Məhkəmə qərarları › İş №2(018)-1270/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-1270/2023

23.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-1270/2023 23.11.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qafarov Elvin Namik oğlunun katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi «Doğum akt qeydinin etibarsız hesab edilərək, ləğv edilməsi barədə» ərizəsi üzrə mülki işə Astara rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi «Doğum akt qeydinin etibarsız hesab edilərək, ləğv edilməsi barədə» ərizə ilə məhkəməyə müraciət edərək, Astara rayonu Qeydiyyat şöbəsində 24 sentyabr 2005-ci il təvəllüdlü X7 barəsində 03 sentyabr 2010-cu il tarixli 448 saylı doğum haqqında akt qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək göstərdi ki, o, xx xxxxx 1980-cı il tarixdə Astara şəhərində anadan olmuşdur. X8 onun dayısıdır. Onun Rusiya Federasiyasının Xabarovski diyarının Xabarovski şəhərində 24 sentyabr 2005-ci il tarixdə X9 adında uşağı olmuşdur. Ona Rusiya Federasiyasının Xabarovski diyarının Xabarovski şəhərinin vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsində 27 oktyabr 2005-ci il tarixli 88 saylı doğum akt qeydiyyatı kitabında qeyd edilməklə İ-DB 679236 saylı doğum haqqında şəhadətnamə verilmişdir. Onun özünün uşağı olmamasına görə X2 ilə danışıqlarına görə həmin uşağı o, övladlığığa götürmək istəmişdir. Buna görə də X2nun müraciətinə əsasən Azərbaycan Respublikasına gələrkən 24 sentyabr 2005-ci il təvəllüdlü X4 adına X7 adında 03 sentyabr 2010-cu il tarixli 448 saylı doğum haqqında akt qeydi tərtib edilmişdir. X2 və onun arvadı ölmələrinə və X4 həmin vaxtı yetkinlik yaşına çatmamasına görə o, X4 qəyyumu təyin edilmişdir. X9 halhazırda yetkinlik yaşına çatmışdır. X4 adına X7 adında 03 sentyabr 2010-cu il tarixli 448 saylı doğum haqqında akt qeydi olması səbəbindən isə təhsil almasını çətinləşdirir. Ona görə də iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi xəbərdarlıq edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, ərizəyə məhkəmə iclasına gəlməmiş maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını və şahidin ifadəsini dinləyib iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin sürətindən məlum olur ki, Ərizəçi xx xxxxx 1980-cı il tarixdə Astara şəhərində, anadan olmaqla, ünvan 1 ünvanında orada qeydiyyatda olmaqla, ünvan 2i işə əlavə edilmiş Doğum haqqında şəhadətnamənin surətindən və Rusiya Federasiyası vətəndaşının ********* nömrəli pasportundan məlum olur ki, X9 24 sentyabr 2005-ci il tarixdə Rusiya Federasiyasının Xabarovski diyarının Xabarovski şəhərində anadan olmuşdur. Onun atası kimi X8, anası kimi isə X11 qeyd edilmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikasının ərazisində müvvəqədi yaşamaq üçün icazə vəsiqəsinnin sürətindən məlum olur ki, 24 sentyabr 2005-ci il tarixdə Rusiya Federasiyasının Xabarovski diyarının Xabarovski şəhərində anadan olmuş X6 17 sentyabr 2022-ci il tarixdən 17 sentyabr 2023-cü il tarixəkimi yaşamaq icazəsi verilmişdir. Mülki işə əlavə edilmiş Rusiya Federasiyasının Xabarovski diyarı Təhsil və Elm Nazirliyi Sovetskaya Qavan bələdiyyə rayonu üzrə Qəyyumluq və Himayəçilik şöbəsinin Qətnaməsindən məlum olur ki, Ərizəçi 24 sentyabr 2005-ci il tarixdə Rusiya Federasiyasının Xabarovski diyarının Xabarovski şəhərində anadan olmuş X9 barəsində öhdəliklərini təmannalı icra edən qəyyum təyin edilmişdir. Mülki işə əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 22 avqust 2023-cü il tarixli 2006 nömrəli arayışdan məlum olur ki, X7 24 sentyabr 2005-ci il tarixdə Astara şəhərində anadan olmuşdur, bu barədə Maraqlı şəxsndə 03 sentyabr 2010-cu il tarixli 448 saylı doğum haqqında akt qeydi tərtib edilmişdir. Onun atası kimi Ərizəçi və anası kimi isə X10 qeyd edilmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xitməti tərəfindən verilmiş 19 iyun 2023-cü il tarixli ******* nömrəli məktubdan məlum olur ki, 24 sentyabr 2005-ci il təvəllüdlü X1 ziddiyət müəyyən edilmişdir. Araşdırma zamanı 24 sentyabr 2005ci il təvəllüdlü X5 məxsus Maraqlı şəxs tərəfindən verilmiş Doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsi aşkar edilmişdir. Mülki işə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, ərizəçinin nümayəndəsi Məhkəməyə müraciət etmək üçün 100 (bir yüz) manat məbləğində olan dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.7-ci maddəsinə əsasən məhkəmə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 340-cı maddəsinə əsasən ərizədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərin düzgün olmamasının nədən ibarət olması göstərilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Maraqlı şəxs tərəfindən X7 barəsində olan 03 sentyabr 2010-cu il tarixli 448 saylı doğum haqqında akt qeydi ləğv edilməsi barədə məhkəmə qətnaməsi çıxarılmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 8-ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. «Giyo Fransaya qarşı» işdə Avropa məhkəməsi qeyd etdi ki, konkret şəxsin soyadı və adı məsələsi onun şəxsi və ailə həyatına aid məsələdir, çünki həmin məsələ şəxsiyyətin eyniləşdirilməsi ilə bağlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Maraqlı şəxs tərəfindən X7 barəsində olan 03 sentyabr 2010-cu il tarixli 448 saylı doğum haqqında akt qeydi ləğv edilsin. Maraqlı şəxs tərəfindən X7 barəsində olan 03 sentyabr 2010-cu il tarixli 448 saylı doğum haqqında akt qeydi ləğv edilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim:Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar