

17.07.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 2(018)-124/2025 17.07.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X1 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı1 Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma, qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsi üzərində istifadə hüquqların həyata keçirilməsinə yaradılan hər cür müneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı1 Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma, qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsi üzərində istifadə hüquqların həyata keçirilməsinə yaradılan hər cür müneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İş üzrə İddiaçı1 ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin onlara qaytarılmasını məhkəmədən xahiş etmişdi. İş üzrə Cavabdeh məhkəmənin təkrar hazırlıq iclasına gəlməmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı1 Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma, qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsi üzərində istifadə hüquqların həyata keçirilməsinə yaradılan hər cür müneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə görə, Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə hesab edir ki, hazırki 2(018)-124/2025 saylı mülki iş üzrə iddia ərizəsi qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1-cı, 263- 264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı1 Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma, qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsi üzərində istifadə hüquqların həyata keçirilməsinə yaradılan hər cür müneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün) müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Astara Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar