Məhkəmə qərarları › İş №2(018)-127/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-127/2025

16.09.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-127/2025 16.09.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X6 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «mülkiyyətdə olan torpaq sahəsinə gedən yola qoyulan maneələrin aradan qaldırılması» tələbinə dair iddiası üzrə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «mülkiyyətdə olan torpaq sahəsinin özgənin qanunsuz sahibliyindən geri» tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara rayonunun Kakalos kəndi ərazisində yerləşən xüsusi mülkiyyətində olan 0,0266 hektar həyətyanı torpaq sahəsinə gedən yolun Cavabdeh Məhəmmədəli qızı tərəfindən qoyulmuş maneələrin aradan qaldırılması, cavabdehin özbaşınalıq hərəkətlərinə son qoyulması və ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən alınıb onun xeyrinə verilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Astara rayonunun Kakalos kəndində yerləşən 0,0266 hektar torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində 16 may 2023-cü il tarixdə qeydiyyatdan keçirilməklə çıxarış verilmişdir. Torpaq sahəsi onun xüsusi mülkiyyətində olmasına baxmayaraq, həmin torpaq sahəsinə gedən yol Cavabdeh Məhəmmədəli qızı tərəfindən süni olaraq (darvaza, daş hasar və s.) bağlanmaqla maneələr yaradılmışdır. Belə olan halda onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ pozulmuşdur. O, cavabdehə mübahisəni məhkəmədən kənar həll etməyə cəhd göstərsə də, buna nail ola bilməmişdir. Cavabdeh tərəfindən pozulmuş mülkiyyət hüququ məhkəmə tərəfindən qorunmalı və müdafiə olunmalıdır. Odur ki, Astara rayonunun Kakalos kəndi ərazisində yerləşən xüsusi mülkiyyətində olan 0,0266 hektar həyətyanı torpaq sahəsinə gedən yolun Cavabdeh Məhəmmədəli qızı tərəfindən qoyulmuş maneələrin aradan qaldırılması, cavabdehin özbaşınalıq hərəkətlərinə son qoyulması və ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən alınıb onun xeyrinə verilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmədə Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçıya yolu atası vermişdir və orada olan darvaza əvvəldən olub. Onun tərəfindən iddiaçıya hər hansı bir maneə yaradılmır. Ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı və Cavabdeh dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq belə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materialına əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin **********06-10301 reyestr nömrəli çıxarışından məlum olur ki, Astara rayonu, Kakalos kəndi ərazisində yerləşən 114.7 kvadratmetr kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 21 iyul 2025-ci il tarixli, 10/4433 saylı rəyindən məlum olur ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3- 21-3-43/2-1890/2025 saylı mütəxəssis rəyinə əsasən, Araşdırma zamanı məlum olmuşdur ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa (ilkin hüquqmüəyyənədici sənəd JN-404F nömrəli rəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" əsasında) və xx.xx.2023-cü il tarixli, **********06-10301 reyestr nömrəli Texniki Pasporta (xx.xx.2023-cü il tarixdə olan vəziyyətə əsasən tərtib olunmuş) əsasən İddiaçı mülkiyyətində olan Astara rayonu, Kakalos kəndi ərazisində yerləşən 0,0266 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində mövcud olan 114,7 kv.m sahədən ibarət fərdi yaşayış evinə ad çəkilən Texniki Pasport sənədində gediş-gəliş yolunun hansı istiqamətdən olması öz əksini tapmamışdır. Torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən araşdırma zamanı İddiaçı mülkiyyətində olan sözügedən 0,0266 ha torpaq sahəsinə (ilkin hüquqmüəyyənedici sənəd JN-404F nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə"yə əsasən) gediş-gəliş yolunun hazırda məhkəmə predmeti olan mübahisəli ərazidən nəzərdə tutulması müəyyən olunmuşdur. Araşdırma zamanı kompleks yerquruluşu layihəsində nəzərdə tutulan həmin gediş-gəliş yolunun əsas yola (küçəyə) giriş-çıxış hissəsinin Cavabdeh tərəfindən tutularaq üzərində dəmir qapının quraşdırılması müəyyən olunmuşdur. İşə əlavə edilmiş AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-cİ ildə anadan olmuşdur. Beləliklə, məhkəmə baxışı iclasında tərəflərin izahatlarına və iş materiallarına əsasən müəyyən olunmuşdur ki, İddiaçı məxsus olan Astara rayonu, Syakü kəndində yerləşən 114.7 kvadratmetr kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,0266 ha hissəsi cavabdeh X3 tərəfindən zəbt edilmişdir. Bu hal Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 21 iyul 2025-ci il tarixli, 10/4433 saylı rəyi ilə təsdiq edilmişdir. Ona görə də məhkəmə belə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə iddia tələbini qismən təmin edərkən aşağıdakıları qeyd etməyi qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinəəsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünəüstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdəəmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə müvafiq olaraq torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə dövlət rüsumu üçün ödənilmiş 100 (yüz) manat və ödənilmiş 50 (əlli) manat ekspertiza xərci cavabdehdən tutulmalıdır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Astara rayonu Kakalos kəndində yerləşən İddiaçı mülkiyyərində olan 0,0266 ha həyətyanı torpaq sahəsinə gedən yola Cavabdeh tərəfindən qoyulmuş maneələr aradan qaldırılsın və cavabdehin özbaşınalıq hərəkətlərinə son qoyulmalı, cavabdeh X1 dövlət rüsumu üçün ödənilmiş 100 (yüz) manat məbləğdə pul vəsaiti tutulub X2 verilməli, Cavabdeh 50 (əlli) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Astara rayonu Kakalos kəndində yerləşən İddiaçı mülkiyyərində olan 0,0266 ha həyətyanı torpaq sahəsinə gedən yola Cavabdeh tərəfindən qoyulmuş maneələr aradan qaldırılsın və cavabdehin özbaşınalıq hərəkətlərinə son qoyulsun. Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 100 (yüz) manat məbləğdə pul vəsaiti tutulub İddiaçı verilsin. Cavabdeh 50 (əlli) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. . Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar