Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-129/2025 11.02.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X9 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər X3 və Cavabdeh2 qarşı “maneənin aradan qaldırılması, ölçmə işlərinin aparılması üçün reyestr xidmətinin mütəxəssisin torpaq sahəsinə giriş-çıxışına maneə törədilməməsi, faktiki yerində müayinə keçirilməsi üçün şərait yaradılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq,məhkəmə müəyyən etdi: İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X3 və Cavabdeh2 üzərinə maneənin aradan qaldırılması, ölçmə işlərinin aparılması üçün reyestr xidmətinin mütəxəsisinin torpaq sahəsinə giriş-çıxışına maneə törədilməməsi, faktiki yerində müayinə keçilməsi üçün şəraitin yaradılması öhdəliyinin qoyulması və ödənilmiş 101 (yüz bir) manat dövlət rüsumunun və hüquqi yardım üçün ödənilmiş 300 (üç yüz) manat pulun qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafə edərək iddiasının təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı nümayəndəsi və vəkili X2 iddia tələbini belə əsaslandırmışdı ki, təmsil etdiyi şəxsin Astara rayonu, Şiyəkəran kəndi ərazisində Astara rayon 26 Bakı Komissari adına sovxozun xx.xx.1990-ci il tarixli, 309 nömrəli əmrdən çıxarış əsasında İddiaçı 0,06 ha torpaq sahası ayrılmışdır. Həmin torpaq sahəsinə mülkiyyət sənədlərini almaqdan ötrü İddiaçı Dövlət Reyestr Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət etmişdir. Ərazi idarasinin əməkdaşı çöl ölçmə işlərini aparmaq istəsə də cavabdehlər X3 va X5 Xidmət əməkdaşlarına çöl ölçmə işlərinin aparılmasına maneələr törətmiş və xidmət əməkdaşları ölçmə işlərini apara bilməmişlər. Bu səbəbdəndə Dövlət Reyestr Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi 19 avqust 2024-cü il tarixdə 3-21-3-43/2-2443/2024 saylı məktub ilə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilmasi haqqında ona məktub ünvanlanmışdır. Məktubda sənədlərin qanuna müvafiqliyi tərəflərindən araşdırılarkən həmin torpaq sahəsinə dair Ərazi idarəsinə təqdim edilən sənədlə faktiki yerində olan vəziyyət müayinə (çöl ölçmə işləri) aparılmadığından müəyyən edilmədiyi qeyd olunmuşdur. Bu səbəbdən də ona imtina məktubu göndərilmişdir. İmtina məktubunda qeyd olunur ki, tərəflər arasında mübahisə mövcud olduğu üçün müayinənin aparılması mümkün olmamışdır. Həmin hərəkətlərin həyata keçırılmasinə cavabdehlər X3 və Cavabdeh2 mane olurlar. Bu hərəkətləri ilə də onlar təmsil etdiyi şəxsin mülkiyyət hüququnu pozurlar. Təmsil etdiyi şəxs hüquqi yardım üçün vəkilə 300 (üç yüz) manat pul ödəmişdir. Həmin pulda cavabdehlərdən alınıb ona verilməlidir. Cavabdehlər X3 və Cavabdeh2 maneənın aradan qaldırılması, ölçmə işlərinin aparılması üçün reyestr xidmətinin mütəxəsisinin torpaq sahəsinə girişçıxışına maneə törədilməməsi faktiki yerində müayinə keçilməsi üçün şəraitin yaradılması öhdəliyinin qoyulması və ödənilmiş 101 (yüz bir) manat dövlət rüsumunun və hüquqi yardım üçün ödənilmiş 300 (üç yüz) manat pulun qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə cavabdeh X3 qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, X3 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdeh X1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmədə Cavabdeh2 onlara qarşı verilmiş iddianı qəbul etməyərək bildirdi ki, həmin torpaq sahəsi nə ona, nə də İddiaçı məxsus deyil. Qeyd edilən torpaq sahəsi tamamilə ayrı şəxsin mülkiyyətindədir. Həmçinin həmin torpaq sahəsinə heç kim gəlməyib və onun tərəfindən heç bir maneə yaradılmamışdır. İddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 dinləyib, iş sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edib sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-43/2-2443/2024 saylı məktubdan görünür ki, Astara rayonu Şiyəkəran kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinə faktiki yerində müayinənin keçirilməsi məqsədilə aidiyyəti mütəxəssisin ayrılmasına baxmayaraq həmin torpaq sahəsi ilə bağlı tərəflər arasında mübahisə mövcud olması səbəbindən muayinənin (çöl-ölçmə işləri) aparılması mümkün olmamışdır. Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 23 və 24 maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Bu səbəbdən "Daşınmaz əmlakın dövlət reyestrı haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini rəhbər tutaraq həmin daşınmaz əmlak üzərində mulkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi qanunamüvafiq hesab edilmişdir. İş materialında olan Astara RİH-nin Astara rayon Dövlət Arxivinin xx.xx.2024-cü il taixli 163 nömrəli arayışından görünür ki, Azərbaycan SSR Nazirlər Sovetinin 08 avqust 1990-cı il tarixli 342 nömrəli iclasın qərarına əsasən “26 Bakı Komissarı” adına sovxozun fəhlə və qulluqçularına həyətyanı torpaq sahəsi vermək üçün 11.34 ha örüş yeri ayrılmış, ayrılmış torpaq sahəsinin növbə əsasında göstərilən miqdarda adları qeyd olunmuş fəhlə və qulluqçulara və kənddə yaşayan vətəndaşlara verilməsi qeyd edilmiş və 176-cı sırada “İddiaçı 0.06 ha” qeyd edilmişdir. İş materialında olan xx.xx.1992-ci il tarixli aktdan görünür ki, Azərbaycan SSR Nazirlər Sovetinin 08 avqust 1990-cı il tarixli 342 nömrəli qərarı ilə və “26 Bakı Komissarı” adına sovxozun 02 noyabr 1990-cı il tarixli 304 nömrəli əmri ilə İddiaçı ev tikmək məqsədilə 0,06 ha torpaq sahəsi ayrılmışdır. İş materialında olan 7E-7115 reyestr nömrəli etibarnamədən görünür ki, İddiaçı etibarnamədə göstərilən hüquqlarının həyata keçirilməsini 03 il müddətinə Vəkil etibar etmişdir. İş materialında olan xx.xx.2024-cü il tarixli ******* nömrəli vəkil orderindən görünür ki, Vəkil ilə İddiaçı arasında müqavilə bağlanmış və Vəkil tərəfindən İddiaçı hüquqi yardım göstərilir. İş materialında olan AZE0******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1953-cü il tarixdə Astara rayonu Şiyəkəran kəndində anadan olmuşdur. İş materiallarında olan Astara RİHB-nın Şiyəkəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 611 saylı arayışından görünür ki, İddiaçı Astara rayon Şiyəkəran kəndində yaşayır. İş materialında olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı Astara rayon Vəkil bürosunun hesabına 300 (üç yüz) manat ödəniş etmişdir. İş materialında olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət edilməsi üçün 101 (yüz bir) manat dövlət rüsumu ödəmişdir. Məhkəmədə müəyyən edildi ki, X3 və Cavabdeh2 tərəfindən Astara rayonu Şiyəkəran kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinə İddiaçı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına maneələr törədilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılır. Şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, Astara rayonu Şiyakəran kəndində ölçmə işlərinin aparılması üçün reyestr xidmətinin mütəxəssisin torpaq sahəsinə giriş-çıxışına maneə törədilməsi cavabdehlər X3 və Cavabdeh2 qadağan edilməli, cavabdehlər X3 və Cavabdeh2 ödənilmiş 101 (yüz bir) manat dövlət rüsumu və hüquqi yardım üçün ödənilmiş 300 (üç yüz) manat məbləğdə pul vəsaiti alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157-ci və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Astara rayonu Şiyakəran kəndində ölçmə işlərinin aparılması üçün reyestr xidmətinin mütəxəssisin torpaq sahəsinə giriş-çıxışına maneə törədilməsi cavabdehlər X3 və Cavabdeh2 qadağan edilsin. Cavabdehlər X3 və Cavabdeh2 ödənilmiş 101 101 (yüz bir) manat dövlət rüsumu və hüquqi yardım üçün ödənilmiş 300 (üç yüz) manat məbləğdə pul vəsaiti alınıb İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-129/2025
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-129/2025
11.02.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver